Skip to content
18/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Sentyabr
  • 29
  • 139 ölkə arasında 103-cü və 94-cü yerlər… – “Bu qurumlar məsuliyyət daşıyır”

139 ölkə arasında 103-cü və 94-cü yerlər… – “Bu qurumlar məsuliyyət daşıyır”

admin 29/09/2025
eadc061a-73e4-453c-8f45-1e16e3e0d7e1

 

“Gömrük rüsumları innovasiyanı boğur… Azərbaycan bu indeks üzrə 6 pillə geriləyib”

Azərbaycan Qlobal İnnovasiya İndeksində 139 ölkə arasında xeyli aşağı sıralarda – 94-cü yerdə qərarlaşıb. Reytinqdə potensial imkanları məhdud olan, dünyada tanınmayan ölkələrlə eyni sıradadır.

Bu barədə Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz bildirib.

“Əslində, bu il bir pillə irəliləmişik, amma tutduğumuz mövqe yenə də təəssüf doğurur”, – deyə o qeyd edib.

Ekspert bildirir ki, bu hesabat 80 göstərici üzrə hazırlanır və innovasiya ilə bağlı müxtəlif sahələrdəki vəziyyəti əks etdirir. Yəni, adı “İnnovasiya İndeksi” olsa da, əslində hesabatda yer alan məsələlərə cavabdeh olan qurumlar yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) deyil. Eyni zamanda İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Dövlət Gömrük Komitəsi (DGK), Əqli Mülkiyyət Agentliyi, AZCON, müxtəlif dövlət şirkətləri və digər qurumlar da məsuliyyət daşıyır.

Məsələn, bu indeksdə istifadə olunan göstəricilərdən biri də “Market sophistication” (bazarın mürəkkəbliyi) blokunda yer alan “Applied tariff rate, weighted avg %” – yəni idxal mallarına tətbiq olunan gömrük rüsumlarının orta çəkili göstəricisidir. Bu parametr, əslində, ölkənin bazar açıqlığını və innovasiya texnologiyalarının ölkəyə gətirilməsinin nə qədər asan olduğunu göstərir. Belə olan halda, bu göstəriciyə cavabdeh qurum Dövlət Gömrük Komitəsidir.

AİF rəhbəri qeyd edir ki, Dövlət Gömrük Komitəsinin Beynəlxalq Reytinqlər Komissiyasının toplantılarında iştirak edən nümayəndələri adətən bu sahədə vəziyyətin yaxşı olduğunu vurğulayıblar. Lakin bu il dərc olunan hesabat, əksinə, bu sahədə vəziyyətin pis olduğunu ortaya qoyub. 

Belə ki, Azərbaycan bu göstərici üzrə 139 ölkə arasında 103-cü yerdə qərarlaşıb və ötən illə müqayisədə 6 pillə geriləyib.

Bu il Azərbaycanda gömrük rüsumlarının orta çəkili göstəricisi 5.8 % təşkil edib. Bu da o deməkdir ki, ölkənin bazarı yeni texnologiyalar üçün əlverişli deyil.

Osman Gündüz hesab edir ki, hesabat reallığı əks etdirir. O, bu məsələni daha əvvəl konkret bir nümunə ilə izah etdiyini də xatırladıb: “Paradoks ondadır ki, məsələn, Azərbaycan gömrüyü köhnəlmiş HDD diskləri üçün 5 %, daha müasir olan SSD diskləri üçün isə 15 % gömrük rüsumu tətbiq edir. Yəni dövlət siyasəti köhnə texnologiyanı ucuzlaşdırır, yeni texnologiyanı isə bahalaşdırır. Bu isə dolayısı ilə innovasiya mühitinin inkişafını ləngidir.

Dünyada isə tam əksinədir – inkişaf etmiş ölkələrdə müasir texnologiyaların idxalına olduqca aşağı rüsumlar tətbiq olunur ki, şirkətlər və istehlakçılar asanlıqla bu texnologiyaları əldə edə bilsin, innovasiya sürətlə yayılsın. Bizdə isə nəticə göz qabağındadır: istehlakçı baha qiymət ödəyir, startaplar və biznes strukturları müasir avadanlıq gətirməkdə çətinlik çəkirlər, ölkənin innovasiya ekosistemi isə geridə qalır”.

O. Gündüz hesab edir ki, gömrük siyasəti innovasiyanı dəstəkləməli, müasir texnologiyalara “yaşıl dəhliz” açmalı, köhnəlmiş texnologiyaları isə tədricən bazardan çıxarmalıdır.

“Əks halda, həm rəqəmlərdə, həm də real həyatda innovasiyanın son sıralarında qalacağıq”, – deyə AİF prezidenti vurğulayıb.

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Çin liderinə təbrik məktubu göndərdi
Next: Qərb Pezeşkiana inanmadı – İranda gərginlik artır

OXŞAR MÖVZULAR

muharibe-qarabag

Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert

admin 17/04/2026
azal-mbraer

Rusiya AZAL təyyarəsinin qəzaya uğramasına görə kompensasiya verəcək (RƏSMİ)

admin 15/04/2026
usa-iran-fl

ABŞ və İran razılaşmadı: bundan sonra nə baş verə bilər?

admin 13/04/2026

XƏBƏR LENTİ

  • Əli Əsədovun biznes və tikinti imperiyası… 17/04/2026
  • İlham Əliyev Antalyada görüşlər keçirdi 17/04/2026
  • Quru sərhədlər bu şəxslər üçün açıla bilər 17/04/2026
  • İran öz uranını ABŞ-yə verir? – Tramp inamla iddia edir, Tehran susur… 17/04/2026
  • Deputat: Minimum əmək haqqında daha yüksək artımların olması məqsədəuyğun olardı 17/04/2026
  • Avropa “B planı”nı işə salır: Pərdəarxasında nələr müzakirə olunur? 17/04/2026
  • Azərbaycana avtomobil idxalı kəskin azalıb – Səbəb nədir? 17/04/2026
  • Xaricdə bağlanmış nikahlar Azərbaycanda etibarlı olmaya bilər – Qanun nə deyir? – VİDEO 17/04/2026
  • Ermənistanda bu şəxslər müharibəyə can atır – Ekspert 17/04/2026
  • Azərbaycan Avstriya və Avropa İttifaqı üçün, xüsusilə böhran şəraitində, dəyərli tərəfdaş olaraq qalır – Nazirlik 17/04/2026
  • Zakir Həsənov azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb 17/04/2026
  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.