Skip to content
16/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Noyabr
  • 24
  • 150 çarpayılıq Cəbrayıl Xəstəxanasının tikintisinə ayrılan vəsait nə qədər şişirdilib

150 çarpayılıq Cəbrayıl Xəstəxanasının tikintisinə ayrılan vəsait nə qədər şişirdilib

admin 24/11/2025
səhiyyə-n

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti  Cəbrayıl Şəhər Mərkəzi Xəstəxanasının tikintisinin davamı (3-cü mərhələ) üzrə “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyəti ilə 45.152.350,11 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Müsabiqə satınalmaların portalında keçirilmədən, birmənbədən satınalma metodu yolu ilə birbaşa müqavilə bağlanılıb. Məlumat satınalmaların portalında 21.11.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti  150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin birinci mərhələsində “EL-SEYM İNŞAAT” QSC ilə 17.328.200,43 manat məbləğində satınalma müqaviləsini 26.12.2023-cü ildə bağlayıb.

150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinin ikinci mərhələsində isə  “EL-SEYM İNŞAAT” QSC ilə 02.09.2025-ci ildə 9.889.264,15 manat məbləğində satınalma müqaviləsi bağlanılıb.

Bu məlumatlardan da göründüyü kimi Səhiyyə Nazirliyi 150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işləri üzrə “EL-SEYM İNŞAAT” QSC ilə  ümumi dəyəri 72 369 814 manat olan üç satınalma müqaviləsi bağlayıb.

Müqayisə üçün qeyd etmək istərdik ki, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Şuşa rayonunda 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi ( 1-ci mərhələ) üzrə 40.808.274,66 manat məbləğində müqavilə 28.12.2022-ci ildə, sözügedən Xəstəxanasının tikintisi (II mərhələ) üzrə 21.424.487,74  manat məbləğində müqavilə 28.12.2022-ci ildə “Fərid İnşaat” Firması ilə bağlayıb. Göründüyü kimi Səhiyyə Nazirliyi Şuşa şəhərində 90 çarpayılıq Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ümumi olaraq 62 232 761 manat dövlət vəsaiti ayırıb.

Qeyd edək ki, bağlanılan müqavilələrdə qiymətlərin şişirdildiyi açıq-aşkar görsənməkdədir. Bunu iqtisadçılar, tikinti mütəxəsisləri də təsdiq edə bilər. Səhiyyə Nazirliyindən son iki ilə yaxın müddətdə 72 milyon manatlıq sifariş almış “EL-SEYM İNŞAAT” QSC-yə gəlincə.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-SEYM İNŞAAT” (VÖEN: 1000202761) Qapalı Səhmdar Cəmiyyətinin 14.11.2004-cü il tarixdə  Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 152 000  manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, VLADİSLAV PLOTNİKOV, ev.14, m.1, qanuni təmsilçisi kimi isə Ələkbərov Yaşar Kəmənd oğlu qeyd olunub.MMC kimi yaradılmış şirkət 2020-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Həsənov Nizami Yadulla oğlu olub.

Bu rəsmi məlumatlardan başqa açıq mənbələrdə “EL-SEYM İNŞAAT” QSC barədə heç bir məlumat yoxdu. Amma satınalmaların portalında olan məlumatlardan da göründüyü kimi, “EL-SEYM İNŞAAT” QSC  hər il yüksək məbləğdə tenderlər udub.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 2010-cu il 27 may tarixli, 97 nömrəli qərarı var.
Həmin qərarın 5-ci ( İllik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının dərc edilməsi) bəndində göstərilir ki,
5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur:
5.1.1. qurumun internet səhifəsi olduqda, həmin məlumatlardan sərbəst istifadə edilməsini təmin etmək şərtilə, illik maliyyə hesabatının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə həmin internet səhifəsində və ya mətbu orqanda dərc olunması;
İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “EL-SEYM İNŞAAT” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik.
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Qanunla təchizatçı olaraq  “EL-SEYM İNŞAAT” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir.

Qeyd edək ki, Səhiyyə Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyevdir. Onun bu vəzifəyə 2021-ci ilin noyabrında təyin olunması barədə məlumatlar var. Elektron mediada həmçinin onun bu vəzifəyə təyin olunmasından sonra Səhiyyə Nazirliyində narazılıqların artığı, dövlət büdcəsinin talanması, xəstəxanaların təmiri və tikintisi üçün ayrılan pulların göyə sovrulması barədə kifayər qədər geniş materiallar var.

150 çarpayılıq Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının tikintisi işlərinə ayrılan dövlət vəsaitinin nə qədər şişirdilməsinə gəlincə. Bunu Səhiyyə naziri Teymur Musayev və Nazirliyin Tikilməkdə olan Müəssisələrin Müdriyyətinin direktoru Elşad Hacıyev daha yaxşı bilər.

 

 

Aktualinfo.net

 

PAYLAŞIN:

Continue Reading

Previous: Prezident İlham Əliyev İƏT D-8 media forumunun iştirakçılarına müraciət ünvanlayıb
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –SENSASİYALI FAKTLAR

OXŞAR MÖVZULAR

omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026
nuride memm

Lənkəran Mərkəzi Xəstəxanasının bağladığı şübhəli müqavilələr nələrdən xəbər verir – Ancaq Nuridə Məmmədova bilər…

admin 14/04/2026

XƏBƏR LENTİ

  • Azərbaycanda gizli milyonluq imperiya: onlar kimlərdir? – SİYAHI 16/04/2026
  • Türkiyədə qətliam törədən şagirdlə bu oyunu oynayıblar – Azərbaycanda da çox məşhurdur 16/04/2026
  • Kağız üzərində təhsil və paralel iş qalmaqalı 16/04/2026
  • Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar 16/04/2026
  • Bakıda plana düşən evlər: 1500-dən 3500 manata qədər kompensasiya 16/04/2026
  • Azərbaycanda bəzi şəxslərin gəlirlərinə görə vergi qaydası dəyişdi 16/04/2026
  • Fermerlərin xərcinin azalması ətin də ucuzlaşmasına səbəb olacaq 16/04/2026
  • Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər 16/04/2026
  • Asif Məcidov peyk görüntülərini danmağın yolunu axtarır 16/04/2026
  • Biznesmen deputatın puç olan xəyalları və… 16/04/2026
  • Boyundan böyük işə girişən TRAMP: “Uşaq oyuncağı”ndan çıxılmaz vəziyyətə doğru 16/04/2026
  • Erməni müxalifətinin “sülh şərtinə yenidən baxmaq” istəyi… 16/04/2026
  • İsrail kəşfiyyatından İran etirafı: Hər şey pisə doğru dəyişdi! 16/04/2026
  • Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda 16/04/2026
  • Türkiyədə tütünə qarşı sərt qadağalar müzakirəsi- Sıra Azərbaycanda? 15/04/2026
  • ABŞ-İran danışıqlarında KRİTİK NÖQTƏ: İkinci raundun əsas HƏDƏFİ 15/04/2026
  • Azərbaycanda bərpa olunan enerji kəskin artıb 15/04/2026
  • Azərbaycanda bahalaşma niyə dayanmır? – Son 6 aydakı fərq – VİDEO 15/04/2026
  • Paşinyandan mesaj: “29 min kv.km-dən kənara çıxsaq…” 15/04/2026
  • Azərbaycanda vahid nəqliyyat sistemi mümkün olacaq? – Çexiya təcrübəsi öyrənilir 15/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.