Skip to content
10/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 19
  • Putin-Zelenski görüşü: ola da bilər, olmaya da – Zelenski hazırdır, Putinin “cəsarəti” isə sual altındadır

Putin-Zelenski görüşü: ola da bilər, olmaya da – Zelenski hazırdır, Putinin “cəsarəti” isə sual altındadır

admin 19/08/2025
8924d4be-03d4-4137-b89b-cce1256d1a30

 

Belə görünür ki, Volodimir Zelenskinin Vaşinqton səfəri öz əhəmiyyətinə və çəkisinə görə Vladimir Putinin Alyaska səfərindən geri almır.

Zelenskinin ən azından özü ilə birgə, demək olar, bütün Avropa liderlərini yığıb Ağ Evə gətirə bilməsi və ABŞ Prezidenti ilə bundan əvvəlki qalmaqallı fevral görüşündən tamamilə fərqli və pozitiv aurada baş tutan görüşə nail olması ondan xəbər verir ki, Ukraynanı hələ ki, hər hansı diplomatik məğlubiyyət gözləmir. Eyni zamanda, Zelenskinin Tramp qarşısında “ərazi mübadiləsi” adı altında hər hansı torpaq güzəştinə getmədiyi də bu görüşün ilkin, üzdə görünən nəticələrindən biri və bəlkə də ən vacibi sayıla bilər…

Ancaq bu görüşlə bağlı təbii olaraq, qaranlıq, yaxud gizli saxlanılan məqamlar da kifayət qədər çoxdur. ABŞ Prezidenti Donald Tramp Zelenski ilə Putin arasında görüşün mümkünlüyünü açıqlayıb. Onun sözlərinə görə, artıq hazırlıqlara başlanılıb, lakin tədbirin keçiriləcəyi yer daha sonra müəyyənləşəcək. Zelenski də Rusiyanın görüş təklif etdiyini təsdiqləyib və əlavə edib ki, ərazi məsələsi yalnız onunla Putin arasında təkbətək görüşdə müzakirə edilə bilər. Ukrayna başçısı bir tərəfdən hər hansı ərazi güzəştinin, xüsusilə də Rusiyanın tələb etdiyi Donbasın qalan hissəsinin təhvil verilməsinin mümkünsüzlüyünü bildirir, digər tərəfdən isə bu məsələnin yalnız Putinlə təkbətək müzakirə oluna biləcəyini deyir…

Digər yandan, Zelenski Rusiya tərəfinin görüş tələb etdiyini və özünün Putinlə təkbətək görüşə hazır olduğunu bəyan edib. Lakin görüşün formatı barədə hələ heç nəyin məlum olmadığını qeyd edib. Yəni, belə çıxır ki, bu format prezidentlər səviyyəsində olmaya da bilər: “Biz ikitərəfli görüşlə bağlı hər hansı təfərrüatı bilmirik. Biz ABŞ Prezidenti ilə məsələni müzakirə etdik ki, bütün tərəflər müharibəni bitirmək istəyini nümayiş etdirməlidir. Müharibəyə son qoymaq istəyi isə liderlər səviyyəsində diplomatik görüşdür”, – deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, əgər bu və ya digər tərəf görüşmək istəyini nümayiş etdirmirsə, o zaman Ukrayna ABŞ-dən buna uyğun hərəkət etməyi xahiş edir. Zelenski əlavə edib ki, “biz hansı formatların ola biləcəyini başa düşürük, ona görə də görüşümüzün baş tutması ehtimalı var”: “Ukrayna görüş üçün bəzi qlobal, əlbəttə ki, ədalətli şərtlər qoymağa başlasa… o zaman ruslar yüz şərt qoyacaq. Ona görə də hesab edirəm ki, heç bir şərt olmadan biz görüşməli və müharibəni bitirmək üçün bu yolun inkişafının nədən ibarət olduğunu düşünməliyik”.

Elə Putinin köməkçisi Yuri Uşakovun mümkün görüş barədə açıqlaması da qeyri-müəyyəndir. O, təkbətək Zelenski-Putin görüşünün olacağını birmənalı təsdiqləməyib. Sadəcə, deyib ki, Putinlə Tramp “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin, yəni yuxarıda qeyd olunan birbaşa danışıqlarda iştirak edən nümayəndələrin səviyyəsinin yüksəldilməsi imkanlarının nəzərdən keçirilməsinin mükünlüyünü” müzakirə ediblər.

Xatırladaq ki, əvvəlki Rusiya-Ukrayna danışıqlarında Rusiya tərəfi heç bir səlahiyyəti olmayan “populist-tarixçi” Vladimir Medinski səviyyəsində təmsil olunurdu. Uşakovun dediklərindən belə nəticə çıxarmaq olar ki, Putin bu dəfə Ukrayna ilə danışıqlara Medinskidən daha samballı və ciddi fiqur göndərəcək. Bu isə danışıqları və vaxtı uzatmağın növbəti formasına çevrilə bilər…

Ancaq Avropa liderləri və Qərb mətbuatı Uşakovdan fərqli məlumatlar paylaşırlar. “Agence France-Presse” (AFP) öz mənbələrinə istinadla məlumat yayıb ki, Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Avropa liderləri də buna bənzər açıqlamalar verirlər.

Lakin bir məsələ də var ki, ortalıqda əvvəlcədən hər hansı konkret razılıq, heç olmasa, razılaşdırılmış bəyannamə sənədi olmadan Putin-Zelenski görüşünün keçirilməsi nə dərəcədə mümkündür? Yaxud bu görüş də əvvəlki Ukrayna və Rusiya nümayəndə heyətlərinin İstanbul görüşləri kimi sadəcə, tərəflərin öz mövqelərini təkrarlaması ilə nəticələnəcəksə, belə tələsik və hazırlıqsız görüşün nə mənası var? Belə çıxacaq ki, nümayəndə heyətləri arasındakı əvvəlki fikir və mövqe ayrılığı bu dəfə prezidentlər səviyyəsində təsdiqlənəcək.

