Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 20
  • “Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır”- Fərhad Məmmədov

“Bu layihənin məqsədi Azərbaycanın təzyiq altına alınmasıdır”- Fərhad Məmmədov

admin 20/10/2025
ferhad-m-polit

 

“ABŞ Konqresində irəli sürülmüş “Sülh Aktı” (PEACE Act) qanun layihəsinin əsl məqsədi sülh yox, Azərbaycanın təzyiq altına alınmasıdır”.

Bunu politoloq Fərhad Məmmədov bildirib. 

Ekspert qeyd edib ki, 2025-ci il sentyabrın 30-da ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Hüquq və Maliyyə komitələrində təqdim olunan 5632 saylı bu qanun layihəsi, zahirən sülhü təşviq etsə də, əslində birtərəfli mövqe daşıyır və Ermənistanı müdafiə, Azərbaycanı isə cəzalandırma məqsədi güdür.

“Qanun layihəsi Ermənistan və Azərbaycan arasında əldə ediləcək razılaşmanın pozulması halında yalnız Azərbaycanın cəzalandırılması ssenarisini nəzərdə tutur. Amma Ermənistanın mümkün təcavüzü və ya razılaşmadan birtərəfli çıxması ümumiyyətlə nəzərdən keçirilmir,” – deyə politoloq bildirib.

Fərhad Məmmədovun fikrincə, bu layihənin arxasında erməni lobbisinin strateji planı dayanır: “Erməni lobbisi ABŞ-nin qanunverici hakimiyyətində təsirli olsa da, icraedici hakimiyyətə – yəni administrasiyalara – istədiyi formada təzyiq göstərə bilmədi. Xüsusilə Prezident İlham Əliyevlə keçmiş ABŞ Prezidenti Donald Tramp arasında yaranmış qarşılıqlı rəğbət onların işini çətinləşdirdi. Ona görə də erməni lobbisi taktikasını dəyişərək qanunvericilik sahəsində struktur dəyişikliyə yönəldi”.

F.Məmmədov əlavə edib ki, layihənin adı – “Sülh Aktı” qəsdən seçilib, çünki bu ad altında təqdim olunan sənədə qarşı çıxmaq siyasi cəhətdən “sülhə qarşı çıxmaq” kimi təqdim edilə bilər: “Bu sənəddə guya Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə hörmət göstərilir, Vaşinqton razılaşması alqışlanır. Amma eyni zamanda, Azərbaycanın keçmiş fəaliyyəti qanunverici şəkildə ‘təcavüz’ kimi təqdim olunur və gələcəkdə istənilən administrasiyaya sanksiyalar tətbiq etmək öhdəliyi qoyulur”.

Fərhad Məmmədovun fikrincə, bu qanun layihəsi həm də ABŞ Konqresinin Cənubi Qafqaz siyasətində institutlaşdırılmış rolunu artırmaq məqsədi daşıyır: “Ənənəvi olaraq ABŞ-də xarici siyasət icraedici hakimiyyətin – yəni prezidentin səlahiyyətində olub. Məsələn, 907-ci düzəlişin tətbiqi və ya dondurulması kimi. ‘Sülh Aktı’ isə bu səlahiyyətləri məhdudlaşdıraraq, Konqresin rolunu genişləndirməyə, Azərbaycanla bağlı siyasəti məhdud çərçivəyə salmağa yönəlib”.

Sonda politoloq bildirib ki, bu təşəbbüs erməni lobbisinin uzun illərdir arzuladığı Cənubi Qafqaz üzrə struktur dəyişikliyi yaratmaq məqsədi daşıyır: “Bir sözlə, bu sənədin məqsədi, ABŞ administrasiyalarının gələcəkdə Azərbaycanla bağlı siyasətini çərçivələmək və erməni lobbisinin strateji maraqlarına xidmət etməkdir”. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Tramp Zelenski ilə görüşdə özündən çıxıb… – “Nalayiq ifadələr işlədib, xəritələri masadan atıb və onu hədələyib”
Next: Zəngilanın azad edilməsindən 5 il ötür

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.