Skip to content
15/03/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 9
  • Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

Milli Arxiv İdarəsi üç yüz manata icarəyə götürdüyü Sumqayıt filialının təmir-tikintisindən nə qədər dövlət vəsaiti talayıb

admin 09/09/2025
arxiv-mili

 

Azərbaycan Respublikası Milli Arxiv İdarəsi  “Dövlət Arxivinin filiallarında aparılacaq əsaslı və cari təmir işlərinin” satın alınması üzrə 14.07.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti seçilib və tərəflər arasında 779.849,51 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmaların portalında 04.09.2025-ci ildə dərc edilib.
Müsabiqənin şərtlərinə görə “VEST-LTD” QSC ilin sonunadək Dövlət Arxivinin Sumqayıt və Gəncə filiallarında cari təmir işləri aparacaq.
Məlumat üçün bildirmək istərdik ki, Milli Arxiv İdarəsi bir mənbədən satınalma metodu tətbiq etməklə 01.04.2025-ci ildə Sumqayıt filialının arxiv binası üçün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə 326,94 manat məbləğində icarə müqaviləsi bağlayıb. Bu müqavilənin başlanma tarixi 14.03.2025-ci il, bitmə tarixi 14.03.2028-ci ilə müəyyən edilib. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatdan da görsəndiyi kimi Milli Arxiv İdarəsi Sumqayıt filialının arxiv binası üçün Əmlak Məsələləri Dövlət Xidməti ilə üç illik icarə müqaviləsi bağlayıb və buna cəmi 326,94 manat ödəyib. Amma təmirinə yüz minlərlə dövlət vəsaiti xərcləyir.

Bundan əlavə Milli Arxiv İdarəsi 23.02.2023-cü ildə ”Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı “Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması üzrə “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.242.698,69 manat məbləğində satınalma müqaviləsi bağlamışdır. Bu müqavilənin başlanma tarixi 21.02.2023-cü il, bitmə tarixi 21.02.2026-cı ilə müəyyən edilmişdir.
Göründüyü kimi Milli Arxiv İdarəsi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işlərinə 2023-cü ilin fevralında doqquz milyon manatdan çox vəsait ayırmışdır və 2026-cı ilin sonuna qədər arxiv filialının yeni binasının tikintisi başa çatdırılmalı idi. Amma Milli Arxiv İdarəsi  01.04.2025-ci ildə Əmlak Məsələləri Dövlət Xidməti ilə Sumqayıt filialının arxiv binası üçün üç illik icarə müqaviləsi bağlayıb. Bəs Sumqayıt filialının tikintisinə 2023-cü ildə ayrılmış doqquz milyon manat necə olub?
Qeyd edək ki, Milli Arxiv İdarəsi 05.12.2024-cü ildə də “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə Bakı şəhəri Həsən Bəy Zərdab küçəsi, 593 ünvanında yerləşən Dövlət Arixvlərinin binasında aparılacaq əsaslı təmir işlərinin satın alınması üzrə 671.902,74 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Bundan əlavə Milli Arxiv İdarəsi 11.12.2023-cü ildə Dövlət Arxvlərinin inzibati binasında (Bakı şəhəri, Həsən Bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən) aparılacaq cari təmir işlərinin satın alınması üzrə “FASTTECH” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 256.835,6 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Milli Arxiv İdarəsi 17.07.2021-ci ildə isə Bakı şəhəri, Ziya Bünyadov prospekti, 3 və Həsən bəy Zərdabi küçəsi, 593 ünvanında yerləşən arxiv binalarının “Cari təmir işlərinin satın alınması” üzrə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə 164.982,67  manat məbləğində satınalma müqaviləsi bağlamışdır.
Göründüyü kimi Milli Arxiv İdarəsi son dörd ildə “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti ilə bir neçə satınalma müqaviləsi bağlamışdır.

Rəsmi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Vest-LTD” QSC 14 aprel 2010-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2050 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Cavad xan küçəsi, ev 51, mənzil 46-da yerləşir. QSC-nin qanuni təmsilçisi Verdəliyev Şahin Əlimərdan oğludur.

Amma qeyri rəsmi məlumatlara görə QSC məşhur iş adamı Ramazan Mirzəyevə məxsusdur. MMC-yə 2016-cı ilə qədər Ramazan Mirzəyevin qardaşı İbrahim Mirzəyev rəhbərlik edib. Mediada yer alan məlumatlara görə beş qardaş – Ramazan, Hüseyn, Əli, İbrahim və Qərib bir vaxtlar möhkəm ailə klanı təşkil edirdilər. Ailə biznesinin əsasını bir çox illər bundan əvvəl böyük və daha təcrübəli qardaş olan Ramazan qoyub. Lakin sonradan onların arasında pul üstündə münaqişə yaranıb. Amma buna baxmayaraq Ramazan Mirzəyevə məxsus, lakin heç birində rəsmi adı olmayan onlarla şirkətlər mövcuddur ki, bu gün Bakı Şəhər İcra Hakimiyyəti və ona tabeli Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC , Mənzil Kommunal Təsrrüfat İstehsalat Birlikləri bütün təmir tikinti işlərini o şirkətlərə həvale edir. Milli Arxiv İdarəsinin yüzminlərlə müqavilə bağladığı “VEST-LTD” Qapalı Səhmdar Cəmiyyəti və “KONEKS CONSTRUCTİON” Məhdud Məsuliyyətli Cəmiyyəti də Ramazan Mirzəyevə məxsus olan şirkətlərə daxil olduğu iddia edilir.

