Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 22
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:Ölü təşkilatları belə dirildirlər…

QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:Ölü təşkilatları belə dirildirlər…

admin 22/10/2025
qht-aygün

 

İctimai Nəzarəti həyata keçirdiyimizə görə ailə üzvlərimizdən əvəz çıxırlar…

Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər. 

Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı redaksiyamıza daxil olan yeni məlumatlarla araşdırmalarımız davam edir. Məlum aktuallığını nəzərə alıb, bu sektordakı qaranlıq məqamlara işıq salmağa və onların geniş şəkildə təhlil olunmasına çalışırıq və çalışacağıq. Hələlik isə qonağımız, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin təsisçisi,  “Şəhid Ailələri, Qazilər Mərkəzi”nin rəhbəri Mətanət Əsgərqızı ilə mövzunu davam etdiririk:

 

-Mətanət xanım, ötən müsahibələriniz oxucularımız tərəfindən geniş maraqla qarşılandığı  üçün qərara gəldik ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində yaşananlarla bağlı sizinlə mövzunu davam etdirək. Agentliyin qrant müsabiqələrindəki narazılıqlardan, rəhbərlikdə təmsil olunan şəxslərin yaxınları tərəfindən QHT-lərin satın alınması, sonradan onlara qrant verilməsi və başqa mövzulardan danışmaq istəyirik. Ona görə ilk sualımız da belə olacaq, həqiqətən də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələrində qanun pozuntusu varmı və konkret faktlar göstərə bilərsinizmi?

-Biz bu barədə dəfələrlə öz sosial şəbəkə hesablarımızda yazmışıq, öz etirazımızı bildirmişik. Təəssüf ki, Agentliyin fəaliyyətinə nəzarət edən qurumlar və şəxslər bu məsələlərə laqeyid yanaşaraq, eyni qanunsuzluqların davam etdirilməsinə yol veriblər və verirlər. Belə ki, Nazirlər Kabinetinin 14 sentyabr 2023-cü il tarixli qərarı ilə Agentlik tərəfindən qrant müsabiqələrinin keçirilməsi qaydası, qrant məbləğinin müəyyən edilməsi meyarları və hər bir mövzu üzrə qrant məbləğinin yuxarı həddi təsdiq edilib. Mən təklif edərdim ki, siz də bu qaydalara nəzər salasınız və müsabiqə nəticələrini təhlil edəsiniz. Bu qaydalar təsdiq olunduqdan sonra 2 müsabiqə keçirilib və hər ikisində də çoxlu sayda pozuntu aşkarlanıb. 

Məsələn: Qaydalarda açıq aydın yazılır ki, böyük qranta layihə təqdim edən QHT-nin son 5 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 informasiyanın media subyektlərində yayılması tələb olunur. Eləcə də, orta qranta layihə təqdim edən QHT-nin son 3 il müddətində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 informasiyanın media subyektlərində yayılması tələbi mövcuddur. Konkret olaraq, göstərilir ki, böyük qrant almaq istəyən təşkilatın azı 5 illik fəaliyyəti, orta qrant almaq istəyənin isə 3 illik fəaliyyəti olmalıdır. Burada aydın olmayan bir məsələ yoxdur. 

Amma, gəlin 2024-cü il və 2025-ci il üzrə qrant müsabiqələrindəki pozuntulara baxaq.

Məsələn: 2024-cü il üzrə orta və böyük qrant verdikləri təşkilatların fəaliyyətə başladıqları illərə baxın.

“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi (2023-cü il) – Böyük qrant üzrə 30200 manat;

“Hüquqi-Sosial Yardım və Maarifləndirmə” İctimai Birliyi (2022-ci ilin oktyabr ayı) – Orta qrant üzrə 15500 manat;

“Mədəniyyət Könüllüləri” İctimai Birliyi (2023-cü ilin aprel ayı) – Orta qrant üzrə 17800 manat;

 “Bakı Politoloqlar Klubu” İctimai Birliyi (2021-ci ilin sentyabr ayı) – Böyük qrant üzrə 30350 manat.

