Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • Deputat Paşazadədən növbəti “şedevr” – Yaxud Şeyx və qardaşı hansı dövləti qurub?

Deputat Paşazadədən növbəti “şedevr” – Yaxud Şeyx və qardaşı hansı dövləti qurub?

admin 04/12/2025
paşazade-c

 

Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, “dördqat millət vəkili” Cavanşir Paşazadə son müsahibəsində Ramiz Mehdiyevlə heç bir əlaqəsinin olmadığını, onunla heç zaman görüşmədiyini deyib. Qardaşı Şeyxülislamınsa Mehdiyevlə yalnız “dövlətlə bağlı məsələlərdə” münasibətinin ola biləcəyini iddia edib.

Əlbəttə, indi belə adamların Mehdiyevin adı gələndə “yaxa silkələməsi”, “dəvə gördünmü, heç izini də görmədim” mövqeyində durması və bununla da “təhlükəli mövzular”dan yayınması təbiidir. Zatən bu vəzifələrə, mandatlara, var dövlətə də “zamanla ayaqlaşmağı bacardıqları” üçün yiyələniblər. Odur ki, bu baxımdan C.Paşazadənin Mehdiyevlə bağlı dediklərində qeyri-adi nəsə yoxdur və Mehdiyev də o halda deyil ki, məsələn, Şeyxlə, onun keçmişi və indisi ilə əlaqəli nəyisə təsdiq, yaxud təkzib etsin…

Ancaq C.Paşazadənin həmin açıqlamasında daha çox sual, hətta qıcıq doğuran başqa bir məqam var. Paşazadə özünün və Şeyxülislamın malik olduğu bizneslərlə bağlı verilən suala belə cavab verib: “Hansı bizneslə məşğul ola bilərik ki? Bu boyda dövlət qurmuşuq, belə bir şey olsa, dövlət buna əsla göz yummaz. Şeyx ölkəni dünyanın dörd bir yanında təmsil edib. Belə hal olsaydı, onu nəinki Azərbaycanı təmsil etməyə, ölkədən çıxmağa da qoymazdılar”.

Bilmək olmur, 4 dəfə deputat edilən, buna baxmayaraq, hələ də zəhmət çəkib Azərbaycan dili və qrammatikasını ortadan aşağı səviyyədə olsa belə məninmsəməyən, 3 cümləlik “facebook” paylaşımında 33 səhvə yol verən, “Prezident” sözünü “prizident”, “Azərbaycan” sözünü “Azarbaycan”, “müraciət” sözünü “müraciyyət” yazan bu adam yuxarıda qeyd etdiyimiz cavabı ilə kimi “dolayır”? Yəni, onun fikrincə, cəmiyyət, mətbuat bu qədərmi kor və bisavaddır?

Birincisi, bilmək olmur, “bu boyda dövlət qurmuşuq” deyəndə kimi nəzərdə tutur – özünü və Şeyximi? Sual ona və qardaşına aid olduğundan belə nəticə çıxarmaq olar ki, belə də var. Paşazadalərin nə vaxt və hansı dövləti qurduqlarını deyə bilmərik, amma dövlətimizin imkanlarından, resurslarından gen-bol bəhrələndiklərini rahat deyə bilərik. Onu da deyə biərik ki, məsələn, Mehdiyevin vaxtilə tutduğu vəzifə kimi, Azərbaycanda Şeyxülislam təyinatının da Moskvanın “himayəsi və nəzarəti altında” həyata keçirildiyi heç kimə sirr deyil…

C.Paşazadənin “Hansı bizneslə məşğul ola bilərik ki?” fikrinə gəlincə, türklərin yaxşı bir atalar sözü var: “İmanın və paranın kimdə olduğu bəlli olmaz”. Şeyxin və qardaşının imanına bir şey deyə bilmərik, çünki imanı gözlə görmək mümkün deyil və indiyə qədər Şeyxülislamın nə dərəcədə səmimi və Allaha yaxın bir din xadimi olduğu barədə çox suallar, çox müzakirələr olub. Ona görə də Azərbaycanda imanı deyə bilmərik, amma paranın kimlərdə olduğunu hamı görür və bilir. Hamı bilir ki, bu qəbildən olan adamlar “süddən çıxan qaşıqdırlar”, öz adlarına heç nə yoxdur, “maaş və məvaciblə dolanırlar”, əvəzində mütləq övladları, qohum-əqrəbaları Azərbaycanda və ondan kənarda böyük biznes və mal-mülk sahibləridir.

Daxildəki və xaricdəki biznesləri, bank hesablarını, villaları, mehmanxanaları, restoranları və s. qoyaq bir tərəfə. Təkcə Şeyxülislamın və qardaşının yaşadıqları malikanələrin dəyəri milyonlara sığmır. Bunlar deputat maaşı, din xadimi məvacibi iləmi ərsəyə gəlib?

Nəhayət, “Belə bir şey olsa, dövlət buna əsla göz yummaz” deməklə C.Paşazadə camaatı lap ələ salıb. Bəzilərinin layiq olmadıqları halda 4-5 dəfə deputat olması, deputat ola-ola özünün səs verdiyi qanunları tapdalaması, camaatın dərdi və birbaşa vəzifəsilə yox, öz biznesilə, mal-mülkü ilə məşğul olması, varlandıqca varlanması da elə bu “göz yumulması”nın nəticəsi deyilmi?… /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Dünyada ərzaq qiymətləri düşür – BMT əsas məhsullar üzrə məlumat yaydı
Next: Mobil bazarda qanun pozuntusu: “Azercell” dileri “YANAN NÖMRƏ” bərpasını məcburi satışa çevirdi

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.