Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 1
  • Həm uğurlu, həm də uğursuz danışıqlar – Ukrayna və ABŞ nədə razılaşa bilməyiblər?

Həm uğurlu, həm də uğursuz danışıqlar – Ukrayna və ABŞ nədə razılaşa bilməyiblər?

admin 01/12/2025
ukr-abş2

 

ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Mayamidə keçirilən və Rusiyanın başlatdığı işğalçılıq müharibəsinə son qoyulmasına dair “Tramp adına sülh planı”nın müzakirəsi həm uğurlu, həm də uğursuz hesab edilə bilər. Hətta bu görüşə aid fotolardan da görünür ki, Ukrayna nümayəndə heyəti heç də hadisələrin gedişindən razı deyil və sanki küncə sıxışdırılmış durumdadır…

Buna baxmayaraq, görüşdə iştirak edən və danışıqlar barədə açıqlama verən ABŞ Dövlət Katibi Marko Rubio bu danışıqları məhsuldar adlandırıb və qeyd edib ki, ABŞ Ukraynanın daimi təhlükəsizliyinə nail olmasına kömək etmək istəyir. İstəyir ki, Ukrayna bir daha işğalla üzləşməsin…

Ukrayna Prezidenti Volodimir Zelenski də ABŞ nümayəndələri ilə dialoqun konstruktiv olmasını vacib hesab etdiyini qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə sülh müqaviləsinin imzalana biləcəyinə ümid etdiyini bildirib. O, həmçinin Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya heç bir son tarixi qoymadığını qeyd edib və eyni zamanda, müharibənin tezliklə bitəcəyinə ümid etdiyini söyləyib.

Tramp həmçinin əlavə edib ki, Ukraynadakı korrupsiya qalmaqalı sülh və danışıqlar prosesinə yaxşı təsir göstərmir. Bir çox ekspertlərə görə, Trampın bu açıqlamasaı Ukraynadakı məlum korrupsiya qalmaqalının ABŞ-nin Prezident Zelenskiyə qarşı təzyiq vasitəsi kimi istifadəsinə dair iddiaları bir növ təsdiqləmiş olur…

Bu arada “The Wall Street Journal” qəzetinin məlumatına görə, Amerika və Ukrayna rəsmiləri arasında Rusiya ilə müharibəyə son qoymaq üçün keçirilən Mayami danışıqları məhsuldar olsa da, bəzi vacib məsələlər həll olunmamış qalıb.

Qəzetə danışan adı çəkilməyən ABŞ rəsmisinin sözlərinə görə, danışıqlarda Ukraynada yeni seçkilərin mümkün vaxtı və Rusiya ilə Ukrayna arasında ərazi mübadiləsi perspektivi də müzakirə olunub. Məqalədə qeyd olunur ki, “Digər vacib məsələlər, o cümlədən Ukrayna üçün ABŞ və Qərbin təhlükəsizlik zəmanətlərinin təbiəti və Rusiyanın işğal edilmiş ərazilərin beynəlxalq səviyyədə tanınması tələbinə münasibətə dair məsələ həll olunmayıb”.

ABŞ rəsmisinin sözlərinə görə, Trampın xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşner danışıqları davam etdirmək üçün bazar ertəsi günü Rusiyaya uçacaqlar. Tramp özü də Uitkoffun bu günlərdə Putinlə görüşəcəyini təsdiqləyib.

Eyni zamanda, Putinin hər iki tərəfin sülh şərtləri ilə razılaşmasına imkan verəcək güzəştlərə getməyə hazır olub-olmadığı məlum deyil. Ötən həftə keçirilən mətbuat konfransında Rusiya başçısı müharibəyə son qoymaq üçün “ciddi” danışıqlara hazır olduğunu bildirib, lakin Ukraynanın öz qoşunlarını öz bölgələrindən, o cümlədən Rusiyanın nəzarəti altında olmayan bölgələrdən çıxarması tələbini təkrarlayıb.

Beləliklə, sülh müqaviləsi çərçivəsində ərazi mübadiləsi ilə bağlı müzakirələr olduqca mürəkkəbdir. Rusiya və Ukrayna qarşılıqlı razılığa gəlsələr belə, sonradan ərazi dəyişikliklərinin qanuniliyini həll etməli olacaqlar, çünki hər iki ölkənin konstitusiyaları qanunvericilik düzəlişləri olmadan ərazinin verilməsini qadağan edir.

“The Wall Street Journal” bu barədə yazır: “Lakin Putinin tam nəzarət etdiyi Rusiyadan fərqli olaraq, Ukrayna tərəfindəki diplomatik və hüquqi maneələr xeyli mürəkkəbdir. Ukraynanın sərhədlərində hər hansı bir dəyişiklik milli referendum tələb edəcək”.

Qeyd olunur ki, Ukrayna qanunvericiliyi müharibə dövründə prezident və parlament seçkilərini dondurur. Digər yandan, praktiki olaraq yeni seçkilərin perspektivi müharibə şəraitində olduqca qeyri-müəyyən və təhlükəlidir. Bu kütləvi tədbir bir yandan təhlükəsizlik baxımından mümkünsüzdür, digər yandan Rusiyanın bu seçkilərə müxtəlif təxribat və informasiya əməliyyatları ilə ciddi müdaxiləsi təhlükəsi var. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi… – FOTOLAR
Next: Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində dəyirmi masa keçirilib

OXŞAR MÖVZULAR

beqai iir

Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir

admin 21/04/2026
hürmüz-clos

Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək

admin 21/04/2026
lukashenko (2)

Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.