Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 9
  • Hesablama Palatası: Şəhər və rayonlarda xərclərin proqnoza uyğun icrasında ciddi fərqlər var

Hesablama Palatası: Şəhər və rayonlarda xərclərin proqnoza uyğun icrasında ciddi fərqlər var

admin 09/09/2025
hesab-pal

 

2024-cü ildə Azərbaycanda şəhər və rayonların yerli gəlirləri ümumilikdə 842 milyon manat təşkil edib ki, bu da proqnozdan 66,8 milyon manat və ya 8,6 %, 2023-cü il göstəricisindən isə 9,7 milyon manat və ya 1,2 % çoxdur.

Hesablama Palatasının bülletenində xəbər verilir ki, yerli gəlirlərin icra səviyyəsi dövlət büdcəsi gəlirlərini 6,5 faiz bəndi üstələyib.

2025-ci ilin dövlət büdcəsi layihəsində yerli gəlirlər 793,9 milyon manat, yerli xərclər isə 799,2 milyon manat proqnozlaşdırılıb ki, bu da 2024-cü illə müqayisədə müvafiq olaraq 2,4 % və 1,8 % artımı göstərir. Artım fiskal idarəetmənin təkmilləşdirilməsi, vergi bazasının genişlənməsi və vergi intizamının gücləndirilməsi ilə izah olunur. Hesabat ilində yerli gəlirlərin strukturuna “sair daxilolmalar” adlı əlavə tədiyə növü daxil edilib, digər tədiyə növlərində isə əhəmiyyətli dəyişiklik olmayıb.

2024-cü ildə yerli gəlirlərin əsas mənbələri əlavə dəyər vergisi (30,6 %), hüquqi şəxslərin mənfəət vergisi (26,6 %) və fiziki şəxslərin gəlir vergisi (24,8 %) olub. Lakin müvafiq tədiyə növündə yerli mənbələrin xüsusi çəkisi 2,9 %-13,6 % arasında dəyişib.

Yerli xərclər proqnozdan az icra olunub; 2024-cü ildə şəhər və rayonların xərcləri ümumilikdə 738,6 milyon manat təşkil edib ki, bu da proqnozdan 46,3 milyon manat və ya 5,9 %, əvvəlki ilin göstəricisindən isə 22 min manat azdır. İcra göstəricisi əksər bölgələrdə 85 %-dən yuxarı olub, lakin Xızı (65,6 %), Şuşa (71,8 %), Yardımlı (74 %) və Şirvan (78,5 %) kimi bölgələrdə proqnoz tam icra edilməyib. Az icra əsasən vakant ştatlar, yeni təyin olunmuş işçilərin aşağı ixtisas dərəcələri və kommunal, abadlıq xərclərində qənaətlə bağlıdır.

Funksional təsnifata görə, icra edilmiş yerli xərclərin ən böyük payı “Ətraf mühitin mühafizəsi” (33,8%), “Ümumi dövlət xidmətləri” (27,8%) və “Mənzil və kommunal təsərrüfatı” (27,4%) üzrə olub. İqtisadi təsnifata əsasən isə xərclərin 51,9 %-i malların, işlərin və xidmətlərin satınalınmasına, 26,5 %-i əməyin ödənişinə, 14,1 %-i isə qeyri-maliyyə aktivlərinə yönəldilib.

PAYLAŞIN:

Continue Reading

Previous: Daxili qoşunların əməkdaşlarına bir sıra hallarda polisin vəzifələri şamil olunacaq
Next: “Qardaşlığımız əbədidir, sarsılmazdır və sonsuzdur” adlı bədii proqram təqdim olunub

OXŞAR MÖVZULAR

dim_imtahan_3

Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik

admin 26/05/2026
kendteser1

Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi

admin 25/05/2026
uqXIXBKk27oHZtD3UU9KCxdxm3ZEDRz97UrLpJXc_1200

Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.