Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 29
  • Pul göndərmək çətinləşəcək – “Rusiyada yaşayan azərbaycanlılara…”

Pul göndərmək çətinləşəcək – “Rusiyada yaşayan azərbaycanlılara…”

admin 29/10/2025
rus-rubl

 

Xəbər verdiyimiz kimi, Rusiya Mərkəzi Bankı beynəlxalq ödənişlər üzərində nəzarəti genişləndirərək banklara xarici şirkət və şəxslərin valyuta əməliyyatları ilə yanaşı, qiymətli metallar, veksellər və rəqəmsal maliyyə aktivləri vasitəsilə həyata keçirilən ödənişləri də izləməyi məcburi etməyi planlaşdırır.

Mövcud qaydalar əsasən, Rusiya rezidentlərinin əməliyyatları ilə məhdudlaşırdı. Lakin bazar iştirakçılarının getdikcə daha çox alternativ ödəniş mexanizmlərinə yönəlməsi səbəbilə yeni tənzimləməyə ehtiyac duyulduğu bildirilir.

Məlumatlara görə, bu tənzimləmə çərçivəsində banklar xarici müştərilərin valyuta əməliyyatlarını qeydiyyata almaq üçün yeni təsnifat sistemi yaratmalı olacaqlar.

Xüsusilə veksellər, qiymətli metallar və rəqəmsal aktivlərlə bağlı əməliyyatlar şəffaf olmayan ödənişlərdə istifadə olunma potensialına görə ayrıca kodlaşdırılacaq.

Rəsmilər bu addımın bazar iştirakçıları üçün əlavə məhdudiyyət yaratmadığını, xarici tərəflərin əlavə sənəd təqdim etməsinə ehtiyac olmadığını və bütün məlumatların banklar tərəfindən avtomatik şəkildə qeydə alınacağını vurğulayıblar.

Mütəxəssislər hesab edirlər ki, bu tənzimləmənin əsas məqsədi ölkənin bank sistemindəki valyuta hərəkətləri barədə daha əhatəli məlumat əldə etmək və mövcud nəzarət sistemindəki boşluqları aradan qaldırmaqdır.

Bəs bu dəyişikliyin Azərbaycana hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, bu dəyişikliyin Azərbaycana müəyyən təirləri ola bilər:

“Rusiya nə qədər çox sanksiyalar tətbiq edirsə, bir o qədər də onun iqtisadiyyatında çətinliklər artır, məhdudiyyətlər çoxalır. Bu, sözsüz ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərir. Pul köçürmələrinə qoyulan məhdudiyyətlər də bu gün Rusiyada həm sahibkarlıq istiqamətində, həm də xarici iqtisadi ticarət əlaqələri sahəsində mənfi təsirlər yaradır.

Belə ki, Rusiya banklarının sistemdən ayrılması, bankların müəyyən qismini iflic vəziyyətinə çatdırıb. Bu isə Rusiya partnyorlarına da mənfi təsir göstərir. Hazırda Rusiya ilə Azərbaycan arasında ticarət əməkdaşlığı mövcuddur və Rusiyanın köklü sistemindəki problemlər həm Azərbaycan sahibkarlarının, həm də Rusiyada yaşayan azərbaycanlıların bu istiqamətdə fəaliyyətinə mənfi təsir göstərir”.

Ekspert qeyd edib ki, bu dəyişiklik Rusiyada yaşayan azərbaycanlılara elə də böyük çətinlik yaratmayacaq:

“Məhz Rusiyanın Azərbaycanda müəyyən bankları mövcuddur. Digər tərəfdən isə müxtəlif – “Zolotaya Korona” və digər pulköçürmə xidmətləri vasitəsilə maliyyə əməliyyatlarını həyata keçirmək mümkündür. Bu dəyişikliyin müəyyən təsirləri ola bilər.

Rusiya hansısa tərəfdaş ölkəsi ilə pulköçürmə sistemi yarada bilər. Hesab edirəm ki, bu dəyişikliklər həm Rusiya–Azərbaycan, həm də digər tərəfdaş ölkələr arasındakı dövriyyəyə mənfi təsir göstərəcək və eyni zamanda Rusiyanın ixrac imkanlarını da xeyli məhdudlaşdıracaq”.

Əkrəm Həsənov bildirib ki, bu addımın məqsədi ölkədən pulun çıxarılmasının qarşısını almaqdır:

“Ümumiyyətlə, 2022-ci ildən bəri bu çətinliklər daim mövcuddur. Amma Rusiya gün keçdikcə bu qaydaları daha da sərtləşdirir ki, ölkədən pulun çıxarılmasının qarşısını alsın. Bu dəyişiklik həm Azərbaycan vətəndaşları, həm də şirkətlər üçün Rusiya ilə əlaqələr baxımından problemlərin artmasına səbəb olacaq”./cebheinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib
Next: Neft 60 dollara düşəcək, qızıl bahalaşacaq – Xoşagəlməz proqnozlar

OXŞAR MÖVZULAR

5887430d-409a-470f-8165-e90f07d851d2

Belçika VƏ Niderland səfirləri XİN-ə çağrıldı – Kəskin etiraz bildirilib

admin 20/04/2026
2ff66ac8d814dd0531e3ceed8dd2f853_natoavrp

NATO zəifləsə, Avropanı nə gözləyir? – Ekspertdən xəbərdarlıq

admin 20/04/2026
9y6SwHP8Yn8fKkrhx7SvSHlOMdq1UPOVdJnKvkaL_1200

Fərid Şəfiyev: Azərbaycan Mərkəzi Asiyanı qlobal bazarlarla birləşdirən əsas qapı rolunu oynayır

admin 20/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.