Skip to content
17/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 13
  • Göyçayda işsiz qalan bir qrup müharibə veteranı və qazi Prezident İlham Əliyevə müraciət ünvanladı

Göyçayda işsiz qalan bir qrup müharibə veteranı və qazi Prezident İlham Əliyevə müraciət ünvanladı

admin 13/11/2025
göyçay-qazi

 

Göyçay rayon sakini olan müharibə veteranları və qazilər tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə mətbuat vasitəsi ilə müraciət ünvanlanıb.

Bir surəti də Aktulinfo.net-ə ünvanlanmış şikayət məktubunda deyilir:

Biz, Göyçay rayonunda yaşayan Vətən müharibəsi iştirakçıları, qazilər və müharibə veteranları, bu məktubu mətbuat vasitəsilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə ünvanlayırıq.
Cənab Prezident!
Biz Sizin rəhbərliyinizlə Vətən müharibəsində tarixi Qələbə qazanan xalqın nümayəndələriyik. Biz döyüş meydanlarında Sizin “Qarabağ Azərbaycandır!” çağırışınızı həyatımızın məqsədinə çevirdik. Səngərlərdə, minalı sahələrdə, atəş altında dövlətimizin ərazi bütövlüyü uğrunda canımızı və sağlamlığımızı riskə atdıq.Bu gün biz fəxr edirik ki, Sizin rəhbərliyinizlə torpaqlarımız azad olunub, üçrəngli bayrağımız bütün Qarabağda, Şuşada, Laçında, Zəngilanda, Füzulidə dalğalanır.
Lakin təəssüflə bildiririk ki, müharibədən qayıtdıqdan sonra bizim bir çoxumuz əmək və sosial sahədə ciddi çətinliklərlə üzləşmişik.
Biz  bu müraciətə imza atan qazilər, uzun müddət “DOST” İş Mərkəzi MMC-nin əmək müqaviləsi ilə “Azərqaz” İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Göyçay Xidmət Sahəsində çalışmışıq.
İşlədiyimiz müddətdə nizam-intizamlı, vicdanlı əməkdaş olmuşuq, dövlətin etimadını doğrultmuşuq.
Lakin 05 noyabr 2025-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqavilələrimizə xitam verilib.
Hazırda işsiz qalmışıq, ailələrimizi dolandırmaqda çətinlik çəkirik. Müharibə veteranı kimi aldığımız aylıq 80 manatlıq müavinət ailə xərclərimizi qarşılamağa heç bir halda kifayət etmir. Himayəmizdə azyaşlı uşaqlar, xəstə valideynlər var, bir çoxumuz kirayədə yaşayırıq.
Azərbaycan Respublikasının “Müharibə veteranlarına verilən imtiyazlar haqqında” Qanunun 3.0.6-cı bəndinə və Əmək Məcəlləsinin 17 və 74-cü maddələrinə əsasən, qazilər və müharibə veteranları sosial müdafiəyə ehtiyacı olan şəxslər kimi dövlət müəssisələrində işlə təminat zamanı növbədənkənar üstünlük hüququna malikdirlər.
Biz bu qanunlara əsaslanaraq, Sizdən Ali Baş Komandanımızdan, dövlətimizin rəhbərindən, qazilərin dayağı olan Prezidentdən xahiş edirik ki, aidiyyəti dövlət qurumlarına göstəriş verilsin və işsiz qalan qazilərimizin dövlət müəssisələrində ştatlı işlə təmin olunması təmin edilsin.
Biz döyüş meydanında Vətənə sədaqətimizi sübut etmişik, indi də dövlət işində, cəmiyyətə xidmət sahəsində eyni sədaqətlə xidmət etməyə hazırıq. Biz sadəcə ədalət, diqqət və dövlətin qayğısını hiss etmək istəyirik.
Hörmətli cənab Prezident,
Sizin şəxsinizdə dövlətimizin qazilərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan xəbərdarıq. Biz inanırıq ki, bu müraciətimiz də diqqətsiz qalmayacaq, Göyçay rayonunda işsiz qalan qazilər və müharibə veteranlarının problemi tezliklə öz həllini tapacaq.
İmza: Müharibə veteranları və qazilər
1. Qarayev Məlik Elşad oğlu, müharibə veteranı
Göyçay rayonu, Kürdəmiş kəndi
2.  Əhmədov Vüsal Telman oğlu, müharibə veteranı
Göyçay rayonu, Çayarxı kəndi
3.  Qəhrəmanov Yaqub Sakit oğlu, müharibə veteranı
Göyçay rayonu, Potu-Kürd kəndi
4.  Abdullayev Süleyman Vaqif oğlu, müharibə veteranı
Göyçay rayonu, Qaraməryəm kəndi
5. Əsədullayev Peyman Habil oğlu, müharibə veteranı
Göyçay rayonu, Qaraməryəm kəndi
6. Hümbətov Emin Əli oğlu, müharibə veteranı
Göyçay rayonu, Çayarxı kəndi
7. Məmmədov İlkin İlqar oğlu, Qazi
Göyçay şəhəri, M.Ə.Rəsulzadə küç., ev 32
8. Mirzəyev Toğrul İlqar oğlu, müharibə veteranı
Göyçay şəhəri, H.Əliyev prospekti, ev 94
9. Hüseynov Hüseyn Rauf oğlu, müharibə veteranı
Göyçay rayonu, Qaraməryəm kəndi
10. Süleymanov Fərid Habil oğlu, müharibə veteranı
Göyçay rayonu, Potu kəndi
11. Abdullayev Namiq Elxan oğlu, müharibə veteranı
Göyçay rayonu Şıxəmir kəndi
12. Məmmədov Asif Hikmət oğlu, Qazi
Göyçay rayonu, Şahsoltanlı kəndi
13. Salmanov Fərid Habil oğlu  Qazi
Göyçay rayonu, Potu kəndi
dea36cf9-9e85-47da-8cb0-b5aca6f97a7e.jpg
90409311-6a4e-4d21-a064-2aadde41158a.jpg
0465352c-f6e4-43f0-8bf1-a2b7613cee94.jpg043bac00-dce3-46f4-a14c-4f95667d5905.jpg
023e3966-560f-4bc7-a342-4cc78d932e61.jpge21dd281-4558-4b80-bae7-7dfbe2b3353d.jpg
Aktualinfo.net
PAYLAŞIN:

Continue Reading

Previous: Prezident bu gün kimi hara icra başçısı təyin etdi – SİYAHI
Next: Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür” 16/04/2026
  • Uşaqla ünsiyyət hüququnun pozulmasına görə kompensasiya: Bu, nəyi dəyişəcək? 16/04/2026
  • Uşaqları “proqramlaşdırılmış qatilə” çevirən təhlükə: “Təkcə oyun deyil, ailə də günahkardır” 16/04/2026
  • Azərbaycanda vəziyyət tamam dəyişib: havalar belə olacaq – Ekoloq 16/04/2026
  • Aleksey Overçuk: “Ağbənd körpüsü “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin əsas elementi olacaq” 16/04/2026
  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.