Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 2
  • “Məktəbli avtobusları”nda qiymət ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır” – Ekspert

“Məktəbli avtobusları”nda qiymət ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır” – Ekspert

admin 02/10/2025
avto-m
“Statistika göstərir ki, Bakıda hər gün 500 mindən çox şagird məktəbə gedib-gəlir və onların təxminən 25-30 faizi fərdi avtomobil və ya taksi ilə daşınır”.
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov “məktəb avtobusları”nın aylıq 240-250 manat təyin olunan xidmət haqqlarının cəmiyyətdə narazılıqla qarşılanmasına münasibət bildirərkən deyib.
Ekspert Azərbaycanda bu xidmətin tətbiqini müsbət addım hesab edir:
“Lakin qiymət siyasəti ailələrin sosial vəziyyətinə uyğunlaşdırılmalıdır. Çünki eyni evdən iki və ya üç uşaq məktəbə gedirsə, ailə büdcəsinə düşən yük çoxalır. Burada diferensial yanaşmaya ehtiyac var: eyni ailədən olan uşaqlara güzəşt tətbiq olunmalı, sosial həssas qruplara – aztəminatlı, çoxuşaqlı ailələrə dövlət dəstəyi göstərilməlidir. Bu həm bərabər təhsil imkanlarını təmin edər, həm də valideynlərin narazılıqlarını azaldar”.
Ekspert xatırladıb ki, avtobus xidmətinə əlavə imkanların da daxil edilməsi vacibdir:
“Uşaqların təhlükəsizliyi üçün GPS izləmə sistemi, valideynlər üçün mobil tətbiq vasitəsilə marşrut izlənməsi, avtobuslarda müşayiətçi heyətin olması, kamera sistemlərinin quraşdırılması kimi xidmətlər həm valideynlərin inamını artırar, həm də xidmətin dəyərini əsaslandırar. Məktəbli avtobuslarının geniş tətbiqi tıxac problemini də müəyyən qədər azalda bilər”.
Kamran Əsədovun sözlərinə görə, məktəbli avtobusu xidmətinin tətbiqi çox mühüm və faydalı addımdır:
“Amma qiymət siyasətində sosial həssas ailələr üçün güzəştlərin tətbiqi, çoxuşaqlı ailələrə dəstək verilməsi, əlavə xidmətlərin keyfiyyətinin artırılması vacibdir. Elm və Təhsil Nazirliyinin bu təşəbbüsü pedaqoji baxımdan çox uğurludur və dövlətin sosial siyasəti ilə birgə həyata keçirilərsə, həm valideynlər, həm də şagirdlər üçün daha əlçatan və ədalətli olacaq”.
Dünyada tətbiq olunan modellərə nəzərən Kamran Əsədov vurğulayıb ki, məktəbli avtobusları təkcə nəqliyyat vasitəsi yox, həm də sosial və pedaqoji mühitin formalaşmasında vacib rol oynayır:
“Məsələn, ABŞ-da federal qanunvericilikdə məktəb avtobusları üçün xüsusi təhlükəsizlik standartları mövcuddur və 25 milyondan çox şagird gündəlik bu xidmətlərdən istifadə edir. Türkiyədə “Okul Servis Araçları Yönetmeliği” ilə valideynlərin ödədiyi məbləğlər tənzimlənir, əlavə xidmətlər – təhlükəsizlik kəmərləri, kamera sistemi, müşayiətçi personal məcburi qaydada tətbiq olunur. Avropa İttifaqı ölkələrində isə məktəbli avtobusu xərclərinin müəyyən hissəsi dövlət və bələdiyyələr tərəfindən subsidiyalaşdırılır, valideynlər yalnız simvolik ödəniş edirlər”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov sözügedən məsələnin uzun müddətdir ki, müzakirə oldunduğunu bildirib:
“Valideynlərin həm öz avtomobillərindən istifadə etməsi və maşınların məktəblərin qarşısında hərəkəti ciddi problem yaradır. Bu həm valideynlər, həm də şagirdlər üçün müəyyən çətinliklərə səbəb olur”.
Deputat bu təşəbbüsün alqışlanmasının vacibliyini əlavə edib:
“Dəstəklənməli layihədir. Ola bilər qiymətlər yüksəkdir və nəzərə almalıyıq ki, burda daşıyıcı tərəfin də xərcləri kimi məsuliyyəti var. Qarşı tərəfdə vətəndaşların, valideynlərin təkliflərini nəzərə almağa çalışmalıdır. Valideynlərin də xərcləri var. Əgər onlar görsə ki, avtobuslar baha başa gəlir, bundan imtina edəcəklər və yenidən avtomobillərə qayıdacaqlar. Ona görə biz bu məsələdə gözləməliyik. Qiymətlərin uyğun olması üçün qarşı tərəf addım atmalıdır. Layihə yaxşıdır, amma narazılıq olsa, valideynlər buna razı olmasa, ideya olaraq qalacaq. Gələcəkdə problemin davam etməsinə səbəb olacaq”.
Qeyd edək ki, oktyabrın 1-dən Bakıda “məktəb avtobus”ları layihəsi həyata keçirilməsinə başlanılıb. Layihəyə əsasən bir şagirdin daşınma xərci məsafədən asılı olaraq 240-250 manat arasında dəyişir./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Prezident Kopenhagendə Avropa liderləri ilə görüşlər keçirir
Next: QHT sədri saxta ordeni bu ölkə rəhbərinə də təqdim edib – Deputatla birgə… + VİDEO

OXŞAR MÖVZULAR

28may

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur

admin 28/05/2026
bayram_qurban_1211646

Azərbaycanda Qurban bayramı qeyd olunur

admin 27/05/2026
b95b8252aea94a52217e7a7839d12d68_284822736_0_91_3078_1822_1920x0_80_0_0_4404ed5b9fa9e56e258d5bc2e8904d50.jpg

Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu

admin 26/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.