Skip to content
01/06/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 18
  • TÜRKPA və ATƏT PA baş katibləri regional sülh məsələlərini müzakirə ediblər

TÜRKPA və ATƏT PA baş katibləri regional sülh məsələlərini müzakirə ediblər

admin 18/11/2025
ZQ88B5ZVtybrngWSL8pmjCtidmQTbOFegwVm2F0t_825

 

İstanbulda keçirilən ATƏT PA-nın 23-cü payız sessiyası çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi, səfir Ramil Həsən ATƏT Parlament Assambleyasının (ATƏT PA) Baş katibi Roberto Montella ilə görüşüb.

R.Həsən iki qurum arasında uzunmüddətli əməkdaşlığı xatırladaraq, Montellanın TÜRKPA-nın formalaşması dövründə, o cümlədən ATƏT PA Baş katibinin müavini vəzifəsində çalışdığı illərdən başlayaraq göstərdiyi mühüm dəstəyi vurğulayıb.

O qeyd edib ki, 15 ildən artıq müddətdə əsası qoyulmuş tərəfdaşlıq bu gün ikitərəfli əməkdaşlığın daha da inkişafı üçün möhkəm zəmin olaraq qalmaqdadır.

Tərəflər həmçinin regional sülh və dialoq məsələləri üzrə fikir mübadiləsi aparıblar. TÜRKPA Baş katibi ATƏT PA-nın regionda sabitliyin dəstəklənməsində konstruktiv rolunu yüksək qiymətləndirib, Qarabağ münaqişəsinin başa çatmasından və Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqlarından sonra yaranmış müsbət dinamikanı vurğulayıb. Baş katib Vaşinqtonda qəbul edilmiş tarixi qərarın və Azərbaycan ilə Ermənistan arasında sülhün irəliləməsinin TÜRKPA və ATƏT PA arasında əməkdaşlıq üçün yeni bir mühit yaradacağına əminliyini də ifadə edib.

Baş katib TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusunun əldə edilməsi üçün üzv dövlətlərin bütün zəruri prosedur addımlarını atacağını və TÜRKPA Beynəlxalq Katibliyinin öz səlahiyyətləri çərçivəsində tam dəstək göstərməyə hazır olduğunu bildirib. Bundan əlavə, Baş katib “TÜRKPA +” çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, bu məsələyə dair mühüm qərarlar Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilmiş son Zirvə toplantısında qəbul edilib.

Səfir Ramil Həsən Montella və onun həmkarlarını onlar üçün uyğun zamanda Azərbaycanın paytaxtı Bakıya və TÜRKPA Beynəlxalq Katibliyinin mənzil-qərargahına dəvət edib. Roberto Montella qısamüddətli təcrübə mübadiləsi ilə bağlı təklifi yüksək qiymətləndirərək qəbul edib.

Görüşdə ATƏT PA Beynəlxalq Katibliyindən Baş katibin müavini Gustavo Pallares, aparat rəhbəri Andreas Baker, baş məsləhətçi İrina Sabaşuk, TÜRKPA Beynəlxalq Katibliyindən isə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya katibi Aynurə Abutalıbova iştirak ediblər.

PAYLAŞIN:

Continue Reading

Previous: Gürcüstanın “Tramp marşrutu” üzrə mövqeyi müzakirə olunub
Next: Samir Nuriyev: Xankəndi, Xocalı, Ağdərə və Xocavənd şəhərlərinin Baş planları işlənilmə mərhələsindədir

OXŞAR MÖVZULAR

ai-azerb

Bakıda 7-ci Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu keçirilib

admin 21/05/2026
vuf-mundio

Dünya mediası WUF13-dən yazır – Fotolar

admin 21/05/2026
vuf-dmedia

WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır

admin 19/05/2026

XƏBƏR LENTİ

  • Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir – Bakı və İrəvan anlaşıb? 01/06/2026
  • Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi 01/06/2026
  • Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu – “SİMA İmza” 01/06/2026
  • Türkiyə rəqəmsal ixracı genişləndirir: Azərbaycan əsas bazarlar sırasındadır 01/06/2026
  • Pezeşkian istefa məktubu yazıb? – Prezident Administrasiyası açıqladı 01/06/2026
  • Ölüm faktının rəsmiləşdirilməsində problem: Məhkəmə qərarlarının sayı niyə artır? 01/06/2026
  • DİM saxta hesablar vasitəsilə vətəndaşların aldadılması barədə xəbərdarlıq edib 01/06/2026
  • Azərbaycanda kart ödənişləri üzrə komissiya limitləri qüvvəyə mindi 01/06/2026
  • Bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yenilik 01/06/2026
  • İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 01/06/2026
  • Tramp: İranla saziş, əsasən, Tehranın nüvə proqramına həsr olunub 01/06/2026
  • Putin üçün geri sayım başlayıb – Kreml üçün təhlükə artıq Ukrayna deyil … 01/06/2026
  • Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür 01/06/2026
  • Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur 28/05/2026
  • Azərbaycanda Qurban bayramı qeyd olunur 27/05/2026
  • Ermənilər onu gələcək lider kimi görür – Rəqiblərini böyük üstünlüklə qabaqlayır 26/05/2026
  • Parlamentdə qadınların pensiya məbləğlərinin artırılması təklif olundu 26/05/2026
  • Tramp VƏ Sinin hesablaşmadığı “Çar”… – Putin Rusiyaya SSRİ-nin taleyini yaşadacaq? 26/05/2026
  • Azərbaycanda buraxılış imtahanlarında mühüm dəyişiklik 26/05/2026
  • Böyük Kəsik stansiyasında əcnəbilərə miqrasiya xidmətləri göstərilməsinə başlanılıb 26/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.