Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • BŞİH əməkdaşları park salmaq adı ilə aldadıb evlərimizi sökdü, küçədə qalmışıq – ŞİKAYƏT

BŞİH əməkdaşları park salmaq adı ilə aldadıb evlərimizi sökdü, küçədə qalmışıq – ŞİKAYƏT

admin 04/12/2025
bşih-yasamal
Yasamal rayonunun Əjdər Xanbabayev, İsmayıl bəy Qutqaşınlı və Qədirli küçələrində evləri sökülən sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov, Mənzil-Kommunal İstismar Sahəsi müdiri Sədulla Abıyev və maliyyə məsələlərinə cavabdeh olan Nazim Əliyev tərəfindən aldadıldıqlarını iddia edirlər.
Bu barədə sakinlərin müraciətində bildirilir.
Şikayətçilərin sözlərinə görə, adı çəkilən şəxslər sakinlərə yaşadıqları binanın ərazisinin plana düşdüyünü və dövlət tərəfindən satın alınacağını bildiriblər:
“Onlar müxtəlif vədlər verərək, bu işə yaramayanda isə hədə-qorxu gələrək, bizi evimizi dəyərindən ucuz qiymətə satmağa məcbur ediblər. Həm mənzillərimizin sahəsi düzgün ölçülməyib, həm də bazar dəyərindən aşağı qiymətə alınıb”.
Sakinlərin sözlərinə görə, həmin şəxslər ərazidə dövlət tərəfindən park salınacağını bildirsələr də, sonradan orada yaşayış binası tikilib:
“2023-cü ildə söküntü üçün müəyyən edilən 1 kvadratmetrə görə 2200 manatlıq məbləğ sonradan 2700 manata qaldırıldı. Zülfəli İsmayılov artım olacağı halda əlavə ödəniş ediləcəyinə söz versə də, heç bir kompensasiya ödənilmədi”.
Şikayətçi Mirseyid Zeynalov deyir ki, 1905-ci ildə tikilən evi sökülən zaman dəfələrlə əlavə ödənişlə bağlı sual verib və hər dəfə “narahat olmayın, artım olsa, sizə də veriləcək” cavabı alıb:
“Yaşadığım mənzil İsmayıl bəy Qutqaşınlı,12 ünvanında olub. 1905-ci ildə tikilib, 1928-ci ildə babam oranı almanlardan alıb. İki il əvvəl bunlar gəldilər, qapıdan qovdum. Sonra yenidən gəldilər ki, guya dövlət layihəsidir, burada park salınacaq. Çox fikirləşdim, götür-qoy etdim, düzü, bir az çəkindim. Dedilər ki, qiymət 2200 manatdan olacaq. Dedim, bizdən 50 metr o yanda, yolun o biri tərəfində hamı kvadratını 4-5 mindən satır. Həm də ora bağlı yerdir, amma mənim evimin damına çıxanda bütün bulvar görünür. Bunlar gəldilər, dirəndilər. Dönə-dönə soruşdum ki, bundan yuxarı qiymət olmayacaq? Dedilər ki, narahat olmayın, artım olsa, sizə əlavə pul veriləcək. Razılaşdım. Pulum az qalmışdı, gəldim Masazırda həyət evi aldım götürdüm. İndi baxıram, birinə 2700-dən veriblər, birinə 3000-dən, birinə 3500-dən. Getdim onların üstünə, dedilər ki, o vaxt elə idi, indi belədir. Özü də mənim həyətimi guya dövlət layihəsi üçünə alıblar, indi baxıram ki, notariusda başqa adamın adına rəsmiləşdiriblər. Özü də mənim mənzilimin sahəsini içəridən hesablayıblar. Bütün bunları Zülfəli, Nazim, Sədulla edib. Sədulla and-aman edirdi ki, vallah, bundan artıq verə bilmirik, dövlət burada park tikəcək. Amma indi burada evlər tikilir. Bizi aldatdılar”.
Yunis Dağlı küçəsinin sakini Gülər Cəbrayılova isə iddia edir ki, həm evinin sahəsi az hesablanıb, həm də varis kimi ona çatan mülkünün dəyəri ödənməyib:
