Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 7
  • Zərəçəkmiş sahibkarlar Vilayət Eyvazovdan kömək istəyirlər – MÜRACİƏT

Zərəçəkmiş sahibkarlar Vilayət Eyvazovdan kömək istəyirlər – MÜRACİƏT

admin 07/10/2025
vilayet-eyvazov

 

Zərəçəkmiş sahibkarlar-Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi, ev., 12, mənzil 30-da yaşayan Mahmudov Vüqar Bayraməli oğlu, Qazax rayonu, Üçməli kənd sakini Hacıyev Elşən Namiq oğlu, Bakı şəhər sakinləri, Əliyev Hüseyn Elşən oğlu, Ceyhun Zəkiyev Rasim oğlu və Tağıyev Zülfüqar Hüseyn oğlu tərəfindən Prezident İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Ombudsman Aparatının sədri Səbinə Əliyevaya, digər aidiyyatı dövlət qurumlarına və  media orqanlarına müraciət ünvanlanıb. 

Bir nüsxəsi də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Çox hörmətli cənab Prezident və Ali Baş Komandan İlham Əliyev!   Sizin şəxsən məsuldar geniş fəaliyyətiniz və siyası iradəniz sayənizdə Azərbaycan müstəqilliyini indiyədək qoruyub saxlamış və ərazi bütövlüyünü bərpa etmişdir. Və biz sadə insanlar, kiçik iş adamları da Sizinlə həmişə fəxr etmişik ki, sayənizdə Azərbaycan hüquqi dövlətə çevrilmişdir.

Lakin çox təəssüflər olsun ki, cəmiyyətimizdə özlırini vəzifəli şəxlər kimi tanıdaraq

Bizi kimi sadə iş adamlarını gömrüyə gələn avtomobillərimizin sənədləşməsində köməklik göstərmək adı altında dələduzluq edən cinayətkar dəstə özlərini cəzasızlıq mühitində hiss edərək ictimai təhlükəli cinayətlərini hazırda da davam etdirirlər. Baxmayaraq ki, rəsmi müraciətlərimizdən sonra onlara cinayət işi açılmışdır.

Ona görə də biz, sadə iş adamları  arzu edərdik ki, Sizin  və Sizlərə sadiq və inandığınız məmurlaın nəzarətləri altında yalnız pul qoparmaq məqsədilə bizim kimi sadə insanların şikayətlərindən süi-istifadə etməklə  alver predmetinə çevrilməsin, əksinə, bu məsələlərə  həssaslıqla yanaşılsın və dərhal cinayətkarların qarşısı alınsın, cinayətlərinə hüquqi qiymət verilsin. Ona görə də təkcə Biz və bizim kimi yüzlərlərlə zərəçəkmiş şəxsin timsalında təkcə bir epizod üzrə- Yəni, hazırda  Sabunçu rayonun Məştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 74 ünvanda yaşayan və Qaradağ rayonu,  “Meyvəli” adlanan və DGK və DYP rəsmi ərazisilərində özünü orqan işçisi kimi sadə insanlara təqdim edərək  onlara “blatnoy”avtomobil dövlət qeydiyyat nişanları, gömrük rəsmiləşdirilməsi, şürücülük vəsiqəsində olan problemlərin həlli üçün bizi kimi şəxslərdən etrimadımızdan süi-istifadə etməklə hər birimizdən ayrı ayrılıqda pul vəsaitləri almış və sonradan bizim üçün “yoxa” çıxmışlar.

