Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 14
  • Tramp yenə fikrini dəyişdi – Zelenskiyə və Avropa liderlərinə vəd verdi, Putini hədələdi…

Tramp yenə fikrini dəyişdi – Zelenskiyə və Avropa liderlərinə vəd verdi, Putini hədələdi…

admin 14/08/2025
tpz

 

Ukrayna torpaqlarının Ukraynasız bölüşdürülməsi ehtimalı azalır

Alyaska sammitinə bir gün qalır və bu görüş dünya gündəminin əsas mövzusudur. Bununla yanaşı, onun mümkün nəticələrilə bağlı narahatlıqlar da pik nöqtədədir. Çünki görüşdə xüsusilə Ukrayna ərazilərinin Kiyevin iştirakı olmadan masa üzərinə qoyulacağı və bölüşdürüləcəyi perspektivi ilə bağlı çoxlu iddialar var.

Lakin Qərb mətbuatının yazdığına görə, ötən gün ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenskiyə və avropalı müttəfiqlərinə Vladimir Putinlə Ukraynanın bölünməsini müzakirə etməyəcəyini deyib.

“NBC News”-un öz mənbələrinə istinadla verdiyi məlumata görə, Tramp Avropa liderlərinə Putinlə Alyaskada görüşdə yalnız Ukraynada atəşkəsə nail olmaq istədiyini və Rusiya başçısı ilə bununla bağlı danışacağını bildirib. Mənbələr Trampın Avropa liderlərinə Putinlə heç bir torpaq mübadiləsini müzakirə etməyəcəyini söylədiyini qeyd edirlər.

Söhbətin təfərrüatları ilə bağlı məlumat verən avropalı rəsmilərin sözlərinə görə, Tramp və Avropa liderləri real sülh danışıqlarına başlamazdan əvvəl Ukraynada atəşkəs əldə edilməli olduğu barədə razılığa gəliblər.

Adı çəkilməyən Avropa liderlərindən biri bildirib ki, görüşdə Tramp üçün prioritet məsələ sadəcə, atəşkəsə nail olunmasıdır. Digər Avropa lideri isə Ukraynasız Ukrayna ərazisinin müzakirə olunmayacağına əminliyini ifadə edib.

Bununla yanaşı, məlumatda qeyd olunur ki, əksər Avropa liderlərinin fikrincə, Tramp Putinlə görüşünün nəticəsi ilə bağlı nikbin deyil.

Mənbələr əlavə edib ki, liderlər Putin atəşkəsə razılaşmasa, Trampın Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyinə əmindirlər. Tramp da daxil olmaqla, bütün tərəflər razılaşıblar ki, Ukrayna real sülh danışıqlarına qatılmalı və hansı ərazi güzəştlərinə getməyə hazır olduğuna özü qərar verməlidir.

Qeyd edək ki, Zelenskinin özü də Alyaska görüşündə Ukrayna ərazilərilə bağlı onun iştirakı olmadan əldə edilə biləcək hər hansı razılaşmanı tanımayacaqlarını bəyan edib.

Öz növbəsində Tramp Avropa liderləri ilə telefon danışığını “çox yaxşı” adlandırıb və Putinlə görüşündən sonra Zelenski ilə üçtərəfli görüşün keçirilməsini təklif edib: “Birinci görüşdən daha məhsuldar olacaq ikinci görüşümüz üçün yaxşı şansımız var. Çünki ilkin olaraq, mən harada olduğumuzu və nə etdiyimizi öyrənəcəyəm. Mən bunu demək olar ki, dərhal etmək istərdim və onlar istəsələr, Putin, Zelenski və mənim aramızda tezliklə ikinci görüş keçirəcəyik”.

Tramp həmçinin əlavə edib ki, Putin müharibəni dayandırmağa razı olmasa, Rusiya “ciddi nəticələrlə” üzləşəcək.

Göründüyü kimi, diplomatiya baxımından rəsmi Kiyev üçün vəziyyət daha əvvəl qeyd edildiyi qədər acınacaqlı deyil. Belə ki, Trampın Ukraynanı onun iştirakı olmadan Putinlə bölüşdürəcəyi barədə məlumatlar hələlik təsdiqlənmir. Çünki Trampın bütün gözlənilməz bəyanatları və addımlarına rəğmən, ABŞ Ukraynanın və Avropanın mövqeyi ilə hesablaşmaya bilmir. Həmçinin, ABŞ-nin öz maraqları Ukraynanın Putinin istədiyi şəkildə parçalanmasına və daha da zəiflədilməsinə imkan vermir. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: QHT-lərə Dövlət Dəstəyi Agentliyi satınalmaların təşkilində nə qədər qanunsuzluqlara yol verir
Next: Azərbaycanda əmək sahəsinə aid yeni dövlət standartları qəbul edilib

OXŞAR MÖVZULAR

cadabc1043033cb452962e60a6b82915_1

İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi?

admin 15/03/2026
c77c136d6a9e5ac5a2b09817732f4a6e_3 (1)

ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir?

admin 15/03/2026
tramp-situasiya

İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir?

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.