“Azərbaycana Ermənistanda revanşizmin olmadığını göstərmək üçün ictimaiyyət konstitusiya dəyişikliyini dəstəkləməlidir”.
Bunu erməni siyasi analitik Qor Abramyan deyib.
“Əgər ictimaiyyət konstitusiyaya dəyişikliklərə “yox” desə, Azərbaycan Ermənistanda revanşist ideologiyasının olduğunu göstərmək üçün qanuni əsas əldə edəcək”, – ekspert əlavə edib.
Ermənistan Baş naziri Nikol Paşinyan dünən bəyan edib ki, konstitusiya dəyişikliyinə dair qanun layihəsi parlament müxalifətinin maneəsi ilə üzləşsə, hökumət növbədənkənar parlament seçkiləri də daxil alternativ variantlara üz tutacaq.
Söhbət Azərbaycana qarşı ərazi iddiasının yer aldığı məqamın Ermənistan konstitusiyasından çıxarılmasından gedir. Bu, rəsmi Bakının yekun sülh sazişinin imzalanması üçün əsas və son tələbidir./teleqraf.az
