Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 3
  • Heyvanlarda yayılan dabaq xəstəliyi insanlar üçün təhlükəlidirmi? – Fərqli fikirlər

Heyvanlarda yayılan dabaq xəstəliyi insanlar üçün təhlükəlidirmi? – Fərqli fikirlər

admin 03/10/2025
e573f02075c69f92102416bf29ab9ac8_fiuolf

 

“Bu, virus xəstəliyidir. İnsanlarda ölümə də səbəb ola bilər”.
Bunu açıqlamasında ekspert Vahid Məhərrəmli bölgələrdə heyvanlar arasında yayılan dabaq xəstəliyi və həmin xəstəliyə yoluxmuş heyvanların ətinini insan orqanizminə ziyanlarından danışarkən deyib.
Ekspert hesab edib ki, əgər insanın immun sistemi, orqanizmi zəifdirsə, virus ölümə də səbəb ola bilər:
“Sözügedən xəstəliklə əlaqədar avqust ayının sonunda çıxış etmişəm. Bildirmişəm ki, ölkədə artıq dabaq xəstəliyi yayılmağa başlayıb və bunun qarşısı təcili alınmalıdır. Alınmasa, bundan işbazlar istifadə edəcək. Həmin heyvanların süd və ət məhsulları bazara çıxarılacaq. Hökumət həm bu xəstəliyin qarşısının alınması ilə bağlı ciddi tədbirlər görməlidir, həm də həmin heyvanlar ciddi nəzarətə götürülməlidir. Həmin heyvanların kəsiminə qadağa qoyulmalıdır. Bu heyvanlar yalnız utilizasiya edilib, yəni öldürülüb dərində basdırıla bilər. Əks halda işbazlar tapılacaq ki, həmin heyvanı kəsib, ətini bazara çıxaracaq. Bizdə nəzərə almırlar ki, bu heyvanların əti insanlarda xəstəlik yaradır. Ölüm halı baş verməsə də, insanlarda hərarətin artımı, ürəkbulanması, başağrısı kimi simptomlar yaradır”.
Vahid Məhərrəmli kənd təsərrüfatı sahəsində ciddi nəzarətin olmadığını bildirib:
“Heyvanların baş sayı kəskin şəkildə aşağı düşüb. Bu xəstəliyin yayılması o deməkdir ki, karantin xəstəliyidir, bütün ölkələrdə ciddi nəzarətə alınır. Bundan əlavə bruselyoz xəstəliyi də var, bu da geniş yayılacaq. Qara yara xəstəliyi insan üçün daha təhlükəlidir. Bu da heyvanlar arasında geniş yayıla bilər. Nə qədər ki, heyvandarlıqda belə xəstəliklərin yayılmasının qarşısı alınmayıb, bu, insanlar üçün də ciddi təhlükə yaradır. Normal ölkələrdə ilk növbədə heyvanlar, quşlar arasında yayılan xəstəliyin qarşısı alınmalıdır ki, insanlara keçməsin. Azərbaycanda isə mən hansısa tədbir həyata keçirildiyini görmürəm. Elə bil hamı yuxuya gedib. Bu sahəyə məsul olanlar, hətta kəndlilər də bimirlər nə etsinlər. Ona görə ki, tam özbaşına buraxılıb”.
Fermer Kərim Kərimli isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, dabaq xəstəliyi onun heyvanlarına da sirayət edib:
“Bu xəstəlik hər il iki dəfə – yaz və payız aylarında heyvanlarda müşahidə olunur. Xəstəliyin ağır keçməməsi üçün dövlət tərəfindən vaksinasiya həyata keçirilir. Bu xəstəlik heyvanlarda ağızın selikli qişasında, dırnaq arasında, dəridə və yelin nahiyələrində özünü büruzə verir. Xəstəliyə yoluxmuş heyvan bir həftə əziyyət çəkir. Xəstəliyin törədicisi vəhşi heyvanlar, xüsusən də çöl donuzları hesab olunur. Dabaq xəstəliyi yalnız cütdırnaqlılara xas olan xəstəlikdir, ölüm riski yaradacaq qədər təhlükəli xəstəlik deyil və insana keçməsi təxmini sıfra bərabərdir. İnsanlar üçün yalnız iqtisadi baxımdan təhlükəlidir, sağlamlıq baxımından isə təhlükəli deyil”.
Xəstəliyin insanlar üçün təhlükəsi ilə bağlı süni intellektin cavabı isə belədir:
– Heyvanlarda müşahidə edilən dabaq xəstəliyi (dəri göbələk infeksiyası) əsasən dəri və tükləri hədəfləyir. Aşağıdakı məlumatlar riskləri aydınlaşdırmağa kömək edəcək:
1. Dabaqlı heyvanın əti:
– Risk: Göbələk sporları əsasən dəri, tük və dırnaqlarda yerləşir. Yaxşı bişirilmiş ət göbələyi məhv edir.
– Təhlükəsizlik tədbirləri:
Xəstə heyvanın ətini emal edərkən ələdlə, alətlərlə və səthlərlə təmasdan qaçın.
Əti ən azı 75°C-də tam bişirin.
Çiy və ya yarımbişmiş ət yeməyin.

