Skip to content
21/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 27
  • Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə…

Valeh Mirzaliyev yetərsay düzəldib satınalma keçirir, Emin Əmrullayev isə…

admin 27/10/2025
emin-valeh

 

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi məktəbəqədər təhsil müəssisələrinə “Maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satınalınması ilə bağlı müsabiqəyə yekun vurub və  “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC dövlət satınalmaları haqqında Azərbaycan Respublikasının Qanununun 35.1.1-ci ( təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;)  maddəsinə əsasən əsasən müsabiqədən kənarlaşmışdır.

Müsabiqənin qalibi “LN TRADING” MMC elan olunmuş və həmin təchizatçı ilə 9.765.975,00 (doqquz milyon yeddi yüz altmış beş min doqquz yüz yetmiş beş) manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulub. Məlumat satınalmaların portalında 24.10.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Aktualinfo.net bir neçə gün əvvəl Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin respublikanın bir sıra məktəbəqədər və ümumtəhsil müəssisələrinin təmiri və inventarlarının təmiri işləri üzrə keçirdiyi satınalmaların nəticələri ilə bağlı geniş məqalə yaymışdı. https://aktualinfo.net/2025/10/23/valeh-mirzaliyev-respublikanin-t%c9%99hsil-mu%c9%99ssis%c9%99l%c9%99rini-bir-n%c9%99f%c9%99r%c9%99-bagli-iki-sirk%c9%99tin-umidin%c9%99-qoyub/

Sözügedən məqalədə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi  “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC ilə ümumi dəyəri 30 milyon manata yaxın olan üç satınalma müqaviləsinin bağladığı bildirilirdi.

Qeyd edək ki,  Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 22.10.2025-ci ildə iki açıq tenderə yekun vurululması və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT”  MMC ilə satınalma müqavilələrinin bağlanılmasını planlaşdırdığını elan etmişdi.

İdarə iki gün sonra, yəni 24.10.2025-ci ildə ildə isə “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT”  MMC-ni uyğunluq göstəricilərinə cavab vermədiyinə görə müsabiqədən kənarlaşdırmışdır.

Düzdür, “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT”  MMC-nin uyğunluq göstəriciləri “Maşın və avadanlıqlar” xərc maddəsinə cavab verməyə bilər. Çünki, əvvəlki satınalmalardan da görsəndiyi kimi MMC təmir-tikinti üzrə tenderlərin qalibi seçilib.

Buradan sual yaranır. Elm və Təhsil Nazirliyinin Əsasli Tikinti Və Təchizat İdarəsinin Satınalma Komissiyası “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC-nin uyğunluq göstəricilərini əvvəlcədən bildikləri halda bu şirkətlərin satınalmada iştirakına niyə yol verib?

Cavab çox sadədir. Yetərsay düzəlmək üçün. Məlum olduğu kimi “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1. maddəsinin tələblərinə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduqda satınalma ləğv edilməlidir.

Çox güman ki, Əsasli Tikinti Və Təchizat İdarəsinin Satınalma Komissiyası da təchizatçıların sayının  üç olması, yetərsay olması üçün “ELEMENT YT” QSC və “MÜHƏNDİSLİK TİKİNTİ TƏCHİZAT” MMC-ni satınalmaya cəlb etmiş, uyğunluq göstəricilərinə cavab vermədiyinə görə müsabiqədə kənarlaşdırmış, özlərinə uyğun gələn “LN TRADING” MMC-ni qalib elan etmişdir.

Qeyd edək ki, bu Əsasli Tikinti Və Təchizat İdarəsi ilə “LN TRADING” MMC arasında bağlanan ilk satınalma müqaviləsi deyil. Tərəflər 17.09.2025-ci ildə icma əsaslı və peşə təmayüllü siniflərin təşkili üçün malların satınalınması üzrə 6.421.066,41 manat dəyərində müqavilə bağlayıblar.

Bəs Əsasli Tikinti Və Təchizat İdarəsinin son bir ay ərzində ümumi dəyəri 16 187 041 manat olan iki müqavilə bağladığı “LN TRADING” MMC barəsində nə kimi məlumatlar var?

Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “LN TRADING”  (VÖEN: 1405520221) Qapalı Səhmdar Cəmiyyətinin 06.05.2021-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, ÜZEYİR HACIBƏYOV, ev.5, m.3, qanuni təmsilçisi kimi isə Cəfərov Ramin Nəcəf oğlu qeyd olunub. QSC-nin təsisçisi və ilk qanuni təmsilçisi Abbaszadə Fariz Nazim oğlu olub.

Vergi öhdəlikləri üzrə 2021- 2023-cü illərdə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

Bu rəsmi məlumatlardan başqa “LN TRADING” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir xəbər yoxdur.

Qeyd edək ki,  Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyevdir. O, 2022-ci ilin mart ayından İdarəyə rəhbərlik edir. Daha əvvəllər Elm və Təhsil Nazirliyinin  Təhsil Texnologiyaları Mərkəzinin direktoru, Peşə Təhsili üzrə Dövlət Agentliyində direktoru vəzifələrində çalışıb. Medianın yaydığı məlumatlara görə nazir Emin Əmrullayevin yaxın çevrəsinə aid olan şəxslərdəndir.

Göründüyü kimi Əsasli Tikinti Və Təchizat İdarəsinin rəisi Valeh Mirzaliyev dövlət satınalmalarını istədiyi kimi, yetərsay düzəltməkl özlərinə yaxın şirkətlərə milyonlarla manat dəyəri olan tender verir, Elm və Təhsil naziri Emin Əmrullayevin başı isə təhsilin “qlobal” problemlərinə, məktəb direktorları ilə mübarizəyə qarışıb.

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Dabaq xəstəliyi nazirliyin gətirdiyi heyvanlardan yayılıb AQTA arayış hazırlaylıb, amma ictimaiyyətdən gizlədib
Next: Dövlətə 81,5 milyon manat zərər vurulub, 30 nəfər cinayət məsuliyyətinə cəlb olunub

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026
  • Maksimum bal yığanların sayında KƏSKİN azalma – Bəs Abbaszadə deyirdi ki… 20/04/2026
  • Milli Məclis Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qərəzli sənədlərini kəskin şəkildə qınayıb 20/04/2026
  • Vergi borcunu ödəməyənləri hansı cəza gözləyir? 20/04/2026
  • Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib 20/04/2026
  • Fuad Nəcəfli baş prokrorluqda dindirilib – 10 milyonluq yeyinti işi 20/04/2026
  • Bu qeyri-filiz faydalı qazıntı yataqları “AzerGold”a verildi 20/04/2026
  • Bazarlar tarixə dönür – Yeni dövrə keçid, yoxsa daha çox əlçatanlıq? 20/04/2026
  • Pensiya kapitalından vaxtından əvvəl istifadə edilə bilər – Yalnız bu halda 20/04/2026
  • Bunu etsəniz, daha az vergi ödəyərsiniz – Biznesi olanlar diqqət! 20/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.