Nəhayət, ən təhlükəlisi odur ki, artıq liderlər arasında nəticəsiz görüşlər adiləşəcək və rutin halına gələcək. Buna paralel olaraq isə cəbhədə qanlı döyüşlər, işğal, eləcə də Ukraynanın dinc şəhərlərinin və əhalisinin bombalanması davam etdiriləcək. ABŞ Prezidentinin Putinin müharibə dayandırılmadan, atəşkəs olmadan danışıqların aparılması mövqeyilə barışması bu baxımdan çox təhlükəli və mənfi nəticədir… Ukraynaya qarşı “ərazi mübadiləsi” adı altında ərazi güzəşti tələblərinə və Putinin Zelenski ilə görüşə nə dərəcədə hazır olmasına gəlincə, buna Avropada az-çox qətiyyət və ləyaqət əlamətləri qalan liderlərdən biri – Almaniya kansleri Fridrix Merts maraqlı münasibət bildirib. O deyib ki, doğrudan da Zelenski ilə Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər. Lakin Merts belə bir sammitə yaxşı hazırlaşmaq lazım olduğunu deyib. Bununla yanaşı o, Putinin belə bir görüşdə iştirak etmək “cəsarətini” şübhə altına alıb: “Rusiya prezidentinin belə sammitdə iştirak etməyə cəsarəti olub-olmayacağını bilmirik. Ona görə də onu inandırmaq lazımdır”.

O, həmçinin Ukraynanın danışıqlarda Donbasdan imtinasını ABŞ-nin öz ştatlarının birindən imtina etməsi ilə müqayisə edib: “Rusiyanın Kiyevdən Donbasın azad ərazilərindən imtina etməsi tələbi mahiyyətcə, ABŞ-yə Floridadan imtina etməsinin təklif olunması ilə eynidir”.

Bir sözlə, Zelenskinin son Vaşinqton səfəri müəyyən optimistlik işartıları versə də, xeyli sayda qaranlıq, ziddiyyətli və qeyri-müəyyən məqamlar qalmaqdadır. Bütün bunları Nobel mükafatı almağa tələsən Trampın nəzərdə tutduğu vaxt çərçivəsi daxilində həll etmək mümkündürmü və ümumiyyətlə, Rusiya gerçək sülhdə maraqlıdırmı? Bu sualların cavabı açıq qalır.

Trampın mövqeyini dəyişərək, “atəşkəs olmadan danışıqlar prosesi”nə razılıq verməsi fonunda isə Rusiya durmadan Ukraynada işğalı, qırğınları və dağıntıları davam etdirir..

PAYLAŞIN:

Continue Reading

Previous: Rusiyada azəbaycanlı “ovu” güclənir – Tanınmış iş adamını Navalnıya necə “calayıblar”?
Next: “Bu razılaşma Zelensikin reytinqinə zərbə olacaq” – Ekspert liderlərin görüşdən çıxan iki əsas nəticəni açıqladı

OXŞAR MÖVZULAR

putin-neba

Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir…

admin 08/05/2026
tramp_iran (2)

Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır

admin 08/05/2026
vaş-tehr

Vaşinqton-Tehran xəttində kritik mərhələ

admin 07/05/2026

XƏBƏR LENTİ

  • İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir 10/05/2026
  • Samir Nuriyev: Heydər Əliyevin zəngin yaradıcılıq və quruculuq irsi bütün sahələri əhatə edir 10/05/2026
  • Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür 10/05/2026
  • Moskva Ermənsitan səfiri ilə “son dərəcə sərt danışıb” – XİN bəyanat yaydı 08/05/2026
  • “Kartdan-karta” ödəniş edənlərə vacib xəbərdarlıq 08/05/2026
  • Bakı nəqliyyatında vahid idarəetmə nə vəd edir? 08/05/2026
  • Putinin son qələbə paradı?! – Rusiya ilk dəfə qələbəni “bir gözü göydə” qeyd edir… 08/05/2026
  • Cərimənin ödənişi yerində tələb oluna bilməz – Qanun nə deyir? 08/05/2026
  • Elmi-Tədqiqat Pediatriya İnstitutunda dövlət satınalmaları nəzarətsiz qalıb 08/05/2026
  • Tramp: İran zənginləşdirilmiş uranı ABŞ-yə verməyə hazırdır 08/05/2026
  • Vaşinqton-Tehran xəttində kritik mərhələ 07/05/2026
  • Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi – Səbəb 07/05/2026
  • Makronun “Hörmüz həmləsi”- Tramp və İran Fransanı boğaza buraxacaqmı? 07/05/2026
  • İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik “Birbank”da 07/05/2026
  • Türkiyə “İldırımxan”ı təqdim etdi: 6 dəqiqəyə Təl-Əvivə ÇATIR – VİDEO 07/05/2026
  • Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi 07/05/2026
  • Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Paytaxtda təmir-tikinti işləri, yoxsa… 07/05/2026
  • BMT-də WUF13-ə hazırlıq mövzusuna həsr olunmuş yüksək səviyyəli tədbir keçirilib 07/05/2026
  • Kimlər daha tez təqaüdə çıxa bilər? 06/05/2026
  • Medvedyev Paşinyanı bu sözlərlə təhqir etdi 06/05/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.