Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • Çarçarovlara satınalmalarda bu geniş şəraiti kimlər və niyə yaradır

Çarçarovlara satınalmalarda bu geniş şəraiti kimlər və niyə yaradır

admin 01/12/2025
tender-esas

 

Son vaxtlar mediada və sosial şəbəkələrdə ictimaiyyət tərəfindən ən çox müzakirə olunan mövzulardan biri də dövlət satınalmalarıdır. Dövlət müəssisələrinin satınalmalar zamanı yol verdiyi qanunsuzluqlarla bağlı demək olar hər gün yeni məlumatlar yayılmaqdıdır. Satınalmalar zamanı şəffaf rəqabətin olmaması, bir çox hallarda məmurların yaxın adamlarının adına yaratdıqları şirkətlərin qalib seçilməsi faktları da kifayət qədərdir. Satınalmalarda bir nəfərin adına yaradılan bir neçə şirkətin daim qalib seçilməsi də uzun zamandır müzakirə olunan mövzudur. Adına müxtəlif ünvanlarda bir neçə MMC yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olanların yol verdiyi qanunsuzluqlar barədə hüquq mühafizə orqanlarının yaydığı məlumatlarda da öz əksini tapıb.

Uzun zamandır dövlət satınalmalarında iştirak edən respublikanın demək olar bütün rayonlarında dövlət müəssisə və təşkilatlarını  mal-material təchiz  edən bir neçə MMC var ki, başında Elnur və Aynur  Çarçarovlar durur.  Bu şəxslərin adına eyni tarixlərdə, fərqli ünvanlarda çoxsaylı şirkətlər təsis olunub. Çarçarovların qanuni təmsilçi olduğu şirkətlərdən bəziləri bunlardır:
“Asrol LL 2024” MMC (VÖEN: 1806650761) – Çarçarov Elnur Rafiq oğlu;
“Safmeren LN 2024” MMC (VÖEN: 1506750211) – Çarçarov Elnur Rafiq oğlu; 14 957.41 manat vergi borcu var.
“Zanbar RR” MMC (VÖEN: 1605439601) – Çarçarov Elnur Rafiq oğlu;
“Samares LM” MMC (VÖEN: 1506721271) – Çarçarov Elnur Rafiq oğlu;
“Avsom 2024” MMC (VÖEN: 1506753401) – Çarçarova Aynur Rafiq qızı;
“Ayazen 2024” MMC (VÖEN: 1506750191) – Çarçarova Aynur Rafiq qızı; 18 292.79 manat vergi borcu var. “Azeforn RN” MMC (VÖEN: 1506750061) – Çarçarova Aynur Rafiq qızı; 16 563.7 manat vergi borcu var.
“Simoder LM” MMC (VÖEN: 1506749951) – Çarçarova Aynur Rafiq qızı;
“Kanera AS” MMC (VÖEN: 1506721421) – Çarçarova Aynur Rafiq qızı.

Qeyd edək ki, bu MMC-lərin bəziləri artıq satınalmalarda iştirak etmir. Sanki missiyalarını başa vurublar. Göründüyü kimi xeyli miqdarda vergi borcu yaratdıqdan sonra.

Ötən ilin dekabrından bu qardaş-bacıya bir Çarçarova da qoşulub. Çarçarova Aysel Əziz qızı. Eyni gündə, fərqli ünvanlarda adına yaradılan MMC-lərlə dövlət satınalmalarında at oynadır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAM BAKU 2024”  (VÖEN: 1806885301) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, SARABSKİ , ev.18, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.

Bu MMC 14.05.2025-ci ildən 05.06.2025-ci ilə qədər ümumi dəyəri 93 915  manat olan 5 kotirovka sorğusunun qalibi olub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FORRER STN”  (VÖEN: 1407049561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev.33, m.19, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.

Bu MMC 19.08.2025-ci ildən 27.10.2025-ci ilə qədər ümumi dəyəri 148 021  manat olan 15 kotirovka sorğusunun qalibi olub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında  “VASTOK KOP” (VÖEN: 1407049691) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, ASİF MƏHƏRRƏMOV, ev.22 a, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.

Bu MMC 29.05.2025-ci ildən 21.07.2025-ci ilə qədər ümumi dəyəri 171 036  manat olan 14 kotirovka sorğusunun qalibi olub.

Satınalmaların portalına yerləşdirilmiş bu məlumatlardan da göründüyü kimi Çarçarova Aysel Əziz qızının qanuni təmsilçisi olduğu 3 MMC son 6 ayda ümumi dəyəri 412 972 manat olan 34 kotirovka sorğusunun qalibi seçilib.

Bu kotirovka sorğularına istehlakyönlü müxtəlif xidmətlərdən başlamış, maşın və avadanlıqların, cari təmir üçün mallarının, digər kommunal xidmətlər üçün malların, dəftərxana, təsərrüfat və mətbəə mallar, nəqliyyat vasitələri üçün cari təmir, ehtiyat hissələrinin, santexnik, elektrik və digər malları, yumşaq inventar, dəftərxana və təsərrüfat mallarının, dezinfeksiya üçün malların, ekspozisiya, sərgi, təmir üçün mal material və yumşaq inventarla satın alınmasına qədər bütün növ xidmətlər daxildir.

Bu MMC-lər daha çox Səhiyyə Nazirliyinə tabeli Gigiyena və Epidimiologiya Mərkəzlərinin, Dezinfeksiya Mərkəzlərinin, Psixiatriya Xəstəxanalarının keçirdikləri satınalmaların qalibi seçiliblər.

Göründüyü kimi Çarçarova Aysel Əziz qızının qanuni təmsilçisi olduğu “VASTOK KOP”, “FORRER STN” “ŞAM BAKU 2024”  MMC-lərin qalib çıxdığı satınalmaların içində demək olar bütün xidmət növləri var. Düzdür, qanunla bir sıra malların alımasına lizenziya tələb edilmir. Amma işçi qüvvəsinin və maddi-texniki bazasının olması mütləqdir. Bununla yanaşı bir sıra xidmətlərin göstərilməsi üçün qanunun tələb etdiyi qaydada müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün şirkətin müvafiq lisenziyaya və ya icazəyə malik olması gərəkdir. Amma Çarçarova Aysel Əziz qızının qanuni təmsilçisi olduğu MMC-lərdə bu barədə heç bir məlumat yoxdu. Belə olan halda bu MMC-lər eyni vaxtda respublikanın ayrı-ayrı rayonlarına dövlət sifarişlərini necə çatdırır, hansı işçi qüvvəsindən istifadə edir.

Apardığımız kiçik bir araşdırmadan məlum olan odur ki, bütün bunların hamısını bir nəfər, Çarçarov Elnur Rafiq oğlu idarə edir. Göründüyü kimi Elnur Çarçarovun başında durduğu müxtəlif adlara malik 12  MMC son iki ildə müxtəlif dövlət qurumları tərəfindən keçirilmiş satınalmalarda ayrı-ayrı lotlar üzrə yüzlərlə satınalmanın qalibi olub.

Təbii ki, bunları biz gördüyümüz kimi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi də görür. Nəinki, görür, hətta icazə də verir. Belə çıxır ki, Çarçarovlara bu şəraiti yaradan elə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir.

 

Aktualinfo.net

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Azərbaycan narı həm ixrac edir, həm də idxal: Səbəb nədir?
Next: QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi… – FOTOLAR

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.