2. Dabaqlı heyvanın südü:
– Risk: Göbələk sporları süddə nadir hallarda olur, lakin sağım zamanı dəridən südə keçmə ehtimalı var.
– Təhlükəsizlik tədbirləri:
Südü qaynatmaq və ya pasterizasiya etmək göbələyi məhv edir.
Çiy süd içməyin.
Sağım avadanlığını dezinfeksiya edin.
3. Ən böyük təhlükə:
– Birbaşa təmas! Xəstə heyvana toxunmaq, onun yuva və əşyaları ilə təmas birbaşa yoluxma yollarıdır.
– Uşaq, hamilə qadın və immuniteti zəif olanlar daha həssasdır.
4. Praktik məsləhətlər:
1. Heyvanı müalicə etdirin: Veterinar tərəfindən antifungal dərmanlar (məsələn, itrokonazol).
2. Ət və süd məhsullarını emal edin: Həmişə bişirin/qaynadın.
5. Gigiyena:  
– Heyvanla təmasdan sonra əlləri sabunla yuyun.
– Xəstə heyvanın əşyalarını (kəmər, fırça) ayrıca saxlayın və dezinfeksiya edin.
6. İnsanlarda yoluxma əlamətləri:
– Dəridə qırmızı dairəvi ləkələr, qaşınma, tük tökülməsi.
– Dərhal dermatoloqa müraciət edin (müalicə: antifungal kremlər, tabletlər).
Nəticə:  
Dabaqlı heyvanın yaxşı bişirilmiş əti və qaynadılmış südü əsasən təhlükəsizdir, lakin ən yaxşı həll xəstə heyvanı müalicə etdirmək və gigiyena qaydalarına ciddi riayət etməkdir”.
Qeyd edək ki, bir neçə gündür, bölgələrdə heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar yayılıb. Hətta bəzi məlumatlarda bu xəstəliyə yoluxmuş heyvanların kəsilərək Bakıya gətirildiyi də bildirilir.
PAYLAŞIN:

Continue Reading

Previous: Paşinyanın təyyarəsi ilə Qarabağa silah daşınıb – Təsdiq
Next: Sahib Məmmədov 1 milyon ittifaq üzvünün hüquqlarını necə tapdalayır

OXŞAR MÖVZULAR

ncfSzA2BWrTBFZt3gTDcRtEbwKgQFPlakjVbgNBE_1200

Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir

admin 25/05/2026
nceferli

“Proses davam edəcək və quru sərhədləri açılacaq…” – Ekspert vaxtı da AÇIQLADI

admin 21/05/2026
vuf-çin-h

WUF13-də “Şanxay Manualı” və qabaqcıl şəhər təcrübələri təqdim edildi

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.