Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 21
  • Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri nədir?

Bakının orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri nədir?

admin 21/10/2025
eliyev-astana

 

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri ikitərəfli münasibətlərlə yanaşı, regional proseslər fonunda xüsusilə əhəmiyyətlidir. Astana səfəri Əliyevin bir aydan az müddətdə gərgin diplomatik trafikinin növbəti mərhələsi kimi qəbul edilə bilər.

– Nyu-York səfəri Azərbaycan liderinin BMT tribunasından tarixi çıxışı və ABŞ-ın siyasi-iqtisadi elitası ilə mühüm görüşləri ilə yadda qaldı;
– Kopenhagendə Avropa elitası Əliyevi qlobal siyasətin mühüm oyunçusu kimi qarşıladı;
– Qəbələdə Əliyev türk dünyasını bir araya toplayaraq, coğrafiyanın gələcəyini müzakirə etdi və yeni hədəflər müəyyənləşdirildi: türk dünyasının vahid güc mərkəzi kimi çıxış etməsi və hərbi əməkdaşlığın gücləndirilməsi;
– Əliyevin Düşənbəyə gedişi MDB, daha dəqiq desək, Rusiya üçün geosiyasi rəqabətdə güclü görünmək üçün xüsusilə vacib idi: Vaşinqtondan Pekinə qədər bütün geosiyasi paytaxtlarda dərin ehtiramla qarşılanan Azərbaycan liderinin qlobal nüfuzu bütün oyunçular üçün cəlbedicidir;
– Qəzzanın gələcəyinin müəyyən edildiyi Şarm əl-Şeyxdə İlham Əliyev beynəlxalq birliyin oyunçularından biri, eyni zamanda, Yaxın Şərqdə sülhün qurulmasında əsas iştirakçı kimi qarşılandı;

Əliyevin qlobal siyasi trafiki fonunda Astana səfəri təkcə Azərbaycan-Qazaxıstan münasibətləri ilə məhdudlaşmır. Bu səfəri bir neçə kontekstdə qiymətləndirmək olar.

Birincisi, geosiyasi rəqabətin kəskinləşdiyi dövrdə Azərbaycan böyük oyunçuların hesablaşdığı orta gücün qurulması istiqamətində strategiyanı izləyir.

Əliyev Qəbələ Zirvəsində türk dünyasının vahid güc kimi çıxış etməsinin vacibliyini qeyd etmişdi, çünki dünyanın yeni nizamının qurulması uğrunda gedən mübarizədə “sağ qalmağın”, həm də maraqları nəzərə alınan gücə çevrilməyin yolu budur. Azərbaycan və Qazaxıstan türk dünyasının coğrafi olaraq iki dayaq sütunu rolunu oynayır, bu dayaqlardan birinin zəifləməsi, yaxud dərin inteqrasiyadan geri qalması “domino effekti” yarada, vahid güc mərkəzi strategiyasını sual altına sala bilər.

Astana və Bakının qlobal sistemin gələcəyi ilə bağlı gündəliyi də eynidir:

– BMT-də islahatların aparılması şərti ilə mövcud beynəlxalq təhlükləsizlik sisteminin qorunması;
– BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsi (Astana Asiya, Afrika və Latın Amerikası regionu, Bakı Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı kimi böyük platformaların TŞ-də təmsilçiliyinin yaradılmasını təklif edir: Azərbaycan və Qazaxıstan TŞ ilə bağlı təkliflərini müəyyən korrektlərlə birləşdirə, hər iki ölkənin, eyni zamanda, türk dünyasının maraqları kontekstində irəli sürə bilər);

Bu baxımdan, Prezidentin Astana səfəri türk coğrafiyasında vahid güc mərkəzinin perspektivlərinin gücləndirilməsi və orta gücün qurulması hədəfi fonunda xüsusi əhəmiyyət kəsb edir: Əliyev Qəbələdə təqdim etdiyi strategiyanı praktiki müstəvidə həyata keçirir;

İkincisi, Orta dəhlizin perspektivlərinin gücləndirilməsi – Avrasiyanın nəqliyyat şəbəkəsində möhkəmlənmək;

Bakı və Astana Orta dəhlizin iki əsas habını – Qazaxıstan Mərkəzi Asiyada, Azərbaycan Cənubi Qafqazda təşkil edir. Orta dəhliz marşrutunda orta gücün qurulmasının iqtisadi perspektivlərində nəqliyyat şəbəkəsinin inkişafı ən vacib istiqamətdir. Əliyevin Qazaxıstan səfərində bu istiqamət üzrə siyasətin davam etdirilməsi – Orta dəhlizin dayanıqlılığını gücləndirmək və Avrasiyanın nəqliyyat şəbəkəsində yerini saxlamaq əsas gündəm mövzularından biri kimi qəbul edilə bilər.

Azərbaycan liderinin Qazaxıstan səfərində zaman baxımından əsas diqqətçəkən məqam isə Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşmanın (Vaşinqton sənədləri) əldə edilməsidir. Dəhliz anlaşması türk dünyasında coğrafi parçalanmanı aradan qaldırmaq perspektivini gücləndirir və bu, möhkəm siyasi və iqtisadi təməllərə malik vahid gücün qurulmasına imkan yaradır. Coğrafi parçalanmanın aradan qalxması perspektivləri fonunda türk dünyasının yeni hədəflərinin müəyyən edildiyi Qəbələ Zirvəsindən sonra Azərbaycan lideri bu strategiyanı tətbiq edir.

Bütün bunların fonunda Əliyevlə Tokayevin gündəmində üç əsas məsələ də var.

1. Xəzərin üzləşdiyi ekoloji fəlakətin aradan qaldırılması;
2. Ermənistanla sülh danışıqlarında Astana platformasının perspektivləri (Əliyevdən sonra Paşinyanın da Qazaxıstana səfəri gözlənilir);
3. AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq: Rusiya Azərbaycanın tələblərini qəbul etsə də, Putin Düşənbədə istintaq prosesini izləyəcəklərini dilə gətirdi; bu, Moskvanın Bakı ilə razılaşsa belə, “arqumentləri”ni gücləndirmək üçün prosesə müdaxilə risklərini yaradır, daha öncə analoji hal baş verib; Azərbaycan Qazaxıstanla istintaq prosesinin üzərindən bir daha keçmək və “saatları yoxlamaq” niyyətindədir.

Asif Nərimanlı

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan və Qazaxıstan arasında 10-dan çox sənəd imzalanıb
Next: LDU-də müəmmalı təyinatlar və gecikmiş azad etmələr

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.