Bir daha konkret faktları xatırladaq: FAKT 1:  Mən, Vüqar Mahmudov hazırda xəstə anamla birlikdə yaşayıram. Vəziyyətinin ağırlığı səbəbindən iki alı təhsilim və dövlət idarəsində işim olmasına baxmayaraq ərizəmlə işdən çımağa məcbur oldum. İstədim ki, özümü və anama baxmaq üçün Dübaydan bir avtomobil gətirib kiçik sahibkar kimi taksi kimi fəaliyyət göstərim. Azərbaycana sifarişlə gətizdiridiyim Toyota “Corolla Filder” markalı avtomobilin “Meyvəli” bazarın yanındakı gömrük postunda sənədləşdirmək üçün tik- tok vasitəsilə tanış olduğum  Elşən adlı birisilə əlaqə qurub avtomobilimin gömrük və DYP işlərinin  rəsmiləşdirilməsində köməklik göstərməsini xahiş etdim. O bu işin daha tez və sərfəli qiymətə həll edilməsi üçün Gömrükdə söz və nüfuz sahibi olan, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 60, mənzil 30-da yaşayan və cəmiyyətdə RƏFİ kimi tanınan  Babayev Eyvaz İman oğlu ilə əlaqə saxlamağı məsləhət gördü. Mən, özünü Rəfi kimi təqdim edən  Eyvazla telefonda danışıb görüşmək istədim. O isə bidirdi ki, mənim adamımla görüş, ( Sadıxzadə Aslan İlqar oğlu ilə görüş və pulları ona ver ki, işini düzəldək. Razılaşdım Və sabahı günü, yəni 26 mart 2025-ci il tarixində “Meyvəli” dəki gömrüyün həyətinə gəlib Eyvazın dediyi 7000 manat pulu makler qrupunun  digər üzvü olan Aslana kameraların altında pulları sayıb ona verdim. Əlavə olaraq 500 manat da Rəfinin  ( Eyvaz Bayevin) bank kartına köçürmüşəm. Aprelin 1-də mənə məlum oldu ki, verdiyim pullar gömrük sənədləşməsi üçün köçürülməyib və birbaşa mənbimsənilib. Mən DİN-nin 102 Xidmətinə dələduz maklerlərlə bağlı şikayət etdim. Məsələyə ərazi aidiyyatı üzrə Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-də təhqiqatçı, polis mayoru Cəmşid Əliyevin icraatına verildi. İzahat yazdım. Və qısa müddətdə nağdı pulu verdiyim Sadıxzadə Aslan Yasamal rayon ərazisindən saxlanılaraq PB-nə gətirildi. Təhqiqatçı onun barəsində cinayət işinin açılmasını tövsiv edən qərar qəbul edərək istintaq araşdırılması üçün Qaradağ RPİ-nə göndərdi. Lakin çox təəssüflər olsun ki, İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru  Elnur Həsənov ( Nehrəmli) mənə qarşı 7000 manat pulumu alaraq mənimsəmiş Sadıxzadə Aslanla gizli sövdələşmə edərək azadlığa buraxmışdır. Səbəbini soruşduqda isə bu vurma cədvəli bilmıəyən adam cavab verir ki, biz bu işdə əsas rəhbər olan Rəfini (Babayev Eyvazı) tapıb istintaqa cəlb etməliyik ki, sonra Aslanı da həbs edək. Çünki, Aslan izahatında bildirir ki, o Vüqardan ( məndən) aldığı 6800 manat pulu Eyvaza veribmiş. Polis mayoru Elnur da dələduzun sözünə “ inanıb” onu azad edib və guya Eyvazı axtarmaqla işi qeyri-müəyyən vaxtadək dondurub. Guya əsas adam Eyvazdır və onu tuta bilmirmiş, və s. sözlər. Halbuki, mən pulu Aslana vemişəm. Eyvaz nə vaxtsa istintaq gəlsə də yazacaq ki, mən Zərəçəkmiş Vüqardan əlbə əl bu pulu almamışam. Özü də, təhqiqatçı Cəmşid Əliyev  mənə etiraf edirlər ki, Eyvaz-Aslan qruplaşması sizdən əvvəl 5 nəfərə də ümumuilikdə 43000 manat pullarını sənədləşmə işləri görmək adı altında aldatmışlar. Onlar da şikayətçidirlər. Hazırda Eyvaz Babayev axtarışdadır. Şəxsən apardığım araşdırmalardan mənə məlum olmuşdur ki, Eyvaz bizim kimi sadə adamlara özünü həmişə Rəfi kimi təqdim edir və ona məxsus nömrəs yeni “müştərilərə” daima açıqdır. Eləcə də dələduz qrupun digər üzvləri ilə cinayətlərini davam etdirilər.  Nəticəyə gəlirirk ki, bu dələduz qrupu hazırda da gömrüyün ərazisində öz cinayət əməllərini  yeni yeni adamlar tapmaqla davam etdirirlər. Və onlara “qaşın üstə gözün var” deyən hələlik kimsə yoxdur. Onlar da bu cəzasızlıq mühitindən bəhrələnərək ictimai təhlükəli canilər kimi cinayətlərinin başındadırlar. Nəticədə mən cəmi dələduzlara ayrı ayrılıqda verdiyim 7000 və 500 manat olmaqla yanaşı, avtomobilimin sənədləşməsi üçün 1800 manat dəbbə pulu və avtomobilimin dayanacaqda saxlanmas üçün günü 10 manatdan olmaqla 190 manat əlavə ziyana düşmüşəm.Ümumilikdə 9500 manatadək ziyana düşmüşəm.

