Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 14
  • Dəhlizdə keçid belə olacaq: ABŞ və Ermənistan razılaşdı

Dəhlizdə keçid belə olacaq: ABŞ və Ermənistan razılaşdı

admin 14/08/2025
frehad_memmedov_123 (1)

 

Politoloq Fərhad Məmmədov Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderləri arasında əldə edilən nəticələrlə bağlı Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

– Fərhad bəy, ABŞ-də əldə edilən razılaşmalar fonunda Azərbaycan və Ermənistan qısa zamanda yekun sülh sazişini imzalaya bilərmi? İddia edilir ki, prosesi sürətləndirmək üçün əlavə mexanizmlərə ehtiyac var…

– Yekun sülh sazişinin imzalanması üçün yeganə maneə Ermənistan konstitusiyasının dəyişdirilməsidir. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar aradan qaldırıldıqdan sonra yekun sülh sazişini imzalamaq mümkün olacaq. Bu, artıq beynəlxalq ictimaiyyət üçün də açıq şəkildə bəyan edilib. Sülh sazişinin mətni açıq formada bəyan edilib və burada bütün məsələlər öz əksini tapıb.

– Sülh sazişinin paraflanmış variantı açıqlanıb. Sənədə hansısa əlavələrin olma ehtimalı gözlənilə bilərmi?

– Paraflanmış sülh mətni açıqlanıb. Bütün prinsiplər məhz burada əksini tapıb. Yekun sülh sazişinin də məhz bu əsasda imzalanacağı gözlənilir. Sözsüz ki, sülh sazişinə əlavələrin edilməsi, ancaq qarşılıqlı razılaşma əsasında mümkün ola bilər. Amma bu ehtimal da azdır. Çünki sülh sazişinin mətni hər iki tərəfdən paraflanıb və təsdiq edilib.

– Dəhlizin icarə əsasında açılması ilə bağlı əldə edilən razılığın işlək mexanizmi və prosesin başlanması ilə bağlı konkret vaxt açıqlanmayıb. Əsas meyarlar necə müəyyənləşəcək? Yoldan üçüncü tərəflərin istifadə qaydaları hansı mexanizmlərlə həyata keçiriləcək?

– Zəngəzur dəhlizinin açılması ilk növbədə ABŞ ilə Ermənistan arasında əldə edilən razılaşma ilə həllini tapır. Burada Azərbaycana aid olan məsələlərdə rəsmi Bakının da iştirakı gözlənilir. Əsas şərt odur ki, Azərbaycandan-Azərbaycana maneəsiz keçid təmin edilsin. Bu Vaşinqtonda imzalanan birgə bəyanatda da əksini tapıb. ABŞ və Ermənistan da bunu qəbul edib. Üçüncü tərəfin nəzarəti, yəni ABŞ-nin xüsusi bir şərkətinin idarəçiliyində dəhlizin fəaliyyəti tənzimlənəcək. Bunun hansı formada təmin ediləcəyi Ermənistanla Amerika arasındakı razılaşmaya əsaslanacaq.

PAYLAŞIN:

Continue Reading

Previous: Sahibkarların İqtisadiyyat Nazirliyinin elektron xidmətlərinə müraciətlərinin sayı 33 % artıb
Next: Paşinyan-kilsə qarşıdurması bitdi? – II Qaregin ABŞ-dədir, baş nazir isə nə edəcəyini bilmir

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.