Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 15
  • Azərbaycanda qadın sahibkarlar üçün ilk beynəlxalq She’s Next Hakatonuna qeydiyyat artıq açıqdır

Azərbaycanda qadın sahibkarlar üçün ilk beynəlxalq She’s Next Hakatonuna qeydiyyat artıq açıqdır

admin 15/08/2025
qad-sah

 

Rəqəmsal ödəmələrdə dünya lideri olan Visa, Reinvantage şirkəti ilə tərəfdaşlıqda Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrində, o cümlədən Azərbaycanda qadınlar üçün ilk She’s Next Hakatonuna start verir. Qadın sahibkarları dəstəkləyən qlobal She’s Next Empowered by Visa təşəbbüsü çərçivəsində təşkil olunmuş bu proqram regiondakı qadınlara 20-yə yaxın ekspertdən bilik qazanmaq, mentorluq əldə etmək, bizneslərinin görünənliyini artırmaq və 20 000 ABŞ dolları məbləğində mükafat fondu uğrunda yarışmaq şansı təklif edir.

She’s Next Hakatonu cəsur düşüncə, real dünya həlləri və biznesdə inklüziv innovasiyaları təşviq etmək üçün nəzərdə tutulub. Ənənəvi hakatonlardan fərqli olaraq, burada iştirakçılar kodlaşdırma (kompüter proqramlaşdırması) ilə məşğul olmayacaqlar, əvəzində əsas diqqəti biznes strategiyasına və problemlərin həllinə yetirəcəklər. İştirakçılar maliyyə dayanıqlılığı, biznesdə strateji istiqamətin dəyişməsi, bazarın genişləndirilməsi, tendensiyaların proqnozlaşdırılması və sahibkarlığa aid digər problemlər üzərində işləyəcəklər.

Proqram bir neçə mərhələdən ibarət olacaq:

  • 29 avqust: ərizə qəbulu üçün son tarix
  • 3-12 sentyabr: biznes təhsili mərhələsi
  • 16 sentyabr: iştirakın təsdiqlənməsi və komandaların formalaşdırılması
  • 18 sentyabr – 1 oktyabr: hakaton

Bütün fəaliyyətlər tamamilə onlayn və yalnız ingilis dilində həyata keçiriləcək.

She’s Next rəqəmsal icması və digər maraqlı tərəflərin iştirakı ilə 3 oktyabrda açıq virtual toplantı formatında keçiriləcək Böyük Final Hakatonun kulminasiyası olacaq. Bu tədbirdə uğurlu sahibkarlar, biznes liderləri və Visa nümayəndələri bir araya gələrək bilik mübadiləsi aparacaq və qadınların innovativ gücünü bayram edəcəklər. Tədbirdə Hakaton zamanı işlənib-hazırlanmış biznes konsepsiyaları təqdim olunacaq, eləcə də ana çıxışlar səslənəcək, maraqlı müzakirələr biznes viktorinası baş tutacaq.

Proqram çərçivəsində iştirakçılar səriştəli biznes mütəxəssislərinin keçirdiyi və praktiki biliklər təqdim etdiyi 4 onlayn vebinardan yararlanacaqlar. Hakaton mərhələsinə yüksələn komandalar təcrübəli biznes təsisçiləri, məsləhətçilər və innovasiya ekspertləri ilə ən az 3 mentorluq sessiyasında fərdi təlimat alacaqlar. Bütün iştirakçılar həmçinin beynəlxalq biznes əlaqələri qurmaq üçün geniş imkanlar əldə edəcək və regionun hər bir ölkəsindən həmfikir qadın sahibkarları birləşdirən əhatəli She’s Next rəqəmsal platformasına qoşulmağa dəvət olunacaqlar.

Qaliblər 3 kateqoriya üzrə müəyyən olunacaq:

  • Əsas mükafat – 10 000 ABŞ dolları
  • İnnovativ yanaşma – 5 000 ABŞ dolları
  • Sosial səmərəlilik – 5 000 ABŞ dolları

Pul mükafatları ilə yanaşı, müsabiqənin qalibləri sənaye liderləri ilə 3 aylıq mentorluq, Visa və Reinvantage platformalarında geniş görünənlik, gələcək tədbirlərə dəvətlər, She’s Next icması daxilində davamlı tanıtım imkanları qazanacaq, eləcə də regionun KİV-lərinə yayılan rəsmi mətbuat açıqlamasında ayrıca qeyd olunacaqlar.

