Skip to content
31/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Avqust
  • 25
  • Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

admin 25/08/2025
RR-tr

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi publik hüquqi şəxsi tərəfindən “Azərbaycan Karyera İnkişaf Forumu 2025” və “Naxçıvan Karyera Forumu 2025” təşkili xidmətlərinin satın alınması üzrə 23.06.2025-ci ildə başlanılmış açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 244.938,5 manat dəyərində satınalma müqaviləsinin imzalanması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.08.2025- ci ildə dərc edilib.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “RR TRAVEL COMPANY” (VÖEN:1305786331)  Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 21.11.2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, MİRƏLİ SEYİDOV, ev.35, m.3 -də yerləşir. MMC-nin qanuni təmsilçisi Şirvanskaya Günəş Yəhya qızıdır.  Reyestr məlumatlarında MMC-nin Kərimov Fuad İsmayıl oğlu tərəfindən təsis edildiyi göstərilir.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “RR TRAVEL COMPANY” MMC tender bazarının aktiv iştirakçılarındandır. MMC yalnız 2025-ci ilin son beş ayı ərzindən ölkənin müxtəlif bölgələrində bəzi dövlət qurumları tərəfindən keçirilmiş 26 açıq tender və kotirovka sorğularının qalibi seçilib. MMC daha çox tədbirlərin təşkil edilməsi üzrə keçirilmiş satınalmaların qalibi olub.

Məsələn, son beş ayda MMC ilə Tovuz rayon İcra Hakimiyyəti büdcədənkənar vəsait hesabına rayon ərazisində il ərzində anım günləri, hüzn günləri, dövlət və peşə bayramları ilə əlaqədar keçiriləcək tədbirlərin təşkili üzrə 141.570,5, Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti qonaqlama (mehmanxana) xidmətlərinin satın alınması üzrə 678.677, Azərbaycan Milli Elmlər Akademiyası keçirilməsi nəzərdə tutulan tədbirlərin təşkil olunması xidmətlərinin satın alınması üzrə 113.549,04, Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu beynəlxalq və Respublika elmi konfransların təşkil xidmətlərinin satınalınması üzrə 91.892,5, Şabran rayon İcra Hakimiyyəti tədbirlərin təşkil edilməsi xidmətlərinin satın alınması üzrə 66.788, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsi beynəlxalq yük və sərnişin daşımalarının təşkili çərçivəsində xarici ölkə vətəndaşlarının qonaqlama xərcləri üçün müxtəlif növ xidmətlər üzrə 137.130,16, Naxçıvan Dövlət Universiteti tədbirlər və konfransların təşkili xidmətinin satınalınması üzrə 107.763,5, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2025-ci ildə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası Forumun təşkil edilməsi üzrə 299.786,08, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti publik hüquqi şəxsi”Azərbaycan Dövlət Neft və Sənaye Universiteti” PHŞ nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) üçün aviabiletlərin satınalması üzrə 159.000 manat məbləğində müqavilələr bağlayıblar.

Satınalmaların portalından götürdüyümüz bu məlumatlardan da görsəndiyi kimi “RR TRAVEL COMPANY” MMC respublikanın ayrı ayrı bölgələrində tədbirlərin təşkil edilməsi xidmətlərinin əsas təchizatçısıdır. Amma…

Gədəbəy rayon İcra Hakimiyyəti 18.08.2025-ci ildə dövlət satınalmalarının internet portalına bir elan yerləşdirib. Sözügedən elanda qeyd edilir ki, “Gədəbəy Rayon İcra hakimiyyəti tərəfindən “Gədəbəy rayonunda dövlət bayramları və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün xidmətlərin və zəruri olan malların satın alınması” (müsabiqə nömrəsi 106609) predmeti üzrə keçirilmiş satınalmada qalib olan “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış 20 iyun 2025-ci il tarixli 07 saylı satınalma müqaviləsi ləğv olunmuşdur. Əsas: Təchizatçı tərəfindən satınalmanın şərtlər toplusunda və uyğun olaraq satınalma müqaviləsində nəzərdə tutulan malları təqdim edə bilməməsi.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Gədəbəy rayon İcra Hakimiyyəti tərfindən Gədəbəy rayonunda dövlət bayramları və digər əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi üçün xidmətlərin və zəruri olan malların satın alınması üzrə keçirilmiş kotirovka sorğusunun qalibi “RR TRAVEL COMPANY” MMC olub və tərəflər arasında 45.584,88 manat dəyərində satınalma müqaviləsinin bağlanılması barədə məlumat portalda 12.06.2025-ci ildə dərc edilib.

Üstündən iki ay keçdikdən sonra Gədəbəy rayon İcra Hakimiyyəti təchizatçı tərəfindən satınalmanın şərtlər toplusunda və uyğun olaraq satınalma müqaviləsində nəzərdə tutulan malları təqdim edə bilməməsi səbəbindən “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış müqaviləni ləğv edib.

Buradan suallar yaranır. “RR TRAVEL COMPANY” Məhdud Məsuliyyətli Cəmiyyəti 45 min manat dəyəri olan kotirovka sorğusunun müqavilə üzrə tələblərini icra edə bilmirsə 100-200 min manatlıq müqavilələri necə həyata keçirəcək, tədbirləri necə təşkil edəcək? Edə bilməyəcək. Çünki  MMC-nin müvafiq sahədə peşəkarlığının,etibarlığının şübhə altında olduğunu Gədəbəy rayon İcra Hakimiyyəti təsdiq edib. MMC müqavilə əsasında dövlət sifarişləri həyata keçirən bir şirkətdən daha çox, tədbirlərin təşkili adı altında satınalmalar yolu ilə büdcə vəsaitlərinin silinməsində iştirakçıya oxşayır.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə “RR Travel Company” MMC turizm şirkətidir və əsasən xarici ölkələrə turizm səfərlərinin təşkili üzrə ixtisaslaşıb. Mediada yer alan məlumatlarda “RR Travel Company” MMC-nin “RR Group of Companies” MMC-yə bağlı olduğu bildirilir. Nizamnamə kapitalı 40 manat olan “RR Group of Companies” MMC 2013-cü ildə dövlət qeydiyyatına alınıb. MMC-nin sahibi Qarayev Rafiq Hümbət oğludur.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir
Next: Kəlbəcərdə DOST məntəqəsi fəaliyyətə başladı

OXŞAR MÖVZULAR

dma-agro

Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı

admin 15/05/2026
kenan-aşurlu

Kənan Aşurlu sənəd saxtalaşdıran “Kon-Lay Project” MMC ilə müqavilə bağladı – Həm də qanunu pozmaq yolu ilə

admin 14/05/2026
tibb univer

Tibb Universiteti “GSL Service” MMC ilə bu müqaviləni hansı əsaslarla bağlayıb

admin 14/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.