“Bizim orada evimiz var idi. Hazırda evimizin üstü qalıb, sökməyiblər. Zülfəli İsmayılov şəxsən mənə dedi ki, 1 nəfərə artıq pul verilsə, gələrsiz, sizə də veriləcək.Amma bizim evimizin pulunu kəsdilər. Hətta sahəsini 10 kvadratmetr az yazdılar. Halbuki dövlətin verdiyi texniki pasporta görə, həmin 10 kvadratmetr nəzərə alınmalı idi. Üstəlik, hər kvadratmetrdən 500 manat pulumu kəsdilər. Anamın adına paylı mülkiyyət də var idi, məhkəmə qərarı ilə anam 21 kvadratmetr həyəti olan evə köçürülmüşdü və mən yeganə varis idim .Ancaq o evin pulunu mənə vermədilər. Dedilər, vermirik, hara gedirsinizsə, gedin. Bu, açıq-aşkar dələduzluq, insan haqqına girməkdir. Hansı qanunda var ki, anadan övlada qalan payı varisə verməsinlər? Üstəlik, qızım onkoloji xəstədir, xəstəxanada idim, evə qayıdanda gördüm əşyalarımı çölə çıxarıblar ki, evi boşaldın. Alqı-satqı zamanı dövlət rüsumu olan 187 manatı da Nazim mənim pulumdan çıxıb. Çox haqsızlıq ediblər”.
Digər şikayətçi Natiq Qurbanov da ailəsi ilə birlikdə aldadıldığını deyir. Onun sözlərinə görə, həm özü, həm də xroniki xəstəliklərdən əziyyət çəkən ailə üzvləri hazırda kirayədə qalmağa məcburdurlar:
“Yaşadığım və qeydiyyatda olduğum ünvan Yasamal rayonu, 3-cü Nərimanov döngəsi, 6/4-dür. Bizim evlər dövlət deyil, müəyyən şəxslər tərəfindən söküntüyə məruz qalıb. Həyətimdə birinci mərtəbə 18 kvadratmetr, ikinci mərtəbə isə 15 kvadratmetr idi. Orada tikinti aparmaq üçün əlavə 100 kvadratlıq yerim var idi. Birinci mərtəbədə xərçəng xəstəsi yoldaşım, evi olmadığı üçün evlənə bilməyən 36 yaşlı oğlum, bir də özüm yaşayırdım. İkinci qrup əliləm, uşaqlıqdan ağır şəkər və astma xəstəsiyəm, iki dəfə infarkt keçirmişəm, belimdə 5 dəmir mil var. İkinci mərtəbədə qızım, kürəkənim və iki nəvəm yaşayırdı. Bunlar söz verdilər ki, aşağıda oğlum, yuxarıda qızım üçün də 3 otaqlı ev alacaqlar, olmasa pul veriləcək. Sonradan Zülfəli ilə görüşdüm, dedi ki, Nazim həll edəcək. Nazimlə “JEK” müdiri olan rəisi Sədulla puldan ötrü hamıdan nəsə gözləyən adamdır. Sədulla dedi ki, narahat olma, görüm-baxım edərsən, yaxşı olacaq. Nazim də dedi ki, arxayın ol, oğlun və yoldaşın üçün aşağıda ev alınacaq, qızın və sənə də pul veriləcək, ev alarsınız. Çağırdılar bizi notariusa, dedilər qol çəkin, söz danışıqdan keçər. Mən də qol çəkdim, qızım da. Amma nə yoldaşıma, nə oğluma, nə qızıma, nə mənə 120 mindən bir qəpik artıq vermədilər. İndi qızım iki körpəsi ilə kirayədə yaşayır, mən də kirayədəyəm. Qaldığım ev aylıq 550 manatdır, 150 manat da kommunal. Bu xəstəliklə necə dolanım? Bizi aldadıblar. 69 yaşımda küçələrdə əzab çəkirəm. Kimsə başqalarının bədbəxtliyi üzərindən pul qazanır”.
Nuranə Məlikova adlı şikayətçi isə atasının hədə-qorxu nəticəsində mülkündən imtina etdiyini bildirib:
“Atam Qəndəli Məlikovun mülkünü ona hədə-qorxu gələrək əlindən alıblar. Atam həbsdən təzə çıxmışdı, ona demişdilər ki, başına niyə iş açırsan? Çıxdığın yerə qayıtmaq istəyirsən? Buna görə atam məcbur olub evi satmağa razılıq verib. Artıq atam rəhmətə gedib, tək varis mənəm. Bizim oradakı evimizin sahəsini kiçiltmişdilər. O boyda evdən bizə 49 kvadratmetr yazdılar. Düzgün iş getmədi. Atam qoca adam idi, hər şeyə razılıq verdi. Xahiş edirəm bizə kömək edin, haqqımızı istəyirik”.
Naibə Əliyeva adlı sakin də eyni problemlə üzləşdiyini deyir. Onun sözlərinə görə, evinin sahəsi az hesablanıb:
