Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Bağça müdiri Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinə ofis icarəyə verir – İllik 262 min manata

Bağça müdiri Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinə ofis icarəyə verir – İllik 262 min manata

admin 30/10/2025
sum-sevinc2
“Sosial Xidmətlər Agentliyi” Publik Hüquqi Şəxsi tərəfindən elan edilmiş İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınması üzrə keçirilən açıq tenderdə fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova (VÖEN: 2905863792) qalib elan edilmiş və qeyd edilən şirkət ilə 262.320,00 manat məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 28.10.2025-ci ildə dərc edilmişdir.
Qeyd edək ki,bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova arasında bağlanan ilk müqavilə deyil.
Sözügedən qurum Sosial Xidmətlər Agentliyinin Mərkəzi filialı üçün 900 m(2) ofis sahəsinin 12 aylıq icarəsi xidmətinin satın alınması üzrə 216.000 manat məbləğində satınalma müqaviləsini 10.01.2024-cü ildə bağlamışdır.
İxtisaslaşmış Sosial Xidmət Müəssisəsi üçün 13116 m² ofis sahəsinin 12 aylıq icarəsi xidmətinin satın alınması üzrə 262.320  manat məbləğində satınalma müqaviləsini 29.12.2024-cü ildə bağlamışdır.
Qeyd edək ki, satınalan təşkilat olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ünvanı Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes Mərkəzi bina 1, mərtəbə 2-də yerləşir. Amma Agentliyin ofis sahəsini hansı Sosial Xidmət Müəssisəsi üçün aldığı bəlli deyil.
Maraqlıdır Sosial Xidmətlər Agentliyinə illik 262 min manata ofis icarəyə verən Sevinc  İsgəndərova  kimdir və haqqında açıq mənbələrdə nə kimi məlumatlar var?
Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova (VÖEN – 2905863792) vergi ödəyicisi kimi Sumqayıt şəhərində yerləşən 2 saylı Vergilər İdarəsində qeydiyyata alınıb. Sumqayıt şəhəri, 5 mkr, ev.5/53, m.3 ünvanında daimi qeydiyyatdadır.
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Sevinc Şəfa qızı İsgəndərova həm də Sumqayıt şəhərində, 9-cü mikrorayonda yerləşən  51 saylı uşaq bağçasının müdiridir. Qeyd edək ki, Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabineti də Sumqayıt şəhəri 9-cu mkr, Zülfi Hacıyev 266-da yerləşir.
Göründüyü kimi Sevinc İsgəndərovanın daimi qeydiyyatda olduğu ünvan da, çalışdığı uşaq bağçası da, icarəyə verilən ofis sahəsi də Sumqayıt şəhərində yerləşdiyindən bütün məlumatlar üst-üstə düşür. Buradan da suallar yaranır. Sosial Xidmətlər Agentliyinə illik 262 min manata ofis icarəyə verən Sevinc İsgəndərova icarəyə verdiyi ofisi hansı vəsaitlərlə əldə edib. Burada Sevinc İsgəndərovanın hansısa bir yüksək çinli dövlət məmuru ilə qohumluq əlaqəsi olması istisna deyil. Əldə etdiyimiz məlumata görə Sevinc İsgəndərovanın qardaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dovlət Sosial Müdafiə Fondunda yüksək vəzifə sahibidir. Əks halda iki yüz min manatdan çox dəyəri olan ofis sahəsinə kimsə sahib ola bilməz, icarəyə verə bilməz.
Medianın hələ 2016-cı ildə yaydığ məlumata görə “Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən işdə yol verdikləri məsuliyyətsizliyə və buraxdıqları nöqsanlara görə 3 bağça müdirəsinə sonuncu xəbərdarlıq olunub:  5, 49 və 51 saylı bağçaların müdirlərinə şiddətli töhmət verib və sonuncu dəfə işlərində dönüş yaradılması ilə bağlı xəbərdarlıq edib. Bundan sonra bağçalara nəzarət daha da gücləndirilib və bu məsələ diqqətdə saxlanılıb. Gələcəkdə hər hansı bir bağça müdirəsinin işində nöqsan olarsa, dərhal ciddi cəzalandırılacaq”.
Qeyd edək ki,  Sosial Xidmətlər Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Prezident İlham Əliyevin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Qurum sosial xidmətə ehtiyacı olan şəxslərə (ailələrə) “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş forma və növlər üzrə sosial xidmət göstərilməsi, onların sosial müdafiəsi və rifahının yaxşılaşdırılması, habelə övladlığagötürmə ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentliyin İdarə Heyətinin sədri Vüqar Şəfa oğlu Behbudovdur. Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin kadrı və ən yaxınlarından biri hesab edilir.
Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Zəngəzur dəhlizinə qarşı yeni maneə: Rusiya bunu təklif edir – MÜSAHİBƏ
Next: Ramiz Mehdiyevin gizli “prinsi” hədəfdə: Həbs olunan icra başçısını vəzifəyə “qudası” Mikayıl İsmayılov təqdim edib

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.