Fakt 2.  Mən, Əliyev Hüseyn Elşən oğlu bildiriəm ki, Qaradağ rayonu ərazisində, “Meyvəli” adlanan yerdəki DYP ərazisində Rəfinin işçisi olan Aslan Sadıxova cəmi 2600 manat avtomobilin sənədləşmə işinə görə pul vermişəm. Bu pulun 1000 manatını Aslana əlbə əl verdim. Sonradan 600 manatı da bank kartına atmışam. Qalan 1000 manatı da taksi sürücüsü ilə Aslana göndərdim. O da pulu əlbə əl Aslana Verdi. Mən bunu öz avtomobilimi həmin yerdə çevirib gələndə gördüm ki, taksi sürücsü Aslana 1000 manatı əlbəl çatdırdı.

Fakt 3.  Mən,  Hacyev Elşən Namiq oğlu, Qazax rayonun Üçməlu kəndindənəm. Özünü Rufi kimi tanıdan şəxs –rəsmi adı Babayev Eyvaz İman oğlu ilə social şəbəkədə tanış olduqdan sonra özünü orqan işçisi kimi tanıtdırıb avtomobil nömrəsini alıb satmaqda, və ya “prava” sənədinin düzəldilməsi adı ilə məndən böyük məbləğdə pul almışdır. Belə ki, həmin pulun miqdarı avtomobil nömrəsi üçün ayrılan 1500 manat bir, 820 manat bir, və həmçinin də prva( sürücülük vəsiqəsi) üçün də bir, cəmi 3000 manat pul almışdır. Və hazırda da telefona cavab vermir və verdiyi sözün də heç bir nəticəsi yoxdur. Ya da vəd verdiyi işləri yerinə yetirmədiyinə görə pulumu da qaytarmır.

Fakt 4.  Mən, Tağıyev Zülfüqar Hüseyn oğlu  da Rəfi adlı şəxsə cəmi 1900 manat-bundan 1000 manatı kartla, qalan 900 manatı əlbəl vermişəm. Əvvəl verdiyim pulun videoçəkilişi də vardır ki, istintaqa təqdim edə bilərəm. Danışığa görə avtomobil nömrəsi aformut edəcəkdi. BMV-yə M yazdıracaqdı.Verdiyim puldan 100 manatı maşının cəriməsinin ödənuilməsinə, və 300 mabat da bank kartıma geri qaytarılıb. Qalan 1500 manat pul isə hələ də qalır. Hər dəfə söz verir ki, narahat olma, kartına atacağamş amma atmır. Bu adamla bütün pulun verilməsi və qaytarılmasıilə bağlı yazışmalar var və SMS formada qalmaqdadır. Hələlik bu barədə bu günə qədər heç yerə şikayət etməmişəm.

Fakt 5. Mən, Ceyhun Zəkiyev Rasim oğlu da  avtomobillə bağlı sənədləşmə üçün  Elşən adlı Qazaxda yaşan şəxsə 700 manat bir pul vermişəm ( nömrə işinə baxan)  Sonra isə 800  + 800 manat ümumililikdə 2300 manat –yeni maşın nömrəsi almaq üçün . Bir də tərəzi-çəki söhbəti vardı.Söz vermişdi ki, guya onu da düzəldəcəkmiş.    Pulu alandan sonra prisep gəldi. 2 həftə süründürməçiliyə saldı. Get-gəldən sonra dedi ki, düzəlmir, mən bacarmıram bu işi düzəltməyə. Dedim ki, onda verdiyim pulu qaytar. Dedi ki, pul yoxdur. Sonra zəng edib atasına dedik bu məsləni. Atasının adı Ataşdır. Danışanda əvvəlcə dedi ki, o pulu mən ödəyəcəm. Sonra da o da mənim teıefon nömrəmi bloka saldı. Atası cəmi 395 manat   pul qaytardı. Onların mənə qaytaracağı 1100 manatdır ki, qaytarmırlar. Pulu Elşənin  bank kartına atmışam. Rəfi mənə Elşənin kartını atırdı ki, bu karta pul köçür. Mən də köçürdüm 3 dəfəyə ( 700 man, 800 man. Və 800 manat) Pulu köçürdüyüm bank kartı Elşənindir.

Bir daha xatırlatmaq yerinə düşər ki, Qaradağa RPİ-nin 10-cu PB-nin təhqiqatçısı – Cəmşid Əliyev  mən Vüqar Mahmudovun işini araşdıran zaman etiraf etmişlər ki, Eyvaz-Aslan qruplaşması sizdən əvvəl  5 nəfər ayrı ayrı şəxslərə də ümumuilikdə 43000 manat pullarını sənədləşmə işləri görmək adı altında aldadıb dələduzluq etmişlər. Onlar da şikayətçidirlər. Hazırda Eyvaz Babayev axtarışdadır. Şəxsən apardığım araşdırmalardan mənə məlum olmuşdur ki, Eyvaz bizim kimi sadə adamlara özünü həmişə “ Rəfi” kimi təqdim edir və ona məxsus 050-7787579 nömrəsi yeni “müştərilərə” elə indi də daima açıqdır. Polisdən fərqli olaraq bizim araşdırmamız nəticəsində məlum olmuşdur ki, bizi kimi vətəndaşlara qarşı külli miqdarda dələduzluq hərəkəti etmiş Rəfi ( Babayev Eyvaz) hal hazırda Sabunçu rayonun Maştağa qəsəbəsində , Baloğlan Bağırov küçəsi, ev 74 ünvanda faktiki olaraq yaşamaqda və dələduzluq əməllərini davam etdirməkdədir. Baxmayaraq ki, daxili axtarışa verilmişdir.

