Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 15
  • Alyaskada ABŞ-Rusiya sammiti: Tramp və Putin arasında çoxdan gözlənilən görüş

Alyaskada ABŞ-Rusiya sammiti: Tramp və Putin arasında çoxdan gözlənilən görüş

admin 15/08/2025
putin-tramp

 

Bu gün, avqustun 15-də ABŞ Prezidenti Donald Trampla onun rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskanın Ankoric şəhərində görüş baş tutacaq.

Bu, Donald Trampın 2024-cü ildə seçkidə qələbə qazanmasından sonra Vladimir Putinlə ilk təkbətək görüşü olacaq. Sonuncu dəfə iki ölkə lideri 2019-cu ildə Yaponiyanın Osaka şəhərində bir-birinin əlini sıxıblar. Sammitin əsas mövzusu Ukraynada davam edən münaqişə olacaq.

Görüşün keçiriləcəyi məkan və simvollar

Sammit Ankoricdəki Elmendorf-Riçardson Hərbi Hava Qüvvələri bazasında keçiriləcək. Alyaska seçimi bir neçə amillə bağlıdır:

– Coğrafi yaxınlıq: Alyaska Moskva və Vaşinqtondan təxminən bərabər məsafədə yerləşir və bu, onu hər iki tərəf üçün logistik cəhətdən əlverişli edir.

– Tarixi simvolizm: Alyaska 1867-ci ildə Rusiya İmperiyası tərəfindən ABŞ-yə satılıb və yer seçimi iki ölkə arasında tarixi əlaqələri vurğulayır.

– Təhlükəsizlik: ərazidə əhali sayının az olması və kənarda yerləşməsi təhlükəsizliyə riskləri azaldır.

Liderlərin sammitinin proqramı

Sammitin yerli vaxtla saat 11:30-da (Bakı vaxtı ilə 23:30-da) başlaması gözlənilir. D.Tramp və V.Putin əvvəlcə yalnız tərcüməçilərin iştirakı ilə təkbətək danışıqlar aparacaqlar.

Daha sonra əsas məsələləri müzakirə etmək üçün hər iki ölkənin nümayəndə heyətləri liderlərə qoşulacaq və genişləndirilmiş danışıqlar başlayacaq.

Sonra müzakirələr qeyri-rəsmi şəkildə səhər yeməyi ətrafında davam etdiriləcək.

Danışıqlardan sonra iki liderin birgə mətbuat konfransı planlaşdırılır.

Görüşdə iştirak edəcək nümayəndə heyəti:

ABŞ: Prezident Donald Tramp, vitse-prezident Ceyms Devid Vens, dövlət katibi Marko Rubio, ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ-nin maliyyə naziri Skott Bessent.

Rusiya: Prezident Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, Rusiya prezidentin köməkçisi Yuri Uşakov, Rusiyanın maliyyə naziri Anton Siluanov, Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev.

Sammitin əsas müzakirə mövzuları:

– Ukraynada münaqişə: əsas məqsəd atəşkəs razılaşmasına nail olmaqdır. Tramp “ərazi mübadiləsi”nin mümkünlüyünə ümid etdiyini bildirib.

– silahlara nəzarət: strateji silahlara dair yeni müqavilələrin uzadılması və ya bağlanması perspektivlərinin müzakirəsi.

– iqtisadi əməkdaşlıq: ölkələr arasında ticarət və investisiya əlaqələrinin bərpası və genişləndirilməsi imkanları.

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycanda qadın sahibkarlar üçün ilk beynəlxalq She’s Next Hakatonuna qeydiyyat artıq açıqdır
Next: Nikol Paşinyan Rusiyaya səfər edəcək

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.