Qeyd edək ki, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovdu. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli, 369 nömrəli Sərəncamı ilə Milli Arxiv İdarəsinin rəisi təyin edilmişdir. Daha əvvəl isə  Milli Arxiv İdarəsi rəisinin müavini vəzifəsində işləmişdir.

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Anti-qərb bloku rəsmən elan edilir – Geriləyən Qərb İran, yoxsa Turan seçimini etmək zorundadır
Next: İlham Əliyev AQEM Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

OXŞAR MÖVZULAR

adsea-1

“Sutikinti” MMC icarəyə nəqliyyat vasitələri götürür – Bəs idarənin texnikalarını kimlər talayıb

admin 11/03/2026
seferber-xidm

Səfərbərlik Xidməti üçün satınalmalarda ehtimal qiyməti işləmir

admin 10/03/2026
leysan-ağdam

Leysan Məmmədovu “AZ TECHNOCON GROUP” MMC ilə nə kimi tellər bağlayır

admin 10/03/2026

XƏBƏR LENTİ

  • Ucuz ev, böyük risk: Alıcılar nələrə diqqət etməlidir? 15/03/2026
  • İki texnologiya milyarderi üz-üzə: Süni intellekt kosmosa daşına bilərmi? 15/03/2026
  • ABŞ-ın mərkəzində niyə kosmodrom yoxdur və NASA buraxılış yerlərini necə seçir? 15/03/2026
  • Bakı yüklənir: Hökumət bunun qarşısını necə alacaq? 15/03/2026
  • Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü 15/03/2026
  • Rəqəmsal dünyada uşaqlar: Oyunlar, risklər və alternativlər 15/03/2026
  • İranın zərbələri Trampı təəccübləndirdi – Nə baş verir? 15/03/2026
  • ABŞ-ın İrana qarşı 2 planı alınmadı – C planı işə düşdü 15/03/2026
  • Orta Dəhlizin inkişafı balanslaşdırılmış yanaşma tələb edir – İrfan Əli 14/03/2026
  • “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” 14/03/2026
  • Bakının cazibəsi kəndləri boşaldır – Çıxış yolu var? 14/03/2026
  • Beynəlxalq hava yolları biletləri bahalaşdırdı – Neft böhranı aviasiyaya təsir edir 14/03/2026
  • BTQ zikh icması və digər etnik qruplara qarşı təqiblərlə bağlı hesabat təqdim edib 14/03/2026
  • Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar – SİYAHI 14/03/2026
  • Gəzinti zamanı siqaret çəkməyin ölümcül təhlükəsi 14/03/2026
  • “Tramp Avropa İttifaqını parçalamağa çalışır” – Ali nümayəndə ABŞ-ni ittiham etdi 13/03/2026
  • 50 min müəllim ixtisar riski ilə üz-üzə – Həll yolu varmı? 13/03/2026
  • Müharibə maliyyə bazarlarını silkələyir – Neftin qiyməti artır, səhmlər ucuzlaşır 13/03/2026
  • Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir – Siyahı 13/03/2026
  • İki həftəlik savaş: ABŞ və İsrail niyə gözlədiyi nəticəni ala bilmədi? 13/03/2026

Sağlamlıq

c4af1017dd111c03a44dcd67e6037c2f_4

Beyin sağlamlığı üçün nə yemək lazımdır? – 7 balıq növü

admin 15/03/2026
meyveler

Gündə 400 qram – Sağlamlıq üçün ən yaxşı meyvələr açıqlandı

admin 25/02/2026
sağlam

Gözəl və sağlam yaşlanmağa kömək edən 8 içki

admin 18/02/2026
içkiler

Ürəyin sağlam olması üçün 7 möcüzəvi içki…

admin 16/02/2026
maqnit

Maqnit qasırğaları və sağlamlıq: adi bir mif, yoxsa həqiqət

admin 09/02/2026

MƏDƏNİYYƏT

tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026
əhməd ağaoğlu

Türkiyədə Əhməd bəy Ağaoğlu haqqında araşdırma kitab nəşr olunub

admin 21/01/2026
not-dore

Agentlik “Sarı gəlin”in erməni mahnısı kimi təqdim olunması barədə: “Şur-Şahnaz” ancaq Azərbaycana aiddir

admin 09/01/2026

İDMAN

çampions l

UEFA Çempionlar Liqası: 4 komanda 1/8 finalda!

admin 25/02/2026
ertemsener1762146954

Ərtəm Şənər Qurbanovun bu addımını alqışladı

admin 11/02/2026
çl-uefa

UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulur

admin 28/01/2026
qarabaq-fk

Çempionlar Liqası: “Qarabağ” “Ayntraxt”a son dəqiqədə vurduğu qolla qalib gəldi

admin 21/01/2026
koxaliski

Sevdiyi musiqidən, qolundakı döyməyədək… – İki ilə həyatı dəyişən Koxalski kimdir?

admin 26/11/2025
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.