Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 7
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!

QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!

admin 07/11/2025
qht-əliqulu

 

QHT-lərə Dövlət Dəstəyi Agentliyində əsas kriteriya işə götürüləcək şəxsin maliyyə imkanları və sürdüyü maşındır

 QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə bağlı araşdırmalarımız davam edir…Dövlətin bu qurumunda narahatlıq doğuran təkcə maliyyə əməliyyatları deyil. Həm də kadr seçimi və seçilmiş kadrların “özfəaliyyət”ləridir. Belələri dövlət vəzifəsinin verdiyi gücü öz gücləri bilməklə, dövlətin pulunu da dədə-babalarından qalmış xəzinə hesab edirlər…

Ötən günlərdə Əli Quluzadənin QHT-lərə Dövlət Dəstəyi Agentliyində yüksək vəzifəyə təyin edildiyi bildirildi. Qeyd olunub ki, o,  QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Maliyyə Şöbəsində müvəqqəti rəhbər vəzifəsini icra edəcək. Xatırladaq ki, Ə.Quluzadə bu vəzifəsinə qədər həmin Agentlikdə maliyyə meneceri, daha əvvəl isə Fövqəladə Hallar Nazirliyində maliyyə şöbəsinin müdir müavini, həmçinin Bakı Şəhər İcra Hakimiyyətində mühasib kimi fəaliyyət göstərib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyindəki korrupsiya faktlarını araşdırdığımız üçün, bu xəbər də marağımıza səbəb oldu. Bu məqsədlə Əli Quluzadənin kimliyi və heç bir vakansiya elan edilmədən belə “yüksək” vəzifəyə təyinatın necə həyata keçirildiyini araşdırmaq qərarına gəldik.

Araşdırmamızla məlum oldu ki, Quluzadə Əli Rüfət oğlu 24 aprel 1995-ci ildə Naxçıvan MR-da anadan olub, 2012-2017-ci illərdə Qərb Universitetində təhsil alıb(?)

Əli Quluzadə 2019-cu ilin may ayının 23-dən FHN-nin Tibb Mərkəzinin maliyyə-uçot şöbəsinin rəisinin köməkçisi vəzifəsinə təyin olunub. 2022-ci ilin iyun-iyul aylarında Tibb Mərkəzində maliyyə yoxlamaları aparılmış və o ciddi maliyyə pozuntularına görə işdən uzaqlaşdırılmışdır. Əli Quluzadə bu qərarla bağlı məhkəmə orqanlarına şikayət etmiş, heç bir maliyyə əməliyyatında rolunun olmadığıni, bütün əməliyyatların maliyyə-uçot şöbəsinin rəisi İmanov İlham Abbasqulu oğlu tərəfindən aparıldığını bildirmişdir.

Əli Quluzadə işdən uzaqlaşdırıldıqdan sonra onun atası, FHN-nin Regional Mərkəzlərlə İşin Təşkili Layihələrin İdarə Edilməsi və Təhsil Məsələləri üzrə Baş İdarəsinin baş məsləhətçisi Rüfət Quliyev də vəzfədən alınmışdır.

Yerli mediada yer alan məlumata görə, Əli Quluzadə işə yeni başladıqdan bir müddət sonra 90 minlik BMW ilə görünürmüş…

Daha bir maraqlı məqam isə, onun avtomobilindən 100 minlik saatının oğurlanması xəbəridir. Belə ki, 2021-ci il iyun ayının 3-də Binəqədi rayonunda Əli Quluzadənin avtomobilinin yan şüşəsini sındırılaraq saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb. Hadisəni törədən Cəlilabad sakini İsmayıl Məlikov saxlanılıb və oğurlanmış saatlar sahibinə qaytarılıb.

Əli Quluzadənin birdən-birə belə imkanlara malik olması, avtomobilində pul və bahalı saatlar saxlaması  marağı onun barəsində FHN-dəki mənbələrdən də müəyyən məlumatlar almağı zəruri etdi… İddia edildi ki, Əli Quluzadə maliyyə müdirinin köməkçisi işlədiyi vaxtda satınalma şirkətləri ilə qanunsuz sövdələşmələr aparıb, lazım olan materialların qiymətlərini şişirdərək daha ucuzlarını alıb və bu kimi saxtakarlıqlar edərək xeyli pul qazanıb. Sonradan məsələnin üstü açılıb və onu işdən qovublar.

Amma burada bir məsələni də qeyd etmək yerinə düşər: Əli Quluzadənin yüksək vəzifəyə təyinatı barədədə mediaya verilən məlumatlar da yanlışdır. Belə ki, o agentlikdə maliyyə meneceri deyil, satınalma meneceri, FHN-də maliyyə şöbəsinin müdir müavini deyil, FHN Tibb Mərkəzində maliyyə müdirinin köməkçisi, Bakı Şəhər İcra Hakimiyyətində mühasib deyil, onun hansısa idarəsində mühasib köməkçisi işləyib.

Görünür QHT-lərə Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə satınalmalarda “təcrübəli” mütəxəssisə ehtiyac olduğu üçün Əli Quluzadəni işə cəlb edib, onun keçmiş təcrübəsindən yararlanıblar. Sonradan isə onun “xidmətləri”ni qiymətləndirərək vəzifəsini yüksəldiblər.

Xatırlayısınızsa, biz bu Agentlikdə işdən çıxarılan Natiq Lahicovun da əvvəlcə “Təhsil” Respublika İdman Mərkəzinin direktoru vəzifəsində korrupsiya faktına görə uzaqlaşdırıldığını, sonradan QHT-lərə Dövlət Dəstəyi Agentliyində işə götürüldüyü barədə məlumat vermişdik.

Sanki, Əli Quluzadə də eyni senari davam edir. Görünür, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva pulu olan kadrlara xüsusi diqqət və qayğı göstərir.

QHT-lərə Dövlət Dəstəyi Agentliyi yeganə qurumdur ki, işçilərin cəlb edilməsi üçün vakansiya elan edilmir. Əsas kriteriya işə götürüləcək şəxsin maliyyə imkanları və sürdüyü maşındır./ yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Varlılar üçün “vergi cənnəti” – Vergi Məcəlləsinə edilən dəyişikliklər varlı təbəqəyə niyə toxunmur?
Next: “Binə”də nə baş verir? – İkiqat kommunal ödəniş etiraz yaratdı

OXŞAR MÖVZULAR

qht-6-

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT

admin 25/05/2026
söhrab-deniz-l

Söhrab İsmayılovun Dubay macəraları: Bakı Limanını talayanları tanıyaq

admin 25/05/2026
nigar-rüfət

Davamlı qanunsuz fəaliyyət göstərən Nigar Rüfəti himayə edən kimdir?

admin 21/05/2026

XƏBƏR LENTİ

  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026
  • İtaliya Prezidenti: Bakı və Roma arasındakı son əlaqələr strateji tərəfdaşlığa konkret dəyər qazandırır 26/05/2026
  • Dövlət Proqramının icrası kənd təsərrüfatı məhsullarının qiymətinin optimallaşdırılmasına gətirib çıxara bilər 26/05/2026
  • Borcla qurbanlıq almaq düzgündür? – İmkan yoxdursa… 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.