Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 14
  • Keyfiyyətsiz dolğu və botoks inyeksiya edənləri hansı CƏZA gözləyir?

Keyfiyyətsiz dolğu və botoks inyeksiya edənləri hansı CƏZA gözləyir?

admin 14/08/2025
vGDmLLXASD1qwVOCSdpSz4Sjx5bqJulApXs4kn9A_1200

 

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bəzi özəl tibb müəssisələrində “Botulinum toksini” (botoks), estetik dolğular (məsələn, hialuron turşusu tərkibli vasitələr) və mezopreparatların (vitamin, amin turşusu, peptid qarışıqları) rəsmi idxal icazəsi və keyfiyyət sənədləri olmadan istifadə olunduğu ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli 345 nömrəli Qərarına əsasən, bütün dərman və tibb vasitələri (o cümlədən inyeksiya olunan estetik preparatlar) yalnız Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra ölkəyə idxal oluna bilər. Qeydiyyatsız preparatların idxalı və istifadəsi qanunla qadağandır.

Maraqlıdır, qanunla qadağan olan qeydiyyatsız preparatların idxalı və istifadəsini müəyyənləşdirmək üçün AEM monitorinqlər aparacaqmı? Qanunu pozanları hansı cəza gözləyir?

Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd olunub ki, kosmetologiyada istifadə olunan botoks, dolğular və digər tibbi vasitələrin qeydiyyatsız istifadəsi AEM tərəfindən planlı və plandankənar yoxlamalar zamanı, habelə vətəndaş şikayətləri əsasında aşkar edilir:

“Keçmiş illərdə hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlərdə AEM əməkdaşları da iştirak ediblər və nəticədə çox sayda qeydiyyatsız, keyfiyyəti şübhə doğuran məhsullar dövriyyədən çıxarılıb. Son təhlillər göstərir ki, qeydiyyatsız və keyfiyyəti şübhəli botoks və dolğuların istifadəsi yenidən qeydə alınır. Bu səbəbdən nəzarət tədbirləri gücləndirilmiş qaydada davam etdiriləcək”.

AEM qanunvericilikdə nəzərdə tutulan tədbirlər barədə də məlumat verib:

“İnzibati Xətalar Məcəlləsinin 221.1 maddəsinə görə, qeydiyyatsız, keyfiyyətsiz, mənşəyi məlum olmayan və ya yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, saxlanması və ya idxalı inzibati məsuliyyət yaradır.

Belə ki, bu halda vəzifəli şəxslər 1 500 AZN-dən 2 000 AZN-ə qədər, hüquqi şəxslər 5 000 AZN-dən 7 000 AZN-ə qədər cərimə oluna bilərlər.

Eyni zamanda, İXM-in 221.3-a maddəsinə görə, ehtiyatsızlıq nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulduqda vəzifəli şəxslər 2 000 AZN-dən 2 500 AZN-ə qədər, hüquqi şəxslər 7 000 AZN-dən 9 000 AZN-ə qədər cərimələnə bilərlər.

Həmçinin İXM-in 221.4 maddəsinə görə, yuxarıdakı xətaların bir il ərzində təkrar törədilməsi hallarında vəzifəli şəxslərə 2 500 AZN-dən 3 000 AZN-ə qədər, hüquqi şəxslərə 9 000 AZN-dən 11 000 AZN-ə qədər cərimə tətbiq edilə bilər.

Habelə Cinayət Məcəlləsinin 200-1.1 maddəsi də qeydiyyatsız dərman vasitələrinin xeyli miqdarda satışı, saxlanması və ya idxalını qadağan edir və bu halların baş verməsi cinayət məsuliyyəti yaratdığı üçün vətəndaşlar 3 000 AZN-dən 5 000 AZN-ə qədər cərimə və ya iki ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə, mümkün olduqda iki ilədək müddətə müəyyən fəaliyyətlə məşğul olma hüququnun məhdudlaşdırılması ilə cinayət məsuliyyətinə cəlb oluna bilər.

İnzibati Xətalar Məcəlləsinə görə, “az miqdar” dedikdə 1 000 AZN-dək olan məbləğ nəzərdə tutulur. Miqdar bundan artıq olduqda məsələ Cinayət Məcəlləsi üzrə araşdırılır”.

PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyan-kilsə qarşıdurması bitdi? – II Qaregin ABŞ-dədir, baş nazir isə nə edəcəyini bilmir
Next: Zəngəzurla bağlı ikinci sənəd imzalandı: Zəmanəti bu ölkə verir

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.