Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 23
  • Vergi güzəştlərinin ləğvi nə vəd edir? – “Bu, insanların gəlirlərini azaldacaq”

Vergi güzəştlərinin ləğvi nə vəd edir? – “Bu, insanların gəlirlərini azaldacaq”

admin 23/10/2025
vergi-g

 

Məlum olduğu kimi, Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışan fiziki şəxslər üçün 2019-cu ildən tətbiq olunan gəlir vergisi güzəştinin müddəti 2025-ci ildən sonra uzadılmayacaq. Yeni vergi dərəcələri ilə bağlı təqdim olunan plana əsasən, 2026-cı ildən etibarən fiziki şəxslərin gəlirlərindən tutulan vergi yükü mərhələli şəkildə artırılacaq.

Plana görə, aylıq gəliri 2 500 manata qədər olanlar üçün gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% təşkil edəcək. Gəliri 2 500 – 8 000 manat arasında olan şəxslər 2026-cı ildə 75 manat və bu məbləğdən artıq hissənin 10%-i, 2027-ci ildə 125 manat və artıq hissənin 10%-i, 2028-ci ildən isə 175 manat və artıq hissənin 10%-i qədər vergi ödəyəcəklər. Aylıq gəliri 8 000 manatdan çox olanlar üçün 2026-cı ildə 625 manat və artıq hissənin 14%-i, 2027-ci ildə 675 manat və artıq hissənin 14%-i, 2028-ci ildən isə 725 manat və artıq hissənin 14%-i məbləğində vergi tutulacaq.

Göründüyü kimi, yeni dəyişikliklər gəlir vergisinin mərhələli artımını nəzərdə tutur və qeyd olunur ki, burada məqsəd dövlət büdcəsinə daxilolmaları tənzimləməklə yanaşı, sosial balansın qorunmasıdır. Bununla yanaşı, 2026-cı ildən yaşayış minimumu və ehtiyac meyarı da artırılacaq. Hazırda 285 manat olan bu göstəricilər gələn ildən 15 manat artırılaraq 300 manat səviyyəsində müəyyən ediləcək.

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “AzPolitika”-ya açıqlamasında bildirib ki, 2026-cı ilin 1 yanvar tarixindən etibarən gəlir vergisi ilə bağlı qeyri-dövlət (özəl) sektorunda çalışanlar üçün tətbiq olunan vergi güzəştlərinin müddəti başa çatır. Onun sözlərinə görə, hökumət vergi yükünü birdən-birə artırmır, bu prosesi mərhələli şəkildə həyata keçirəcək.

“Belə ki, 2028-ci ilə qədər mərhələli keçid planlaşdırılır. 2028-ci ildən etibarən özəl sektorda çalışanlar 2 500 manata qədər olan aylıq gəlirlərinin 7 faizini vergi şəklində ödəyəcəklər. Digər gəlir intervalları isə dəyişməz qalacaq. Hökumət vergilərin bərpasını iki pilləli sistem əsasında həyata keçirir: 2026-cı ildə 3 faiz, 2027-ci ildə 5 faiz və 2028-ci ildə 7 faiz dərəcəsi tətbiq olunacaq. Kərimli qeyd edib ki, əvvəllər vətəndaşlar 2 500 manata qədər olan gəlirdən 14 faiz vergi ödəyirdilər. İndi isə bu məbləğə görə ilk mərhələdə 3 faiz vergi tutulacaq, lakin pensiya fonduna ödənişlər əvvəlki kimi 10 faiz səviyyəsində qalacaq. Bu addımın məqsədi vətəndaşların pensiya kapitalının formalaşmasını təmin etməkdir. Ümumilikdə, 2 500 manata qədər maaş alan şəxslərin vergi yükü 3 faiz artacaq. Əgər əvvəllər maaşdan ümumilikdə 12,5 faiz tutulurdusa (10 faiz pensiya fondu, 2 faiz icbari tibbi sığorta, 0,5 faiz məşğulluq fondu), indi bu rəqəm 15,5 faizə yüksələcək. Növbəti illərdə isə bu göstərici 19,5 faizə qədər artacaq və proses yekunlaşacaq”, – deyə o qeyd edib.

İqtisadçının sözlərinə görə, bu dəyişikliklər ilk növbədə insanların gəlirlərinin azalmasına səbəb olacaq: “Bu, mərhələli olsa da, vətəndaşların cibindən çıxan pulun artması deməkdir. Nəticədə insanların sərəncamında olan gəlir azalacaq, sosial vəziyyət bir qədər çətinləşəcək. Şirkətlər üçün də bu, əlavə maliyyə yükü yaradır, çünki işçilərin real maaşı azalır. Bəzi işəgötürənlər bu yükü öz üzərlərinə götürə bilər, amma bu, məcburi deyil. Faktiki olaraq, dövlət deyir ki, o hissəni sən xərcləmə, mən xərcləyəcəyəm”.

İqtisadçı sonda qeyd edib ki, gələcəkdə bu dəyişikliklər əhalinin xərcləmə imkanlarına və sosial rifahına mənfi təsir göstərəcək. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: “Bu, müharibə aktıdır!” – Medvedev Trampa qəzəblənib, “qan-qan” deyir
Next: Tibb Universitetində dosentlərin işbirliyinə Qanun yol vermədiyi halda kimlər yol verir

OXŞAR MÖVZULAR

ailə uşaq

Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək?

admin 16/04/2026
tel-uşaq

Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır”

admin 16/04/2026
baku-yağış

Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.