Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 12
  • İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

İlham Əliyev 1 sərəncam, 1 fərman imzaladı

admin 12/08/2025
ilham45

 

Prezident İlham Əliyev Lənkəran rayonunun Hirkan–Daştatük–Biləsər avtomobil yolunun təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamın mətnini təqdim edir:

1. Yeddi min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hirkan–Daştatük–Biləsər avtomobil yolunun dağılmış hissəsinin bərpası və istinad divarlarının tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Prezident İlham Əliyev Elektron Hökumət İnformasiya Sisteminin fəaliyyətinin təmin edilməsi və mərkəzi, yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər büdcə təşkilatlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana və “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanına uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra – EHİS) və onun altsistemlərinin aparılması, saxlanılması və təkmilləşdirilməsi, habelə bu Fərmanın 3.2-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş işlərin həyata keçirilməsi ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görsün;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (bundan sonra – Nazirlik):

3.1. EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı:

3.1.1. EHİS-in aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görsün;

3.1.2. EHİS-in Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq “Hökumət buludu”nda yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün tədbirlər görsün;

3.1.3. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birlikdə, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli fərmanlarının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsin;

3.2. elektron xidmətlər göstərilməsinin təşkili və göstərilməsi ilə bağlı:

3.2.1. elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi məqsədilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin (o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankının) və digər büdcə təşkilatlarının (bundan sonra – qurumlar), eləcə də elektron imza xidmətindən istifadə üçün müraciət edən digər hüquqi və fiziki şəxslərin elektron imza vasitələri ilə təmin olunması işini təşkil etsin;

3.2.2. qurumların elektron xidmətlər göstərməsində istifadə edilən dövlət informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsinin EHİS vasitəsilə aparılmasının təmin edilməsi məqsədilə zəruri tədbirləri həyata keçirsin;

3.2.3. qurumların elektron xidmətlərindən EHİS vasitəsilə “bir pəncərə” prinsipi əsasında istifadəni təmin etsin;

3.2.4. qurumlar tərəfindən elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq verilən sənədlərin EHİS vasitəsilə identikləşdirilməsi mexanizmini, eləcə də həmin mexanizmin təhlükəsizliyini təmin etsin;

3.2.5. elektron xidmətlərin təşkili, göstərilməsi və təkmilləşdirilməsi üçün qurumlara metodiki dəstəyi təmin etsin;

3.2.6. dövlət qulluqçularının və hərbi qulluqçuların informasiya texnologiyalarından istifadə və kibertəhlükəsizlik sahəsində hazırlıq səviyyələrinin artırılması məqsədilə tədris kurslarının təşkili istiqamətində zəruri tədbirləri həyata keçirsin;

3.2.7. bu Fərmanın 3.2.1–3.2.6-cı yarımbəndlərində və 5.2-ci bəndində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Dövlət Xidmətlərinin Elektron Reyestrindən aşağıdakı məlumatların EHİS vasitəsilə “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə ötürülməsini və həmin məlumatların aktuallığını təmin etsin:

4.1. elektron xidmətin adı, həmin xidmətin göstərilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısı, habelə elektron xidmətin göstərilməsindən imtina halları, ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişin məbləği, hüquqi əsası və ödənilmə üsulları barədə məlumatların;

4.2. dövlət xidmətinin inzibati reqlamentində müəyyən edilən və xidmətin elektron formada göstərilməsi ilə bağlı olan digər məlumatların.

5. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

5.1. EHİS-in fəaliyyətinin təmin edilməsi ilə bağlı:

5.1.1. sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin istifadəçilərinin identikləşdirilməsi prosesinin sadələşdirilməsi (asanlaşdırılması) məqsədilə həmin informasiya ehtiyatlarında və sistemlərində “Vahid Giriş” altsistemini tətbiq etsinlər;

5.1.2. “Açıq məlumatlar” portalının fəaliyyətinin təmin edilməsi məqsədilə Nazirliklə birlikdə sahibi olduqları (formalaşdırdıqları) açıq məlumatların EHİS vasitəsilə “Açıq məlumatlar” portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etsinlər.

5.2. elektron xidmətlər göstərilməsinin təşkili ilə bağlı aşağıdakı tədbirləri həyata keçirsinlər:

5.2.1. fəaliyyət istiqamətlərinə uyğun olaraq elektron xidmətlər göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılmasını və həmin bölmədə EHİS-ə keçidin verilməsini;

5.2.2. elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında EHİS vasitəsilə göstərilməsini;

5.2.3. elektron xidmət bölməsində “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri”nə keçid verilməsini, eləcə də bu bölmədən maneəsiz və sərbəst istifadənin təmin edilməsini;

5.2.4. elektron xidmət bölməsinə müraciət edən şəxslər tərəfindən müvafiq sənədlərin (ərizə, blank və sair) elektron formasının interaktiv qaydada doldurulmasını, elektron informasiya ehtiyatlarına (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) daxil edilməyən sənədlərin skan edilmiş surətlərinin, elektron sənədlərin və məlumatların elektron formada qəbul edilməsini (bu Fərmanın 5.2.5-ci yarımbəndi nəzərə alınmaqla), bu barədə şəxsə təsdiq bildirişinin göndərilməsini və həmin sənədlərə normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və müddətdə baxılmanın, eləcə də elektron xidmətlərin fasiləsiz göstərilməsinin təmin olunmasını;

5.2.5. dövlət xidmətləri, o cümlədən elektron xidmətlər göstərilməsini tənzimləyən normativ hüquqi aktlarla ərizəyə əlavə edilməli olan sənədlərin və məlumatların EHİS vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsini, yalnız bu mümkün olmadığı hallarda onların təqdim edilməsinin müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunmasını və ya müraciət edən tərəfindən təmin olunmasını;

5.2.6. göstərilən elektron xidmətlərə görə normativ hüquqi aktlarda nəzərdə tutulmuş rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin (ödəniş xidməti təchizatçıları vasitəsilə) təmin edilməsini, eləcə də elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə zəruri texniki təhlükəsizlik tədbirlərinin görülməsini;

5.2.7. elektron xidmətlər göstərilməsində istifadə olunan dövlət informasiya ehtiyatlarında və sistemlərində saxlanılan məlumatların tamlığının, aktuallığının, mötəbərliyinin və təhlükəsizliyinin təmin edilməsini;

5.2.8. elektron xidmətlər göstərilməsinin gedişatı barədə şəxsə EHİS-də yaradılan şəxsi kabinet, elektron poçt və ya telefon (mobil və stasionar) vasitəsilə məlumat almaq imkanının yaradılması üçün tədbirlər görülməsini və nəticənin ona təqdim olunmasını;

5.2.9. elektron xidmətlər göstərilməsinin nəticəsi olaraq elektron sənədin və ya identikləşdirməyə imkan verən rekvizitlərə malik digər sənədin verilməsini (elektron xidmət göstərilməsinin nəticəsi olaraq sənədlərin və məlumatların verildiyi hallarda);

5.2.10. bu Fərmanın 5.2.1–5.2.9-cu yarımbəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məlumat verilməsini.

6. Bələdiyyələrə tövsiyə edilsin ki, bu Fərmanın 5.1.1-ci və 5.1.2-ci yarımbəndlərində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etsinlər.

7. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 5, maddə 380 (Cild I) 2–5-ci hissələri ləğv edilsin.

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngəzur dəhlizinə ABŞ yox, bu ölkə nəzarət edəcək – Abramyan
Next: Zəngəzur dəhlizinin uzunluğu nə qədərdir: 32, 42, yoxsa 44 km?

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.