Siyahını xeyli artırmaq olar. Siz hər bir təşkilatın qeydiyyat tarixi ilə onların layihə aldığı müddətlərə baxıb, necə qanunsuzluq baş verdiyini görə bilərsiz. 

Çox maraqlıdır ki, Hesablama Palatası və Maliyyə Nazirliyi belə məqamlara səthi yanaşır. 

Qeyd etməyi unutmuşdum, hətta Müşahidə Şurası üzvlərindən birinin təşkilatına 1 illik fəaliyyəti tamam olmamış orta qrant üzrə 20 min manat veriblər. 

2025-ci il üzrə də eyni mənzərədi. Hətta 2024-cü ildən daha da çoxdur. Əksəriyyəti ilə yaxşı münasibətim olduğu üçün bir-bir adlarını sadalamağım düzgün çıxmaz. Özünüz siyahıya baxıb hər şeyi görə bilərsiniz. 

-Mətanət xanım, bu cür faktları səsləndirdiyinizə görə şəxsinizə qarşı media vasitəsilə hücumlar təşkil olundu, əleyhinizə sifarişli yazılar yazıldı. İndi anlaşılır ki, Ədliyyə Nazirliyi sizin təşkilatın dövlət reyestrindən çıxarışını niyə təqdim etmir. Sözsüz ki, zaman gələcək bu faktlarınız çox vacib sübutlardan olacaq.

-Çox qəribədir, hər ötən gün QHT sektoru ilə bağlı baş verənlərdən dolayı mat qalıram. Söhbət təkcə şəxs olaraq Mətanət Əsgərqızından getmir. Mən bir ölkənin vətəndaşıyam. Vətəndaş olaraq da hüquqlarım var. Ölkə Prezidenti dəfələrlə deyir ki, İctimai Nəzarət, İctimai qınaq ləng gedir. Harada neqativ hallar var, məlumatları verin.

Birincisi, prezidentə məlumatlar  əlçatan deyil. Vətəndaş olaraq səsimizi , yazdığımızı ona çatdırmırlar. Faciə odur ki, bir qurum tənqid olunursa, başlayırlar mediada sifarişli yazılar yazdırmağa. Trollar tökülüşüb eninə- boluna özlərinə yaraşanı yayırlar. Ailə üzvlərinlə təhdid edirlər. Mənim qızım da ictimai birlik rəhbəridir. Hər zaman həssas qruplarla işləyib. Yəni əsasən şəhid ailələri, qazilərlə. Hər zaman da gözəl layihələr icra edib. Deməzdim ki, hər qrant müsabiqəsində ona layihə veriblər. İndi mən İctimai Nəzarəti yerinə yetirirəm, əvəzini qızımdan da çıxıb, Ədliyyə Nazirliyinə tapşırıq veriblər ki, dövlət reyestrindən çıxarış sənədini verməsinlər. Ağıllarıyca guya başqa QHT-lərə gözdağı verirlər ki, baxın ha, çox danışsanız, aqibətiniz bunlar kimi olar… Bunlar vəzifədə oturublar, cənab Prezident bunlara etimad göstərib, indi gəlib xidmət etməkdənsə, vəziyyəti gərginləşdirib, Vətəndaş Cəmiyyətini (VC) ölkə rəhbərindən narazı salmaq istəyirlər. Düşünürlər ki, o kreslolar atalarının mirasıdır. İndi sual olunur, 37-ci ildir ailə üzvlərimizdən əvəz çıxırsınız? Düzü o sənəd bizə o qədər vacib deyil, çünki təşkilatı təkcə qrant almaq üçün açmamışıq. Qapımıza gəlib dərdini deyən şəhid ailəsi, qazinin problemini həll edə biliriksə özümüzü çox xoşbəxt hiss edirik. Gözləri doymayanlar, o vəsaitləri  özlərinə, yaxınlarına saxlasınlar. Hər şeyin bir sonu olur. Gün gələcək bunlardan da hesab soruşacaqlar, işləyən, töhfə verən təşkilatlarla niyə intriqa aparıbsınız? Hər-halda cənab Prezidentin köməkçiləri sırasında vicdanlı, ona sadiq insanlar var. Onlar da xəbərdardılar ki, Vətəndaş Cəmiyyətinin başına hansı oyunlar açılır. Dövlət vəsaitlərini kimlər öz məqsədləri üçün istifadə edir.