Budur, cari ilin avqustun 28-də bu məsələ üzrə əvvəlcə Bakı şəhər prokurorluğunda qəbulda oldum. Qəbuldaa əvvəlcə idarə rəisinin yanında oldum. O da Qaradağ üzrə kuratoru İlqar Hacızadənin yanına göndərdi. İ.Hacızadə də məni Qaradağ rayon prokurorunun müavini Pərviz müəllimin qəbuluna göndərdi. Pərviz müəllim də məni dinləyib Qaradağ rayon Polis İdarəsinin İstintaq İdarəsinin rəisi cənab Əlihüseyn müəllimin yanına göndərdi. O da məni qəbul edib göndərdi Pİ-nin müstəntiqi cənab Murad müəllimin yanına. Murad müəllim də məni qəbul edib dedi ki, “Eyvaz Babayevlə bağlı cinayət işi açılıb və biz də onun saxlanması üçün axtarış vermişik. Nə vaxt tapılar bilmirəm. Nə vaxt tapılması isə mənlik deyil. Bu əməliyyatçıların işidir. İş üzrə vasitəçi və pulu bizdən nağd formada alan Aslan Sadıqzadə barəsində də dedi ki, o sadəcə arada gəzəndir.( yəni icraçı) Bizə isə  Eyvaz Babayevi tutmaq lazımdır.”  

 Bəli, biz isə gedib Eyvaz Babayevin Məştəğa qəsəbəsində hansı küçədəki evdə yaşayan ünvanına da çıxmışıq. Telefonları da aktivdir. Və cinayətkar əməllərini indi də Qaradağ rayon ərazisində rahatlıqla bizi kimi digər sadə insanlara qarşı davam etdirir. Yəni havadarı olan ictimai təhlükəli cinayətkar olsa da özünü cəzasızlıq mühitindəki kimi hiss edir və əməllərini davam etdirməkdədir. Qaradağ RPİ-nin müstəntiq və əməliyyatçıları isə bu cinatyətkarı tutmaqda passivlik və acizlik göstərirlər. Belə nəticəyə gəlirik ki, ya onlar 1991-ci il təvəllüdlü uşaq Eyvaz Babayevin himayədarında çəkinirlər və yaxud təcrübələri və səriştələri çatmır ki, bu dəstə başçısını gedib yaşadığı ünvanda saxlasınlar və yaxud aktiv olan mobil telefona görə anten məlumatları əsasında yaxalasınlar. Dövlət isə belə aciz polis işçilərinə əməkhaqqı verməkdə davam edir. Yəni, belə görünür ki, bizim işimiz qalıb Allaha.

Odur ki, Qaradağ RPİ-nin müstəntiqi Murad müəllimin və onun əməliyyatçılarının acizliyini görərək Cənab Prezident və cənab Daxili İşlər naziri hörmətli Vilayət EYVAZOV Sizlərə müraciət etməyə məcbur oluruq.

Sizlərdən  çox xahiş edirik ki, avtomobillərimizin  sənədləşməsi üçün məcbur olub faizə götürdüyümüz pulları qaytarmaq üçün dələduz Eyvaz-Aslan dəstəsinə verdiyimiz  pulların  qaytarılması işinə köməklik göstərilməsi üçün ictimai təhlükəli dələduz qruplaşmasının və onları himayə edənlərin tezliklə ifşa olunaraq  cinayət məsuliyyətinə cəlb edilməsi üçün şəxsi nəarətiniz altında aidiyyatı üzrə lazımi göstərişlər  verəsiniz.  Əvvəlcədən minnətdarlığımızı  bildiririk.

vugar shexs 11.jpeg

 

Aktualinfo.org

PAYLAŞIN:

Continue Reading

Previous: Krım yenə yanır – Ən böyük neft anbarı və strateji zavod vuruldu
Next: Zəfər xronikası. 7 oktyabr 2020-ci il: Prezident İlham Əliyev CNN-Türk televiziyasına müsahibə verib

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.