Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 21
  • Putin-Zelenski görüşü olmayacaq! – Lavrov bunu Trampın fantaziyası adlandırdı və köhnə bəhanəni təkrarladı

Putin-Zelenski görüşü olmayacaq! – Lavrov bunu Trampın fantaziyası adlandırdı və köhnə bəhanəni təkrarladı

admin 21/08/2025
lavrov-

 

Tezliklə Putin-Zelenski görüşünün olacağı barədə gözləntilər getdikcə mənasını itirir. Rusiya tərəfinin açıqlamaları onu deməyə əsas verir ki, nəinki yaxın günlərdə, yaxın perspektivdə belə təkbətək görüş və sülh razılığı olmayacaq.

“İnterfaks” agentliyi xəbər verir ki, Moskvada keçirdiyi mətbuat konfransında bu barədə danışan Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə gündəmə gətirilən Putin–Zelenski görüşünün tezliklə keçirilməsi mümkünsüz olduğunu bildirib.

Lavrov bildirib ki, avqustun sonunadək belə bir sammitin keçirilməsi ehtimalı sıfırdır, gələcəkdə də şanslar ya çox azdır, ya da ümumiyyətlə yoxdur. 

“Moskva Ukrayna ilə istənilən formatda danışıqları davam etdirməyə hazırdır, lakin liderlər arasında görüş yalnız ciddi hazırlıqdan sonra keçirilməlidir və danışıqlar prosesinə yekun vurmalıdır” – deyə, Lavrov bildirib.

Lavrov iddia edib ki, Tramp  Putinin mövqeyini səhv anlayıb: “Bu sammit Trampın fantaziyasından başqa bir şey deyil. O, ya Putinin mövqeyini səhv anlayıb, ya da aldadılıb”.

Rusiya XİN rəhbəri onu da qeyd edib ki, Putinlə Zelenskinin görüşü yalnız danışıqların yekun mərhələsində, bütün əsas məsələlər razılaşdırıldıqdan sonra mümkün ola bilər. Əks halda bu cür sammit təşkil etmək məntiqsizdir.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığında Ukrayna ilə danışıqların davam etdirilməsi və nümayəndə heyətlərinin rəhbərlərinin səviyyəsinin artırılması təklifini irəli sürüb.

“Tramp bu ideyanı müsbət qarşıladı. Biz gözləyirik ki, o, bunu Kiyev nümayəndələrinə də çatdıracaq və onların reaksiyasını alacağıq”, – deyə Lavrov əlavə edib.

Lavrov Zelenskinin Putinlə görüş barədə açıqlamalarını da tənqid edib.

O bildirib ki, Zelenski uzun müddət Putininlə danışıqlar aparmayacağını bəyan edib: “Hətta təxminən üç il əvvəl imzaladığı fərmanı ləğv etməyib, bu fərmanda Putinlə danışıqlar aparmaq qəti qadağan olunub. Onun Rusiya Prezidenti ilə sammit təşkil etmək cəhdi guya sülh prosesinə konstruktiv yanaşdığını göstərmək üçündür. Əslində isə bu, davamlı böhranın həlli prinsiplərini razılaşdırmaq üçün ağır, ciddi işi “KVN”, “Kvartal 95” ilə əvəz etməkdir. Hazırkı Ukrayna rəhbəri bu cür hiylələrdən çox fəal istifadə edir.”

Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskinin legitimliyini də növbəti dəfə şübhə altına alıb. O, Kremlin köhnə və heç bir qanuni əsasları olmayan bəhanəsini təkrarlayıb.

Məlum olduğu kimi, Moskva artıq xeyli müddətdir ki, Zelenskinin prezidentlik müddətinin başa çatdığını iddia edir. Lakin Ukrayna qanunları müharibə zamanı seçkilərin keçirilməsini açıq şəkildə qadağan edir. Həmçinin, digər dünya dövlətləri və beynəlxalq təşkilatlar Zelenskinin legitimliyinə şübhə etmirlər.

Lakin Lavrov köhnə nağılları təkrarlayaraq deyib ki, Volodimir Zelenski ilə Vladimir Putin arasında görüş o zaman baş tuta bilər ki, “iş gələcək sazişlərin imzalanmasına gedib çatarsa, Ukrayna tərəfindən bu müqavilələri imzalayan şəxsin legitimliyi məsələsi həll olunacaq”.

Bu o deməkdir ki, Rusiya yenə də Zelenskinin legitimliyini tanımır və onunla hər hansı bir görüş keçirmək, həmçinin sənəd imzalamaq fikrində deyil.

Maraqlıdır ki, Tramp və ətrafı dəfələrlə yaxın günlərdə Putin və Zelenskinin görüşünün keçirilə biləcəyini bəyan edib. Bir çox Avropa liderləri də bu görüş haqda danışıb. Hətta İsveçrə və Macarıstan ev sahibi ölkə kimi çıxış etməyə hazır olduqlarını bildiriblər. Onlar bu barədə Trampın Alyaskada Putinlə görüşündən, eləcə də Zelenski və Avropa liderləri ilə sammitindən sonra danışmağa başlayıblar.

Lavrovun açıqlaması isə tezliklə belə bir görüşün olmayacağını göstərir.  Rusiya rəsmiləri deyirlər ki, Kreml rəhbəri Zelenski ilə yalnız müharibənin dayandırılması ilə bağlı ilkin razılaşmalar əldə edildikdən sonra görüşə bilər. Üstəlik, yalnız Zelenskinin legitimliyi məsələsinin həll olunması şərti ilə. Bütün bunlar bir daha Rusiyanın vaxt uzatmaq, buna paralael olaraq isə Ukraynanı məhv etmək planlarından əl çəkmədiyinin növbəti göstəricisidir. 

Tramp isə bu planda özünün alət kimi istifadə olunmasına imkan verməkdədir… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
Next: Dəhliz marşrutu İran-Ermənistan sərhədindən aralı keçəcək: Bir km-lik məsafə müəyyənləşir

OXŞAR MÖVZULAR

tramp-konf

Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru

admin 16/04/2026
iran-tehran

İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi!

admin 16/04/2026
abş-iir2

ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ

admin 15/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.