Skip to content
25/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 16
  • Alyaska görüşündə Azərbaycan məsələsi: Tramp və Putin bu mövzuda razılığa gəlib

Alyaska görüşündə Azərbaycan məsələsi: Tramp və Putin bu mövzuda razılığa gəlib

admin 16/08/2025
elxan_sahinoglu (1)

 

ABŞ Prezidenti Donald Trampla və Rusiya Prezidenti Vladimir Putinin Alyaskadakı görüş nəticə vermədi. Bu, heç gözlənilmirdi. Çünki, işğala məruz qalan dövlətin lideri, yəni Ukrayna Prezidenti Volodimir Zelenski bu görüşdə iştirak etmirdi. Ukraynanın başı üzərindən sülhə nail olmaq mümkün deyil. Vaşinqton Moskvaya Ukrayna müharibəsini “ərazi mübadiləsi” vasitəsilə həllini təklif edib. Kiyev bu təklifin əleyhinədir. Çünki Ukrayna müharibəni dayandırmaq üçün ərazilərinin bir hissəsinin işğalı ilə barışmalıdır.

Bu sözləri açıqlamasında politoloq Elxan Şahinoğlu deyib

Onun fikrincə, Vaşinqtonun təklifinə heç Moskva da razı deyil: “Rusiya Ukraynanın 4 bölgəsinin ona verilməsini tələb edir. Kreml hələ işğal edə bilmədiyi əraziləri də Ukraynadan istəyir. Vaşinqton isə ancaq işğal edilənin Rusiyaya aid olunmasına tərəfdardır. Buna baxmayaraq, Alyaskadakı görüş həm Rusiya Prezidenti Vladimir Putin, həm də ABŞ Prezidenti Donald Tramp üçün vacib idi. Putin üçün bu görüş ona görə vacib idi ki, Kreml sahibi uzun müddətdir Trampın müxtəlif təkliflərinə “yox” deyib. O bu dəfə də Ağ Ev sahibinin təklifinə “yox” desəydi, Donald Tramp Putinlə təmaslardan imtina edəcəkdi. Halbuki, Vladimir Putin Trampın Prezidentliyi dövründə ABŞ-lə münasibətlərin normallaşdırılmasına çalışır. Təsadüfi deyil ki, Putin Alyaskadakı görüşdə amerikalı həmkarını keçmişdə mövcud olan iqtisadi əlaqələrin bərpası mövzusuna yönəltməyə çalışıb. Ticarətçi olan Tramp bu mövzuya maraq göstərir, ancaq o müşavirlərinin təlimatıyla “gəl əvvəlcə müharibəni dayandıraq, bundan sonra ikitərəfli əməkdaşlığın inkişafına qayıdarıq” prinsipindən çıxış edir. Putin Trampın tərifə meylli olduğunu bilərək, Alyaskada amerikalı həmkarının qulağına xoş olan ifadələr səsləndirib. Misal üçün Tramp hər dəfə bildirir ki, Bayden yox o, Prezident olsaydı, Rusiya-Ukrayna müharibəsi başlamayacaqdı. Putin Alyaskada bu fikri təsdiq edən cümlə işlədib: “Mən ABŞ-nin keçmiş prezidentini xəbərdar etmişdim, məni dinləmədi, Tramp o zaman prezident olsaydı, müharibənin başlamasının qarşısını alardı”. Digər tərəfdən Putin ABŞ-dakı bundan əvvəlki seçkinin Co Baydenin xeyrinə saxtalaşdırıldığını bildirib. Bununla Kreml sahibi Trampın digər arqumentini də dəstəkləyib. Putinin sözlərinə görə, ABŞ-də poçt üsulu ilə səsvermə saxtakarlığa şərait yaradıb. Tramp da eyni fikirdədir”.

Politoloq hesab edir ki, Alyaskadakı görüş Donald Tramp üçün də vacib idi: “Ukrayna müharibəsi ilə bağlı nəticə əldə olunmasa da, Ağ Ev sahibi problemin həlli yolunda çalışmalarını davam etdirdiyi görüntüsü yaradıb. Onun seçkiqabağı əsas vədi Rusiya-Ukrayna müharibəsinin dayandırılaması ilə bağlıdır. Ona görə də Tramp bu istiqamətdə kiçik də olsa, nəticə əldə etməyə çalışmalıdır. Putin amerikalı həmkarının Alyaskada görüş təklifinə razılaşmaqla Trampın reytinqinin aşağı düşməsinin qarşısını almış oldu”.

Elxan Şahinoğluna görə, Donald Trampla Vladimir Putin arasındakı dialoqun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına cavab verir: “Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-nin səylərinin qarşısını almaq istəməyəcək. Əks halda, Putin “Tramp marşrutu”nun əleyhinə çıxmış olacaq ki, bu, Ağ Evdə mənfi qarşılanacaq. Bu Azərbaycanla Ermənistana imkan yaradır ki, Zəngəzur dəhlizinin tikintisi və işə düşməsi prosesini sürətləndirsin”.

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ qırıcıları Putinin təyyarəsini belə müşayiət etdi
Next: Sabiq nazirdən Rusiya ilə bağlı sensasion açıqlama: Azərbaycana qarşı bu taktikanı seçib

OXŞAR MÖVZULAR

nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026
iran-rusiya-fl

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə…

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026
  • Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb 25/05/2026
  • Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq 25/05/2026
  • Yeni tikililərlə bağlı VACİB dəyişiklik: Qərar mənzil bazarını silkələyəcək 25/05/2026
  • Rusiya hərəkətə keçdi – Volodindən Paşinyana şok sözlər 22/05/2026
  • Türkiyə müxalifətinin ən çətin sınağı: Güclü lider çatışmazlığı və daxili böhran 22/05/2026
  • 500 MİNDƏN ÇOX SƏNƏDSİZ EVİN TALEYİ NECƏ OLACAQ? – “Bu evlərin yaxın müddətdə sənədləşdirilməsi gözlənilir…” 22/05/2026
  • Erməni nazir: Qarabağdan İrəvana qaçan fərarilər yenə müharibə istəyirlər 22/05/2026
  • Azərbaycan öz hesabına 12 şəhəri sıfırdan inşa edir – Anar Quliyev 22/05/2026
  • Qadınların mənzil hüququ təmin olunmadan şəhərlərin dayanıqlı inkişafı mümkün deyil – BMT 22/05/2026
  • “Moody’s” “Cənub Qaz Dəhlizi” QSC-nin gəlirliliyi ilə bağlı proqnozlarını verib 22/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.