“Qadın liderliyinın və sahibkarlığının uzunmüddətli tərəfdarı olaraq, Visa inanır ki, qadınlar inklüziv iqtisadi artımı irəli aparmaq iqtidarındadırlar,” – deyə Visa-nın Baş vitse-prezidenti, Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz üzrə regional meneceri Kristina Doroş (Cristina Doros) bildirib. – “Regionumuzda 5 ildən artıq uğurla genişlənən “She’s Next Empowered by Visa” təşəbbüsü çərçivəsində keçirilən “She’s Next” Hakatonu qadınların hüquq və imkanlarının genişləndirilməsi missiyamızda yeni mərhələni təmsil edir. Həmin proqram üzrə Reinvantage ilə əməkdaşlıqdan qürur duyuruq. Əməkdaşlığımız 2022-ci ildə qadın sahibkarlığına dair regional sorğu ilə başladı və bir il sonra “She’s Next” rəqəmsal icma platformasının təqdim edilməsi ilə davam etdi. “She’s Next” Hakatonu sadəcə bir müsabiqə deyil, o, cürətli ideyalar və güclü liderlik üçün start meydançasıdır. Bu proqramın yeni sahibkarlıq istedadlarını necə yüksəldəcəyini görmək məni çox həyəcanlandırır”.

She’s Next Hakatonunda iştirak istənilən mərhələdə – yenicə öz işini qurmuş qadınlardan oturuşmuş sahibkarlaradək hər kəs üçün açıqdır. Siz fərdi qaydada və ya komanda kimi (5 nəfərə qədər) qeydiyyatdan keçə bilərsiniz. Qarışıq-cinsli komandalar da qəbul edilir, lakin onlara qadınlar rəhbərlik etməlidir.

“Yenidən kəşf sadəcə dəyişikliklərə və qeyri-müəyyənliyə cavab deyil – o, gələcəyin artıq tələb etdiyi həlləri ortaya çıxarmağa imkan verən bir təfəkkürdür. “She’s Next” Hakatonu qadın sahibkarların yeni nəslini bu düşüncə tərzinə kökləmək məqsədini qoyur, strategiyalarla təchiz etməklə yanaşı, onlarda məqsədyönlülük, çeviklik və uzaqgörənlik bəsləməklə irəliyə doğru addımlamaq üçün inam yaradır. Bu, təkcə sahibkarlıq deyil – inklüziv, dayanıqlı biznesin gələcəyini formalaşdırmaq deməkdir,” – deyə Reinvantage şirkətinin Transformasiyalar üzrə direktoru Endryu Vrobel (Andrew Wrobel) bildirib.

İştirak qaydalarını daha ətraflı öyrənmək və She’s Next Hakatonunda qeydiyyatdan keçmək üçün https://shesnext.emergingeurope.org/hackathon2025/ linkinə daxil olun. Qeydiyyat 29 avqust tarixinədək açıqdır.

Visa haqqında

Visa (NYSE: V) (Nyu-York fond birjasında V simvolu ilə tanınır) rəqəmsal ödəmələrdə dünya lideridir və dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında maliyyə əməliyyatlarını dəstəkləyir. Missiyamız ən innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə ayrı-ayrı bizneslərə və bütöv iqtisadiyyatlar üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, hər zaman hamını daxil edən iqtisadiyyatlar bütün dünyada hər zaman hamının güzəranını yaxşılaşdırır və iqtisadi əlçatanlığı pulların gələcək qlobal hərəkətinin əsası kimi görürük. Daha ətraflı məlumat üçün: visa.com.az

Reinvantage haqqında

Reinvantage, insanlara və təşkilatlara dəyişikliyi öncədən görməyə, aktuallığı qoruyub saxlamağa və növbəti addımları planlamağa kömək edən strateji yenidən kəşf şirkətidir. O, təfəkkürdən başlamış strategiyanın icrasınadək hər səviyyədə yenidən kəşfi dəstəkləmək üçün ixtisaslaşmış məsləhətləri və gələcək yönlü qənaətləri bir araya gətirir. Reinvantage həmçinin regionda innovasiyalara və dayanıqlı inkişafa yönəlmiş Emerging Europe (“İnkişafda olan Avropa”) adlı uzunmüddətli təşəbbüsü həyata keçirir və məhz bu təşəbbüs vasitəsilə She’s Next rəqəmsal platformasını idarə edir. Bu inteqrasiya olunmuş model hər bir proqramın, tərəfdaşlığın və ya təşəbbüsün real dünya aktuallığını və uzunmüddətli təsirə əsaslanmasını təmin edir. Daha ətraflı məlumat üçün: reinvantage.org

Qaydalar

She’s Next Hakatonunun toplam qaydaları ilə tədbirin rəsmi səhifəsində https://shesnext.emergingeurope.org/hackathon2025/ tanış olun.

PAYLAŞIN:

Continue Reading

Previous: Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bu tenderi “BƏYAZ İNŞAAT” MMC-yə hansı şərtlərlə verib
Next: Alyaskada ABŞ-Rusiya sammiti: Tramp və Putin arasında çoxdan gözlənilən görüş

OXŞAR MÖVZULAR

ev_menzil_b

Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir?

admin 15/03/2026
d5a40cc93352bcdf657ed6dde6813af3_11 (1)

Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq?

admin 15/03/2026
f7a3ad57c7134cc336d0694127be0c28_Untitled-1

Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər

admin 15/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.