-Qəribəsi budur ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyində baş verənlərlə bağlı bizə də çox müraciətlər daxil olur. Amma sizlər kimi açıq mövqe nümayiş etdirən yoxdur.

-Açığı hamı baş verənlərin fərqindədir. Bilirlər ki, sağlam tənqid top-tüfənglə qarşlanır. Beləliklə də həmin QHT sədrlərinin QHT –lərə Dövlət Dəstəyi Agentliyinə, qrant müsabiqələrinə, bu cameədə görünməyə çıxışları bağlanacaq. Onlar da zamanlarını gözləyirlər. Son hadisələrə diqqətlə baxın, Ramiz Mehdiyevin qarşısında əyilənlər bu gün onu söyürlər. İndi Vətəndaş Cəmiyyətinə rəhbərlik edənlər, bu iyrənc mənzərəyə  baxsınlar. Şuşa, Xankəndi səfərlərindən çoxlu şəkillər paylaşan, yazılar yazanların bəziləri inanın bir gün onları tənqid, təhqir edəcəklər. İnsanlar əyilmək, yaltaqlanmaq məcburiyyətində qalsalar da  qarşısındakının ayağı bir gün büdrəyəndə ilk və ən sarsıdıcı zərbəni onlar vurur. Çünki aşağılanmaqlarını bağışlamırlar…

-Bu məqamda bir məsələni xatırladım. Youtube kanallarından birində qulaq asdım ki, jurnalistlərdən biri öz sosial şəbəkəsində qeyd edib ki, guya yeni QHT yaradıb və həmin təşkilatı “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi adlandırıb. Amma orada bəzi faktlar təqdim etdilər ki, o illərin təşkilatı olub və Fəridə Əliyeva rəhbərlik edib. Bu məsləyə də münasibətinizi öyrənmək istərdim. 

– Əgər o təşkilat deyildiyi kimi yeni yaradılsaydı, ona bu ilin orta qrant müsabiqəsində 17 min manat verməzdilər. Həmin təşkilatı QHT Şurası dövründən yaxşı tanıyırdım. Görünür burada başqa məsələlər var. Artıq bunu aidiyyəti qurumlar araşdırmalıdır. Belə faktlar az deyil, ölü təşkilatların dirildilməsi prosesini izləyirik.

-Mətanət xanım, belə məlumatlar da dolanır ki, Agentliyin icraçı direktoru Aygün Əliyeva müxtəlif ölü təşkilatları diriltmək, sonra onları müxtəlif yaxın adamlarının adlarına rəsmiləşdirmək bacarıqlarına malikdir. Bunlar sadəcə sözdür, yoxsa konkret faktlar var?

– Bu mövzuda çox danışmaq olar. Amma, sizə fakt lazım olduğu üçün, bir misal üzərindən danışacam. Allah Mirzə Cəlilə rəhmət eləsin: “Ölülər”dəki məşhur Şeyx Nəsrullah yada düşür… 

QHT Şurası zamanında müxtəlif tədbirlərdə qarşılaşdığım və Saatlı rayonunda fəaliyyət göstərən bir təşkilat var idi. Sonradan təşkilat rəhbəri hansısa dövlət qurumunda işə düzəldi və ictimai sektordan getdi. İllər sonra həmin təşkilatın adını qrant müsabiqəsinin qalibləri sırasında gördüm. “Mərkəzi Aranda Regional İnkişaf” İctimai Birliyi adlanırdı. Ona 9500 manat vəsait ayırmışdılar. Təşkilat rəhbəri isə Nahidə Mahmudova adlı bir nəfər idi. Maraq doğurduğu üçün xeyli axtardım ki, bu kimdir? Məlum oldu ki, Nahidə xanım Aygün Əliyevanın yaxın rəfiqəsi olmaqla yanaşı, TƏBİB-də onunla birgə çalışıb.

