Skip to content
30/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 8
  • Anti-qərb bloku rəsmən elan edilir – Geriləyən Qərb İran, yoxsa Turan seçimini etmək zorundadır

Anti-qərb bloku rəsmən elan edilir – Geriləyən Qərb İran, yoxsa Turan seçimini etmək zorundadır

admin 08/09/2025
988691f9-25ee-4695-b2a8-cf056499f973 (1)

 

Donald Tramp ˝Hindistanı və Rusiyanı Çinə uduzduq˝ deməklə Qərb blokunun bəlkə də ən böyük geosiyasi məğlubiyyətlə üz-üzə qaldığını etiraf etmiş oldu. Trampın verdiyi bəyanatların nə qədər qeyri-ciddi olduğunu nəzərə alsaq belə, Si Cinpin, Vladimir Putin və Kim Çen Inın hərbi paraddan verdikləri birgə görüntü Qərb bloku üçün soyuq duş effekti doğurdu. Bu görüntüyə anti-Qərb blokunun rəsmi elanı kimi də baxmaq olar.

Çox sayda avropalı və amerikalı ekspertlərin özlərinin də etiraflarına görə, Qərbin geriləməsinin əsas səbəbi qərbli yönəticilərin ikili standartları və ikiüzlülüyüdür. Bu barədə çox yazılıb. Qərbin ən iyrənc oyunlarından biri də İrandakı fars rejimi ilə olan oyunudur. Əməldə fars molla rejimini quran və bu gün də ayaqda saxlayan Qərbdir. Sözdə isə molla rejimi Qərbin düşmənidir. Qısaca yada salaq ki, fars molla rejiminin Qərb qarşısında iki mühüm xidməti var.

Birinci xidmət: Fars rejimi yürütdüyü məzhəb düşmənçiliyi siyasəti və qurduğu ˝Şiə Hilalı˝ vasitəsilə Böyük Orta Doğunu parçalayıb, bitib-tükənməyən konfliktlər yaradıb. Qərb isə bu konfliktləri və qarşıdurmaları ustalıqla idarə edərək zəngin bölgəni öz nəzarətində saxlayıb.

İkinci xidmət: Fars molla rejimi ən əhəmiyyətli anti-Türk faktorudur. Qərb, fars rejimini ayaqda saxlamaqla, Türkiyənin güclənməsini və Böyük Turanın qurulmasını əngəlləyir.

Yuxarıda deyilənlər XX əsrin geosiyasi reallıqları idi. İndi vəziyyət kökündən dəyişib. Fars rejiminin qurduğu ˝Şiə Hilalı˝ çöküb, Tehran Orta Doğunu parçalamaq funksiyasını yerinə yetirə bilmir. Qalır anti-Türk rolu. Trampın ˝Hindistanı və Rusiyanı Çinə uduzduq˝ etirafından sonra böyük ehtimalla rəsmi Tehranın anti-Türk rolu da öz əhəmiyyətini itirəcək. Belə ki, İsrailin regional maraqlarını təmin etmək və Böyük Orta Doğunu nəzarətdə saxlamaq üçün Qərb hər zaman Türkiyənin əl-qolunu bağlamağa çalışıb və bu işdə İrandan geninə-boluna istifadə edib. İndi isə şərqdən yüksələn çox böyük təhlükə qarşısında İsrail və Orta Doğu məsələsi daha kiçik görünür. Üstəlik, köhnə Orta Doğu siyasətini davam etdirmək üçün ABŞ və Avropa güclənən və milli maraqlarından geri addım atmayan Türkiyəni qarşılarına almalıdırlar. Belə siyasət isə Türkiyəni və Türk birliyi dövlətlərini anti-Qərb blokuna yaxınlaşdırardı. Vaşinqton və Brüssel buna əsla getməz.

Məntiqə görə, böyük təhlükə ilə üz-üzə qalan Qərb nisbətən kiçik maraqları arxa plana keçirib, türklərlə daha dərin işbirliyinə getməlidir. Belə gedişat fars rejiminin anti-Türk siyasətini də gərəksiz hala gətirir.

Trampın səsləndirdiyi bəyanat indiyə qədər gedən proseslərin etirafıdır. Müdafiə Nazirliyini Müharibə Nazirliyinə çevirən Tramp oyunun son dərəcə sərtləşdiyini qəbul edir. Anti-Qərb blokunun güclənməsi Qərbdən bütün imkanların səfərbər olunmasını tələb edir. Lakin İranla bağlı paradoksal vəziyyət yaranıb. Qərbin ayaqda saxladığı fars rejimi Qərbin düşməni olan Rusiya və Çinlə dərin əməkdaşlıq içərisindədir. İran öz neftini qara sxemlərlə Çinə satır, Çindən hərbi-texnoloji və iqtisadi yardım alır. Eyni zamanda İranın Rusiya ilə hərtərəfli iqtisadi və hərbi əməkdaşlığı var. Başqa sözlə, Qərbin qoruduğu fars rejimli İran anti-Qərb blokunun vazkeçilməz tərəfdaşıdır.

Türkiyə və digər türk dövlətləri üçün vəziyyət fərqlidir. NATO üzvü olan Türkiyə Qərbin bir parçasıdır. Arada müəyyən ziddiyyətlər olsa da, Türkiyənin Qərbdən tam qopma ehtimalı sıfıra yaxındır. Digər Turan dövlətləri isə Rusiya, Çin və İranın qurduğu məngənədə sıxılmaqdadırlar.

Həm Azərbaycanın, həm də Mərkəzi Asiya türk dövlətlərinin bu böyük təhdidlərdən qurtulmalarının yeganə yolu Böyük Turanın qurulmasıdır. Əsrlər boyu türk dövlətləri həm Rusiya, həm də Çinlə ölüm-qalım qarşıdurmalarında olublar. Türk-Rus və Türk-Çin qarşıdurmaları indiyə qədər də tam olaraq bitməyib. Deməli, qurulmaqda olan Böyük Turan birliyi anti-Qərb bloku ilə mübarizədə Qərbin təbii müttəfiqidir.

Yaranan mənzərə belədir: ənənəvi Qərb blokuna qarşı başda Çin və Rusiya olmaqla güclü anti-Qərb bloku formalaşır. İran bu blokun tamhüquqlu üzvüdür. Türkiyə və digər türk dövlətləri isə təbii maraqlar baxımından Qərb blokuna bir köynək daha yaxındır. Bu baxımdan İranın parçalanması anti-Qərb blokunu zəiflədər, Turan birliyini isə möhkəmləndirərdi. Böyük Turanla ikibaşlı olmayan açıq münasibətlər türk dünyası ilə Qərb arasındakı əlaqələri sıxlaşdırardı.

Geriləməkdə olan Qərbin anti-Qərb blokuna qarşı duruş gətirə bilməsi üçünsə Böyük Turanın Qərbə daha yaxın mövqedə dayanması vacibdir. Lakin bu yerdə belə bir sual yaranır: Ronald Reyqan, Marqaret Tetçer, Fransua Mitteran, Helmut Kol kimi liderlərin olmadığı Qərb bloku bu sadə reallığı hesaba qata biləcəkmi?

PAYLAŞIN:

Continue Reading

Previous: Avropa ölkələrində və Azərbaycanda minimum maaş nə qədərdir? – Arada 10 dəfədən çox fərq var…
Next: Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

OXŞAR MÖVZULAR

2026-05-26-09-40-08LvT1Yu0MGy86GgrtlVid_file

Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır

admin 26/05/2026
acd550e8-39b6-4c61-93f5-909e6b8a13b4_740

Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq?

admin 26/05/2026
tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.