Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • Antiinhisar Agentliyi “EKO FERMA AZƏRBAYCAN” MMC-yə açıq-aşkar belə şərait yaradır

Antiinhisar Agentliyi “EKO FERMA AZƏRBAYCAN” MMC-yə açıq-aşkar belə şərait yaradır

admin 22/10/2025
ekoferma

 

Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma İdarəsi yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderə yekun vurub.  Müsabiqənin qalibi “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 222.020 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Məlumat satınalmaların portalında 21.10.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Sumqayıt Yaşıllaşdırma İdarəsi tərəfindən nəzərdə tutulmuş yaşıllıqların salınması üçün ağac, bitki kollarının alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 643.701,80 manat müəyyən edilmişdir. Dövlət satınalmalarının portalına yerləşdirilmiş bu məlumatlardan görsəndiyi kimi satınalan təşkilat olaraq Sumqayıt Yaşıllaşdırma İdarəsinin müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı “EKO FERMA AZƏRBAYCAN” MMC-nin təklif verərək qalib olduğu qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki,“Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Sumqayıt Yaşıllaşdırma İdarəsi tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı yox, 65 faiz aşağı qiymət təqdim etmiş, “EKO FERMA AZƏRBAYCAN”  MMC  ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin kobud şəkildə pozulması deməkdir.

Qeyd edək ki, bu Sumqayıt Yaşıllaşdırma İdarəsi ilə “EKO FERMA AZƏRBAYCAN” MMC arasında ilk işbirliyi deyil. Sözügedən idarə bir neçə ay öncə də, daha dəqiq 16.07.2025-ci ildə yaşıllıqların salınması işlərinin satın alınması üzrə tərəflər arasında 273.600 manat məbləğində müqavilə bağlanılmışdır.

Bəs qısa müddət ərzində beş yüz min manata yaxın dövlət sifarişi verilən “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə açıq mənbələrdə nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EKO FERMA AZƏRBAYCAN”  (VÖEN: 1203022601) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.02.2022 il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, QURBAN XƏLİLOV, ev.8, m.59, qanuni təmsilçisi kimi isə Masimov Rüfət Ramazan oğlu qeyd olunub.

Dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Sumqayıt Bulvar” Məhdud Məsuliyyətli Cəmiyyətinin keçirdiyi iki satınalmanın qalibi olub. “Ağac və kolların satınalması” üzrə 62.500 manat dəyərində, güllərin və qazonun əkilməsinin satın alınması üzrə isə 104.900 manat dəyərində.

MMC-nin satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığı, təcrübəli işçi heyəti və maddi texniki bazası haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Əldə etdiyimiz ən son məlumata görə Sumqayıt Yaşıllaşdırma İdarəsinnin yaşıllıqların salınması üçün ağac, bitki kollarının və əlaqəli malların satınalınması üzrə 11.09.2025-ci ildə başladığı açıq tenderdə iştirak edən digər təchizatçı şirkətlər  “EKO FERMA AZƏRBAYCAN” Məhdud Məsuliyyətli Cəmiyyətin ehtimal olunan qiymətlə müqayisədə 65 faiz aşağı qiymət təqdim etməsindən razılaşmayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə şikayət də vermişlər. Amma buna baxmayaraq Dövlət Agentliyi  “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununu pozan “EKO FERMA AZƏRBAYCAN”  MMC-nin qalib seçilməsini məqbul saymışdır.

Göründüyü kimi satınalmalarda yol verilən bu kimi qanunsuzluğa və şikayətlərə baxmayaraq Dövlət Agentliyi “EKO FERMA AZƏRBAYCAN”  MMC-yə açıq-aşkar şərait yaratmaqdadır. MMC-nin qanuni təmsilçisi Rüfət Masimov isə ehtimal olunan qiymətlə müqayisədə 65 faiz aşağı qiymətlə tenderin qalibi olmasında heç bir qanunsuzluq olmadığını, o məhsulların istehsalçısı olduqlarını bildirdi.

Maraqlıdır, məhsulların istehsalçısı olmaq qanunları pozmağa yol verirmi? Bu suala da Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi aydınlıq gətirsə lap yaxşı olar.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.  Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Agentliyin sədri Elnur Bağırovdur. O, Prezident İlham Əliyevin 12 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri vəzifəsinə təyin olunub.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Nazirliyin kvadratı 435 manata satdığı mənzillər “yoxa çıxıb” – AÇIQLAMA
Next: İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.