Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 6
  • Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır — Avropa Komissarı Marta Kos

Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır — Avropa Komissarı Marta Kos

admin 06/10/2025
marta_kos_4

Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır.

Bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos sentyabrda Azərbaycana səfərindən sonra müsahibəsində deyib.

Azərbaycana səfərin əsas məqamları

Avropa komissarı qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqaz regionunda köklü transformasiya müşahidə olunub.

“Bu tarixi məqamda mən Bakıya aydın mesajla gəldim: Avropa İttifaqı (Aİ) münasibətlərimizi yeni siyasi səviyyəyə qaldırmaq üçün bu tarixi fürsətdən istifadə edərək Azərbaycana dəstək verməyə hazırdır. Bu, mənim Azərbaycana ilk rəsmi səfərim olub. Prezident İlham Əliyevlə görüşdüm və onun sülh prosesinə rəhbərlik etdiyinə görə təbriklərimi bildirdim. Mən minalarla mübarizə səylərinə dəstəyimizi genişləndirmək niyyətimizi bildirdim – Aİ 23 milyon avroya qədər yardım etməyə hazırdır. Biz qarşılıqlı maraq doğuran geniş spektrli sahələri, o cümlədən nəqliyyat əlaqəsi, enerji əməkdaşlığı və minalarla mübarizəni müzakirə etdik”, – deyə o bildirib.

Kos vurğulayıb ki, xüsusən də mövcud geosiyasi kontekstdə nəqliyyat əlaqəsi həm Aİ, həm də Azərbaycan üçün daha böyük siyasi əhəmiyyət kəsb edir.

“Mərkəzi Asiya və Avropanı birləşdirməklə regionun bütün potensialını açmaq olar. Biz həmçinin Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığı gücləndirmək və investisiyaların təşviqi imkanlarını araşdırmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılığa gəldik”, – deyə Avropa Komissarı əlavə edib.

Orta Dəhlizin inkişafında Aİ-nin rolu

M.Kos qeyd edib ki, uzun müddət ərzində ilk dəfə olaraq Cənubi Qafqaz vasitəsilə Avropadan Mərkəzi Asiyaya ticarət yollarının perspektivi reallığa çevrilir:

“Mənim Azərbaycana səfərim Aİ-ni Cənubi Qafqaz və daha sonra Qara dəniz regionu vasitəsilə Asiya ilə birləşdirən daha geniş strategiyanın ilk addımı oldu. Biz Mərkəzi Asiyanın perspektivlərini nəzərə alaraq nəqliyyat, enerji və rəqəmsal infrastrukturu inkişaf etdirməklə Azərbaycanla əlaqələri gücləndirmək istəyirik. Aİ-nin Azərbaycan üçün müsbət gündəliyi var: iqtisadi inkişafı və davamlı artımı stimullaşdırmaq üçün konkret təkliflər. Bu, Orta Dəhlizin inkişafı üçün həlledici əhəmiyyət kəsb edən Azərbaycana mühüm iqtisadi, siyasi və strateji faydalar gətirir. Bu kontekstdə Azərbaycan Transxəzər Nəqliyyat Dəhlizində əsas tərəfdaşdır”.

Avropa komissarı vurğulayıb ki, Avropa və Azərbaycan dəhlizin uğurunun təmin edilməsində maraqlıdır.

“Qarşıdakı aylarda biz bu niyyətləri daha da konkretləşdirəcəyik: oktyabrın 9-10-da Brüsseldə ikinci “Qlobal Qapılar” (Global Gateway) Forumu keçiriləcək, oktyabrın 20-də isə regionlar arasında təhlükəsizlik və əlaqə ilə bağlı nazirlərin görüşü keçiriləcək. İlin sonuna kimi biz özəl sektoru da Transxəzər Nəqliyyat Dəhlizində investisiya imkanlarını araşdırmağa dəvət edəcəyik”, – deyə o əlavə edib.

Daha geniş regional əlaqə çərçivəsində nəqliyyat sektorunda əməkdaşlığın gücləndirilməsi

“Bizim strategiyamız Avropa təcrübəsinə əsaslanır. Avropa əməkdaşlığı ona görə uğurlu oldu ki, biz əvvəllər tarixi düşmən olan ölkələr arasında qarşılıqlı maraq doğuran konkret sahələr üzərində işləməyə başladıq. Nəqliyyat və logistika həm də Azərbaycan və Aİ, eləcə də daha geniş Cənubi Qafqaz regionu ilə əlaqələrin təməli ola bilər. Hər iki sektor həm biznes, həm də vətəndaşlar üçün böyük siyasi əhəmiyyətə malik əsas iqtisadi sahələrdir. Əminəm ki, bu sahələrdə uğurlu əməkdaşlıq Azərbaycan ilə Avropa arasında münasibətləri yeni müsbət müstəviyə çıxara bilər”, – deyə o bildirib.

