Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 23
  • Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -Araz Paşayevin imkanı və iddiası…

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -Araz Paşayevin imkanı və iddiası…

admin 23/10/2025
araz-pasa2-

 

Araz Paşayev böyük kapitalından ruhlanmaqdadır və ruhla da, yeni və daha da yüksək kürsüləri hədəfləyir

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və bu komitənin sədri Araz Paşayevlə bağlı mediada məlumatlar az qala ədədi silsilə ilə tirajlanmaqdadır. Məlumatlarda bu təşkilatda yaşananlardan, Araz Paşayevin dünənindən və bugünkü idarəçilik prinsiplərindən bəhs edilir. Narazılıq dolu yazılarda Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasının sədri cənab Sahib Məmmədovun da adı öz yerində… Konkret faktlar zəngin bu yazılara qarşı tərəfdən təkzibedici cavabların olmaması da məlum suallar doğurur.

İki gün əvvəl dərc edilən “Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –Araz Paşayev Sahib Məmmədovun hədəfində” sərlövhəli yazıdan sonra redaksiyamıza yeni məlumatlar daxil olmaqdadır. (Yazını bu linkdən oxuya bilərsiniz:https://yenixeber.org/manset/191854-elm-v%C9%99-t%C9%99hsil-i%CC%87%C5%9F%C3%A7il%C9%99ri-h%C9%99mkarlar-i%CC%87ttifaq%C4%B1nda-dolanan-kabus-%E2%80%93.html)

Məlumatlarda Araz Paşayevin keçmişindən –Təhsil Tələbə Kredit Fondunun İdarə heyətinin sədri postundakı fəaliyyətindən tutmuş, bugünkü idarəçiliyinə qədər əhatəli məlumatlar yer alır…

                      Sahibkar-məmurun karyerası…

Xatırladaq ki, Araz Paşayev özünü həm də, biznes sektorunda sınayıb və daxil olan məlumatlara görə hələ də, “ayağının biri biznesdədir”. Onun adı hələ Təhsil Tələbə Kredit Fondunun rəhbəri olduğu dönəmdə böyük məbləğlərlə ölçülən tender əməliyyatlarında hallanıb. Belə ki, “Universitas-İnternational” mədud Məsuliyyətli Cəmiyyətinin Araz Paşayevə məxsus olması haqqında iddialar var.

Araşdırmalarımızla məlum oldu ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UNİVERSİTAS-İNTERNATİONAL” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18.05.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA, ev 55, 6-cı mərtəbə, 48-ci ofis, qanuni təmsilçisi kimi isə Mustafayev Ayaz Mustafa oğlu qeyd olunub.

Reyestrinə daxil edilmiş məlumatlarda MMC-nin ilk hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, KOROĞLU RƏHİMOV, ev 13A, mənzil 125, qanuni təmsilçisi isə 18.05.2017-ci ildən 01-17-2022-ci ilə qədər Paşayev Araz Nadir oğlu olub…

Nəinki Veb-səhifəsi, hansısa bir əlaqə vasitəsi belə olmayan, bu şirkətin yüksək məbləğlərlə tender “qalibi olması” ciddi suallara yol açır. (Bu linkdən oxuya bilərsiniz:https://yenixeber.org/arasdirma/165392-araz-pa%C5%9Fayev%C9%99-m%C9%99xsus-%C5%9Firk%C9%99t-hans%C4%B1-qurumlarla-i%C5%9Fbirliyind%C9%99-olub-v%C9%99-n%C9%99-q%C9%99d%C9%99r-d%C3%B6vl%C9%99t-v%C9%99saiti-silib.html )

Məlumata görə, cənab Paşayevin yüksək dairələrlə şəxsi münasibəti bu istiqamətdə əsas amillərdən biridir…

                 Böyük kapital və böyük ambisiyalar…

Məhz başlıcası bu səbəblərdən də, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hazırkı sədrinin böyük kapiatala sahib olduğu bildirilir. Böyük kapital isə yeni və böyük ambisiyalar doğura bilir…Yenixeber.org-a ötürülən məlumata görə, Araz Paşayev də böyük kapitalından ruhlanmaqdadır. Bu ruhla da, yeni və daha da yüksək kürsüləri hədəfləyir. Elə bu səbəbdən də, rəhbərlik etdiyi Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsini siyasi kluba çevirməkdədir. Məlumata görə, bu komitə həmkarlar təşkilatından daha çox siyasi partiyanı xatırladır. Sanki, bir növbəti tramplin kimi…Gələcək karyerası üçün kadrlar seçir, komanda formalaşdırır.

Necə? Bu haqda müəyyən dəqiqlədirmələrlə qarşıdakı günlərdə geniş yazmağa çalışacağıq.

Onu da qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqlari Konfederasiyasının sədri cənab Sahib Məmmədov Araz Paşayevin bu “özfəaliyyət”indən xəbərsizdir…

Sonda Araz Paşayevə bir xatırlatma: Bu gün gündəmi zəbt edən “Ramiz Mehdiye işi” həm də bir dərs olmalıdır…    /yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Valeh Mirzaliyev respublikanın təhsil müəssisələrini bir nəfərə bağlı iki şirkətin ümidinə qoyub
Next: İlham Əliyev Macarıstanın Baş nazirini təbrik edib

OXŞAR MÖVZULAR

natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026
abdin-asif

Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır

admin 16/04/2026
kqafarov

Biznesmen deputatın puç olan xəyalları və…

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.