Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 7
  • Azərbaycan Aİ ilə danışıqları bərpa edir – XİN rəsmisindən açıqlama

Azərbaycan Aİ ilə danışıqları bərpa edir – XİN rəsmisindən açıqlama

admin 07/11/2025
2025-11-07-15-06-17HNP0OxnHYeBZBYN2KS2Z_file

 

“Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Aİ Azərbaycanın ən böyük ticarət və ixrac tərəfdaşıdır. Azərbaycan Respublikası və Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını 1996-cı ildə imzalanmış və 1999-cu ildə qüvvəyə minmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi təşkil edir. Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş layihəsi üzrə danışıqlar isə 2017-ci ildən başlayıb”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə APA-ya müsahibəsində deyib.
“Son bir neçə ildə Avropa İttifaqının keçmiş vitse-prezidenti Cozep Borellin və digər rəsmilərin ölkəmizə qarşı açıqlamalarının, eləcə də Avropa Parlamenti və digər təsisatların qərəzli yanaşmalarının münasibətlərə mənfi təsir etdiyi məlumdur. Buna baxmayaraq, son seçkilərdən sonra Avropa İttifaqı rəhbərliyinin ölkəmizə qarşı yanaşmasında ciddi müsbət irəliləyişlər mövcuddur. Yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər münasibətlərin nizama salınmasına xidmət edir.
Cari ilin 25 aprel tarixində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Kaya Kallas Bakıya səfər edib və yüksək səviyyəli görüşlər keçirib”, – XİN sözçüsü bildirib.
Ayxan Hacızadə xatırladıb ki, 16 may tarixində Tiranada təşkil edilmiş Avropa Siyasi Birliyinin 6-cı Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib: “Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Aİ Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Layen ilə görüşü baş tutub. Eyni tərkibli növbəti görüş isə 2 oktyabr tarixində Kopenhagen şəhərində Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı zamanı keçirilib.
Azərbaycan Avropa Siyasi Birliyinin tədbirlərində yaxından iştirak edir. Bununla yanaşı, razılaşmaya əsasən, Avropa Siyasi Birliyinin 12-ci Zirvə Toplantısı 2028-ci ildə Azərbaycanda təşkil ediləcək”.
Ayxan Hacızadənin sözlərinə görə, Azərbaycan Aİ münasibətlərini tənzimləyən bir sıra sahəvi razılaşmalar da mövcuddur: “Bunlardan biri ilkin olaraq, 2018-2020-ci illəri əhatə etmiş və daha sonra 2024-cü ilin sonunadək uzadılmış Tərəfdaşlıq Prioritetləri sənədidir. Bu Azərbaycanla Aİ arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın əsas istiqamətlərini əhatə edir.
Hazırda yeni Tərəfdaşlıq Prioritetləri üzrə danışıqlara başlanılması, yeni hərtərəfli Saziş layihəsi üzrə danışıqların bərpa edilməsi barədə ümumi razılıq mövcuddur.
22 may tarixində Brüsseldə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqunun növbəti – 6-cı iclası keçirilib. Azərbaycanla Avropa İttifaqı arasında Enerji Dialoqunun 3-cü görüşü 13 iyun 2025-ci il tarixində Brüsseldə təşkil edilib. Bununla yanaşı, cari ilin 9 oktyabr tarixində Brüsseldə 2-ci yüksək səviyyəli nəqliyyat dialoqu keçirilib.
Azərbaycan Avropa İttifaqı münasibətlərinin perspektiv istiqamətlərindən birini Avropa İttifaqı ölkələri ilə strateji formatda ikitərəfli münasibətlərin inkişaf etdirilməsi təşkil edir. Hazırda Azərbaycan Avropa İttifaqının 10 ölkəsi ilə strateji tərəfdaşdır”.
PAYLAŞIN:

Continue Reading

Previous: Putin Lavrovu qovmağa hazırlaşır? – XİN rəhbəri “günah keçisinə” çevrilə bilər
Next: Sumqayıtda Zəfər Gününün 5 illiyi münasibətilə ağacəkmə kampaniyası keçirilib

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.