Avropa komissarı qeyd edib ki, Aİ Avropanı regiona yaxınlaşdıran marşrutların bərpası, modernləşdirilməsi və reabilitasiyasında Azərbaycan hökuməti ilə əməkdaşlığa hazırdır.

Aİ-nin Azərbaycan və Ermənistan arasında sülh prosesinə baxışı

Kos qeyd edib ki, Avropa İttifaqı Vaşinqtonda sülh sazişi mətninin paraflanmasını alqışlayır.

“Bu, regionda davamlı sülh və sabitlik yolunda mühüm addımdır. İmzalanmış və ratifikasiya olunmuş sülh sazişi keçmiş münaqişələrə son qoyacaq və regionun inkişafına mühüm müsbət təsir göstərəcək. Bu, sülh və sabitliyin yeni səhifəsini açacaq. Sazişin əsas elementi nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi öhdəliyidir. Bu, təkcə region daxilində əlaqələri gücləndirməyəcək, həm də Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyaya yaxınlaşdıracaq. Azərbaycan mümkün transsərhəd və regional əməkdaşlıq təşəbbüsləri, barışıq səyləri və humanitar məsələlər də daxil olmaqla normallaşma prosesini daha da irəlilətmək üçün Avropa İttifaqına ümid edə bilər”, – deyə o əlavə edib.

Aİ-nin Ukraynada Azərbaycanın enerji infrastrukturu əleyhinə Rusiyanın hərəkətlərinə münasibəti

Avropa komissarı vurğulayıb ki, Aİ bu hücumları qətiyyətlə pisləyir.

“Bu təsadüf deyil. Aİ və Azərbaycan Ukraynanın ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Rusiyanın Ukraynanın mülki enerji infrastrukturuna qarşı qəsdən həyata keçirdiyi hücumlar əsassızdır və heç bir bəraəti yoxdur. Bu, tamamilə qəbuledilməzdir və dərhal dayandırılmalıdır. SOCAR-ın aktivlərinə edilən hücumlar Rusiyanın davam edən təcavüzünün növbəti addımıdır”, – deyə M.Kos qeyd edib.

“Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Aİ ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi

M.Kos qeyd edib ki, “Şərq Tərəfdaşlığı” sülh prosesinin və daha geniş transregional əlaqə gündəliyinin irəliləyişi üçün mühüm platforma olaraq qalır.

“”Şərq Tərəfdaşlığı” ölkələri və Xəzər dənizi üzərindən Mərkəzi Asiyadakı tərəfdaşlarımızla birgə işləmək vacibdir. Azərbaycan bu səylərdə mərkəzi tərəfdaşdır. Azərbaycana səfərimin məqsədi Aİ-nin Azərbaycanın “Şərq Tərəfdaşlığı” çərçivəsində mövqeyinin möhkəmləndirilməsinə və onun Avropa üçün strateji tərəfdaş kimi rolunun tanınmasına siyasi sadiqliyini vurğulamaq olub. Əminəm ki, mənim səfərim münasibətilə işə başladığımız İqtisadiyyat üzrə Yüksək Səviyyəli İşçi Qrup bu məqsədə nail olmağa öz töhfəsini verəcək”, – deyə o əlavə edib.

Əsas sektorlarda gələcək Aİ-Azərbaycan əməkdaşlığı

“Biz sıfırdan başlamırıq. 2022-ci ilin iyul ayında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Prezident İlham Əliyev arasında Anlaşma Memorandumunda razılaşdırılmış prioritetlərə uyğun olaraq, biz regional enerji əlaqəsini gücləndirməyə, bərpa olunan enerjini inkişaf etdirməyə və enerji səmərəliliyini artırmağa davam edəcəyik”, – deyə komissar bildirib.

O qeyd edib ki, siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın bərpası Azərbaycan və Aİ arasında münasibətlərdə yeni səhifənin əsas elementləri olacaq:

“Tərəfdaşlığımızı inkişaf etdirmək üçün biz Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetlərini yeniləməliyik. Sülh quruculuğu və nəqliyyat əlaqələrinin inkişafı Azərbaycanla gələcək əməkdaşlığımızın əsas prioritetləri olaraq qalır. Mən həmçinin iqlim və ətraf mühit, təhsil və ticarət kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üçün böyük potensial görürəm”./trend.az

PAYLAŞIN:

Continue Reading

Previous: Gürcüstanda “hakimiyyətin dinc devrilməsi” aksiyası: Təşkilatçıları 9 il həbs gözləyir – Nə baş verir?
Next: Uçotdan silinmiş peyvəndlərdən Sərdar Hacıyevin qazancı nə olub, Cəfər Məhərrəmovun nə…

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.