Unutmadan bir məsələni də vurğulamaq istəyirəm. Bu günlərdə öyrənmişəm ki, Aygün Əliyeva əvvəllər həmkarı olmuş icra başçısı müavinlərindən birinin həyat yoldaşına da QHT alıb, sonradan qrant verib. Hətta həmin ailədən səxavətini əsirgəməyərək, həmin xanımın qardaşını Agentlikdə işə də götürüb.

Görürsünüzmü kiçik bir qurumda nələr baş verir? Əslində çox məsələlər var, sadəcə hər şeyi də demək olmur.  Amma köhnə təşkilatları elə Aygün Əliyevaya rəhbərlik edənlər də dirildirlər. Ona icazə verilməsə, dəstəklənməsə Aygün Əliyeva kimdir ki, özbaşına qanun pozuntusu etsin?

-Mətanət xanım, sizin söylədiyiniz faktları yəqin ki, Agentliyə nəzarət edən qurumlar və şəxslər eşidirlər. Eşitmədiklərini də buradan oxuyurlar. Sizcə niyə heç bir tədbir görülmür və heç kim cəzalandırılmır?

-Əslində çox maraqlı sualdı. Bir misal göstərəcəm, sizə də aydın olacaq. Bugünlərdə elə sizin saytda Agentliyin əməkdaşı Natiq Lahıcovun işdən azad olunma səbəbi yazılmışdı. Həmin şəxs 2 dəfə böyük məbləğdə ezamiyyət xərci yazdıraraq guya Almaniyada hansısa tədbirə gedib. O da məlum olub ki, həmin tədbirin dəvət məktubları da saxtalaşdırılıb. Həmin əməkdaşı haqlı olaraq işdən azad ediblər. Bəs yaxşı, həmin əməkdaş Agentliyə necə gəlib, hansı qurumun tapşırığı ilə işə götürülüb, Aygün Əliyeva hansı maraqdan onun böyük məbləğdə 2 ezamiyyətinə imza atıb, razılıq verib? Baxın aidiyyatı qurumlar bunları araşdırmalıdır. 4 qadının rəhbərlik etdiyi QHT-yə reyestrdən çıxarış sənədi vermək kiminsə qarnının ağrısıdırsa, getsin bu məsələləri araşdırsın.

Yuxarı qurumların susqunluğunun səbəbi təbii ki, Agentliyin icraçı direktorunun yanında gözükölgəli olmalarıdır. Əksəriyyətinin qohum və tanışlarının layihələrinə qrant verilməsi tapşırılır. Üstəlik bəzi şəxslərin yaxınları orada işə götürülür. Bütün bunlar əsas deyil ki, həmin şəxslər susqun qalsın?

Hesablama Palatasının bu məsələdə susqun mövqeyini də gözəl anlayıram. Sizin imkanınız olsa Palatanın auditoru Vəfa Mütəllimovaya sorğu ünvanlayın. Görün bu qanunsuzluqlardan xəbəri varmı? Yerinə düşər bir fakt, hələ , ad çəkmək istəmirəm, elə həmin Hesablama Palatasında bir məsul şəxsin iki QHT-si var, QHT-lərə Dövlət Dəstəyi Agentliyindən qrant alır. Elələri imkan verərmi ki, Agentliyin adı korrupsiyada hallansın. Təkcə Hesablama Palatası deyil, digər qurumlar da qanunsuzluqlara göz yumurlar. Çünki hələ əmr yuxardan gəlməyib… /yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Next: Əsgər getməyə hazırlaşanların nəzərinə! – Yenilik var

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.