Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 2
  • “Fitch Solutions”: Azərbaycan iqtisadiyyatı 2025–2027-ci illərdə orta hesabla 2,4 % artacaq

“Fitch Solutions”: Azərbaycan iqtisadiyyatı 2025–2027-ci illərdə orta hesabla 2,4 % artacaq

admin 02/12/2025
fitch

 

“Fitch Group”a daxil olan “Fitch Solutions” (FS) beynəlxalq analitik şirkəti 2025-ci ildə Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə 2,4 %, 2027-ci ildə isə 2,3 % təşkil edəcəyini proqnozlaşdırır.

Bu barədə FS  xəbər verir.

Beləliklə, 2025-2027-ci illərdə ölkə üzrə ÜDM-in orta illik artımı 2,43 % səviyyəsində proqnozlaşdırılır.

“Biz Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,6 %, 2026-cı ildə isə 2,4 % artacağını gözləyirik. İqtisadi fəaliyyətin əhəmiyyətli hissəsi neft-qaz sektoru ilə bağlı olduğuna görə (2025-ci ilin iyun ayına olan məlumata görə, onun payı ÜDM-in 38,5 %-ni təşkil edib), proqnozlaşdırılan yavaşlama dünyada neftin ucuzlaşması fonunda sahənin gəlirlərinin azalmasını əks etdirir.

Neft və qaz bazarını araşdıran komandamız 2025-ci ildə neft qiymətlərinin illik ifadədə 15 % azalacağını gözləyir. Eyni zamanda, 2026-2027-ci illər üçün qiymət proqnozlarında risklər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi səbəbindən artıma doğru meyillidir ki, bu da qlobal neft tədarükünün bir hissəsinə təsir göstərə bilər”, – proqnozda deyilir.

FS-in gözləntilərinə görə, Azərbaycanda iqtisadi artım 2028-ci ildə 2,9 %, 2029-cu ildə 3,6 %, 2030-cu ildə 2,8 %, 2031-ci ildə 2,5 %, 2032-ci ildə 2,4 %, 2033-2034-cü illərdə isə hər il 3 % təşkil edəcək.

Proqnozlara görə, cari ilin sonuna nominal ÜDM 102,4 milyard ABŞ dollarına, gələn il 110,5 milyard dollara, 2027-ci ildə 115,6 milyard dollara, 2028-ci ildə 121 milyard dollara, 2029-cu ildə 130,8 milyard dollara, 2030-cu ildə 141,5 milyard dollara, 2031-ci ildə 152,1 milyard dollara, 2032-ci ildə 163,3 milyard dollara, 2033-cü ildə 175,1 milyard dollara, 2034-cü ildə isə 187,5 milyard dollara çatacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM-in 3 %, 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 % artacağı gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3,5 % və 2026-cı ildə 2,5 %, “Moody’s” isə ildə 2,5 % səviyyəsində artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 2 %, 2026-cı ildə 2,5 % artım proqnozlaşdırır.

Asiya İnkişaf Bankı növbəti iki ildə Azərbaycanda iqtisadi artımı 2,4 % və 2 %, Dünya Bankı 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 %, Niderlandın ən böyük bank qrupu olan “ING Group” 2025-ci ildə 1,6 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə isə 2 % səviyyəsində gözləyir. 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-oktyabr aylarında isə 1,3 % artıb./report.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Ümid edirik müharibə, nəhayət, bitəcək” – Ağ Ev çox nikbindir, amma…
Next: İlham Əliyev BƏƏ Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

OXŞAR MÖVZULAR

ali-mehkeme

Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür

admin 22/04/2026
imtahan-yeni

Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər

admin 22/04/2026
manat_180215

Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı

admin 22/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.