Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 7
  • Əliyevdən türk dünyasını qlobal gücə çevirəcək təklif…

Əliyevdən türk dünyasını qlobal gücə çevirəcək təklif…

admin 07/10/2025
eliyev-esas (8)

 

Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirgə Görüşündəki çıxışında iki məqam xüsusilə diqqət çəkdi.

– Türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsinin vacibliyi;

– Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsi təklifi;

Mövcud geosiyasi şərtlərdə – dünyanın qütbləşməsi və regional ittifaqların ön plana çıxması türk dünyasının da Əliyevin dediyi kimi, vahid güc mərkəzi kimi çıxış etməsini aktuallaşdırır. Bunu zəruri edən konkret geosiyasi konturlar aydın görünür.

Çinin güclənməsi ilə təkqütblü dünya sisteminin dəyişməsi qlobal rəqabəti sürətləndirir və proseslərin kəskinləşmə xətti ilə inkişaf edəcəyi qaçılmazdır. Bu, regional ölkələri seçim qarşısında qoyur: ya cəbhələşmədə yer almaqla, rəqabətdə iştirak etmək; ya da regional güc formalaşdırmaqla qlobal siyasətdə oyunçuya çevrilmək;

Prezidentin bəhs etdiyi vahid güc mərkəzi geosiyasi rəqabətdən zərər görməmək, əksinə, hər iki qütbün – Çin və ABŞ-ın maraq dairəsində olmaq baxımından vacibdir. Orta dəhliz uğrundakı mübarizədə bu, praktiki şəkildə baş verdi.

– Bayden Administrasiyasının Çinin kənarda qaldığı – Mərkəzi Asiyadan Avropaya uzanan marşrutu nəzarətə götürmək planında izlədiyi Ermənistan vektorlu siyasət Bakı və Ankaranın maraqlarını “vururdu”;

– Avropa İttifaqı Orta dəhlizdə mövqe əldə etmək naminə Türkiyə və Azərbaycanı nəzərə almadan Mərkəzi Asiya ölkələri ilə anlaşmalar əldə etməyə çalışdı: Səmərqənd sammitinin nəticələri türk coğrafiyasının birliyi üçün heç də arzuolunan deyildi;

– Çinin bu rəqabətdən daha az zərər görmək üçün Orta dəhlizin aktuallığını azaldacaq gedişlər etdiyi müşahidə olunur, xüsusilə Rusiya və İranla yaxınlaşması fonunda.

ABŞ-ın Zəngəzur dəhlizinə gəlişi – TRİPP layihəsi Orta dəhlizdəki rəqabəti kəskinləşdirəcək, çünki Tramp Baydendən fərqli olaraq, konkret nəticə əldə edib və Mərkəzi Asiyada daha da möhkəmlənməyə çalışacaq. Bu perspektivdə türk dövlətləri ya fərdi siyasətlə geosiyasi rəqabətin burulğanına düşə, ya da vahid güc mərkəzi kimi çıxış etməklə maraqları/mövqeləri nəzərə alınan oyunçuya çevrilə bilərlər. Güc mərkəzinin formalaşması həm də rəqabətin tərəflərindən və maraqlardan asılı olmayaraq, Orta dəhliz marşrutunun dayanıqlılığını saxlamaq üçün də əhəmiyyətlidir.

Bunun əsas komponentlərindən biri Əliyevin təklif etdiyi hərbi əməkdaşlıqdır. Türk dövlətlərinin regional güc mərkəzi olma perspektivi təhlükəsizliyi təmin etmək qabiliyyətindən böyük ölçüdə asılıdır.

“Türk NATO”su qurula bilərmi?

Türk dövlətlərinin Azərbaycanda birgə hərbi təlimlər keçməsi təklifi bu sualı da ön plana çıxarır. Hərçənd, belə bir perspektiv mövcud şərtlərdə reallığa o qədər də yaxın görünmür.

Birincisi, hərbi əməkdaşlığın rəsmi ittifaq müstəvisinə keçməsi bütün tərəfləri – ABŞ, Avropa, Rusiya, İran, Çin və İranı narahat edəcək perspektivdir. Və belə bir perspektivdə türk coğrafiyası geosiyasi mübarizə poliqonuna çevrilmə risk ilə üzləşə bilər;

İkincisi, TDT üzvlərinin rəsmi hərbi ittifaqa qoşulması texniki baxımdan çətindir: Türkiyə və (müşahidəçi status daşıyan) Macarıstan NATO, Qazaxıstan, Qırğızıstan, Özbəkistan KTMT üzvüdür, Azərbaycan Qoşulmama Hərəkatının;

Lakin türk dövlətlərinin birgə hərbi təlimlərinin keçirilməsi ilə qeyri-siyasi ittifaq formalaşdırıla və Şuşa Bəyannaməsi kimi sənədlə bunun arxitekturası yaradıla bilər.

 

Asif Nərimanlı

PAYLAŞIN:

Continue Reading

Previous: Prezidentin 6 il öncə dedikləri gerçəkləşir: 100 il sonra yaranmış fürsət
Next: ATU-da nə baş verir? – 956 tələbə kəsilib, təqaüdçülərin sayı 6 dəfə azalıb…

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.