Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Oktyabr
  • 30
  • Zəngəzur dəhlizinə qarşı yeni maneə: Rusiya bunu təklif edir – MÜSAHİBƏ

Zəngəzur dəhlizinə qarşı yeni maneə: Rusiya bunu təklif edir – MÜSAHİBƏ

admin 30/10/2025
z-zr-d

 

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov  suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

– Tofiq müəllim, Azərbaycan öz ərazisi üzərindən Ermənistana daşınan yüklərin keçidinə razılıq verib. Bu rəsmi Bakının sülh və regional kommunikasiya xətlərinin blokdan çıxarılması istiqamətində atdığı addım kimi də dəyərləndirilir…

– Bu əslində sülhün təşviqi istiqamətində atılan addımdır. Daha öncə Zəngəzur dəhlizi (Tramp marşrutu) açılmasa, digər yolların açılmağının mümkünsüzlüyü önə çəkilirdi. Amma indiki mərhələdə Ermənistan daxilində də Zəngəzur dəhlizi ətrafında ciddi müzakirələr gedir. Erməni cəmiyyətində bunu dəstəkləyənlər və əksinə çıxanlar da var. Eyni zamanda region dövlətlərindən olan İrandan başqa, Rusiyanın da buna qarşı çıxdığı müşahidə edilir. Əvvəl isə guya Zəngəzur dəhlizinin Rusiyaya lazım olması ilə bağlı iddialar səslənirdi. Hazırkı məqamda isə bəlli olub ki, Rusiya heç də bunu istəmir. Kreml sözdə bunu istəsə də, özünün prosesdə rolunun olmasına çalışır.

– Kremlin dəhlizlə bağlı yanaşması və iddiaları nə ilə bağlıdır?

– Rusiya iddia edir ki, Zəngəzur dəhlizinin keçəcəyi ərazidə rus əsgəri dayanıb. Yəni, Ermənistan-İran sərhəddi rus sərhədçiləri tərəfindən qorunur. Demək olar ki, həmin bölgə tam olaraq rusların nəzarəti altındadır. Əslində Ermənistan adından orada inzibati idarələrdən başqa heç nə yoxdur. Ona görə də bu heç də asan bir proses deyil.

– Ermənistan hakimiyyətindən başqa revanşistlərin və digər müxalif kəsimin dəhlizlə bağlı əsas istəyi nədən ibarətdir? Onlar bu yolun hansı şərtlər daxilində açılmasını iddia edir?

– Sözsüz ki, Ermənistan müxalifəti və İran Zəngəzurdan keçən dəhlizə qarşı çıxır. İndi isə onların qarşısında tək Azərbaycan faktoru dayanmayıb. Dəhlizin açılması ilə bağlı bu ilin avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında əldə edilən razılaşma ilə əsas təminatçı ölkə Amerikadır. Ona görə də dəhlizin açılmasını istəməyənlər qarşılarında eyni zamanda Trampı da görürlər.

– Bakının jestindən sonra rəsmi İrəvanın regional kommunikasiyalar çərçivəsində hətta Türkiyə ilə sərhədlərin açılması ilə bağlı mövqeyi bəyan edilib. Prosesin bir qədər də sürətlənməsi üçün daha nələrə ehtiyac var?

– Zəngəzur dəhlizi (Tramp marşrutu) Rusiya Prezidenti Vladimir Putinin Trampla danışığında da əsas müzakirə mövzularından biri olub. Bu isə aysberqin görünməyən tərəfinin və daha çox bunu nəzərə almayanların proqnozlarını alt-üst etmiş oldu. Ümumiyyətlə, Rusiya bu gün Orta dəhliz layihəsinə özü üçün rəqabət yaradacaq bir marşurut kimi baxır. Keçmiş sovet dövründə Zəngəzurdan keçən dəmir yolu xətti var idi. Avrasiya kommunikasiya xəttləri də buradan keçirdi. Eyni zamanda Suveyş kanalından da mühüm keçid mövcud olub. Amma hazırda bu istiqamətdə bəzi problemlər ortaya çıxır.

– Bu halda Rusiyanın əsas təklifi nədir? Onlar üçün məqbul xətti hansıdır?

– Rəsmi Moskva Arktikadan keçən kommunikasiya xəttlərini Çin üçün təklif edir. Bu halda Orta dəhliz onlara lazım olmur. Amma bütün hallarda Orta dəhliz mövcuddur. Sözsüz ki, Orta dəhlizin genişlənməsi məhz Zəngəzur dəhlizi layihəsi ilə bağlıdır.

– Orta dəhliz və Zəngəzur dəhlizi layihəsinin qısa zamanda reallaşması üçün rəsmi Bakının atdığı addımlar nədən ibarətdir?

– Azərbaycanın məhz öz ərazisindən Ermənistana tranzit xəttini açması bunun nümunəsidir. Eyni zamanda Qazaxıstan, Özbəkistanla yanaşı, türk dövlətlərinin demək olar ki, hamısı Orta dəhlizin açılmasında maraqlıdır. Regional kommunikasiyaların Azərbaycan tərəfindən daha tez açılması üçün atılan addımlar sülh və Orta dəhliz layihəsinin təşviqi baxımından əhəmiyyətlidir. Çünki bu Çinlə yanaşı türk dövlətləri üçün mühüm önəm kəsb edən kommunikasiya xəttidir./teleqraf.az

PAYLAŞIN:

Continue Reading

Previous: Kərə yağı MÜƏMMASI – Niyə xarici ölkələrə 10, daxili bazarda 20 manata SATILIR?
Next: Bağça müdiri Sevinc İsgəndərova Sosial Xidmətlər Agentliyinə ofis icarəyə verir – İllik 262 min manata

OXŞAR MÖVZULAR

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir

admin 21/04/2026
əli mesim

“Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli

admin 21/04/2026
elcin_emirbeyov

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.