“İsmayıl Qutqaşınlı, 16 ünvanında yaşayırdım. Çox ucuz aldılar. Bizə 2200 manat verdilər. Dedilər ki, buranı dövlət alır, park edəcəklər, çıxmalısınız. Biz də inandıq ki, yəqin dövlət bu qiyməti qoyub. Dedim, bizdən aşağı məhəllələrdə 4-5 minə alırlar. Dedilər ki, ora pilot layihədir, oranı şirkət alıb, buranı dövlət, qiymət artımı olsa, gəlib sizə də verəcəyik. Mən onkoloji xəstəyəm. Dedim bu pulla ev ala bilməyəcəyəm. Dedilər, dövlət bundan artıq verə bilməz, çıxmalısan. Mənim 42 kvadratmetr evimi 37 kvadratmetr yazdılar, kompensasiyamı kəsdilər. Evlər bir-birinə bitişik idi. Arxa tərəfi sökdülər, divarım çatladı. Məcbur qalıb çıxdım. İndi tələb edirik ki, bizim hər kvadratmetr üzrə artımımızı versinlər”.
Eyni problemlə üzləşən Xanımana Əzizova da Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri Zülfəli İsmayılov, Nazim Əliyev və Sədulla Abıyevin dövlətin adından yalan məlumat verərək sakinləri aldatdığını vurğulayıb.
Narazı sakinlər məsələ ilə bağlı dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Milli Məclisə müraciət ediblər. Onlar həmçinin Milli Məclisin önünə toplaşaraq, kompensasiya məbləğinin artırılmasına uyğun olaraq onlara əlavə ödəniş verilməsini tələb ediblər.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən bildirilib ki, sakinlərin problemini həll etmək onların səlahiyyətinə aid deyil. Qeyd edilib ki, sakinlər söküntü üzrə komissiyaya müraciət etməlidirlər.
Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən İsrafil Kərimov isə bildirdi ki, məsələ ilə bağlı Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət etmək lazımdır:
“Pulu Maliyyə Nazirliyi verir, bizimkilər isə sökürlər. Ona görə o sual bizlik deyil. Köçürmə baş plana uyğun olaraq Memarlıq İdarəsi tərəfindən həyata keçirilib”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə sakinlərin ittiham etdiyi şəxslərin Komitənin əməkdaşları olmadığını bildirib:
“Bu səbəbdən İcra Hakimiyyəti ilə əlaqə saxlamanız xahiş olunur”.
Sakinlərin ittiham etdiyi Sədulla Abıyev isə suallarını belə cavablandırıb:
“Sədullanın adı orada niyə var? Mən ev tikirəm? Mən “JEK”-əm də, təmizliyə baxıram. Onlar savadsız adamlardır ki, elə deyirlər. Savadlı olsalar bilərlər ki, zibil təmizləyən ev söküb, ev tikmir?? Bəli, ora sökülən, bizim “JEK”-ə aid ərazidir. Amma sökən başqa idarə, başqa təşkilatlardır. Gedin o təşkilatları tapın, deyin ki, nə əsasla sökürsünüz? Həmin evlər həyət evləridir, ora dövlət baxır, yəni Bakı Şəhər İcra Hakimiyyəti. Biz baxmırıq. 5 mərtəbə olsa, deyərəm hökumət evidir, sənədi məndə var, mən demişəm. Mən sadəcə, təmizliyə baxıram. Bütün bu suallar mənə aid deyil”.
Sakinlərin narazı olduğu Nazim Əliyev isə çoxsaylı zənglərimizə cavab vermədi.
Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət-təftiş şöbəsinin müdiri Zülfəli İsmayılov isə  mövzu ilə bağlı sualını eşidən kimi telefonunu söndürdü./bakıpost.az
 
PAYLAŞIN:

Continue Reading

Previous: Mobil bazarda qanun pozuntusu: “Azercell” dileri “YANAN NÖMRƏ” bərpasını məcburi satışa çevirdi
Next: “Gürcüstan Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil” – Ekspert

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.