Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

Distant iş və yaratdığı suallar: Maaş fərqi çox olacaq?

admin 04/12/2025
distant2

 

Milli Məclisin Regional məsələlər komitəsinin dünənki iclasında Əmək Məcəlləsinə bir neçə dəyişiklik layihəsi müzakirə edildi. Sənədə əsasən, Azərbaycanda əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya fəaliyyətə başlayacaq.

Layihədə qeyd olunur ki, sosial-əmək münasibətlərinin tənzimlənməsinə dəstək vermək, sosial sabitliyi qorumaq, kollektiv danışıqların aparılması və baş kollektiv sazişin layihəsinin hazırlanması üzrə işləri əlaqələndirmək, sosial təminat sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı məsləhətləşmələr aparmaq və tərəflərin mövqelərini razılaşdırmaq məqsədilə tərəflərin hüquq bərabərliyi prinsipi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika birliklərinin birgə qərarı ilə bərabər sayda səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən əmək və sosial məsələlər üzrə üçtərəfli komissiya yaradılacaq.
Həmçinin, Əmək Məcəlləsinə “məsafədən (distant) iş” anlayışı əlavə edilir.
Məsələ ilə bağlı danışan parlamentin Regional məsələlər komitəsinin üzvü Aydın Mirzəzadə qanuna dəyişikliklərin təsdiq olunduqdan sonra komissiyanın tərkibi və iş fəaliyyəti barədə geniş məlumat veriləcəyini bildirib.
Bakupost.az
Aydın Mirzəzadə
Millət vəkili vurğulayıb ki, komissiyanın tərkibi şəffaf olacaq:
“Bu praktika dünyanın bir çox ölkələrində var. Azərbaycan da dünya təcrübəsindən istifadə edəcək. Əmək münasibətləri dinamik inkişaf edir. Ona görə də bu sahə daim diqqətimizdədir. Distant işin qanunvericiliyə əlavə edilməsi nəticəsində yeni iş yerləri yaranacaq. Bu, müasir dünyada yetərincə məşhurlaşmış və geniş tətbiq olunan bir təcrübədir.
Rəqəmsal inkişaf, süni intellekt bu gün şəxsin iş yerində mütləq şəkildə olmasını tələb etmir. Bu baxımdan, şəxs hətta xaricdən əyləşib, ölkəmizdə peşə fəaliyyəti ilə məşğul ola bilər. Əsas odur ki, əmək müqaviləsi bağlansın. Biz dünya praktikasından istifadə etməklə yanaşı, milli təcrübəmizi də formalaşdıracağıq. İş prosesinin rəqəmsallaşdırılması, süni intellektdən istehsal prosesində istifadə yeni iş yerlərinin açılmasına səbəb olacaq”.
Hüquqşünas Əkrəm Həsənov isə açıqlamasında qeyd edib ki, distant işçilərlə bağlı qanunvericilikdə boşluqlara çox rast gəlinəcək.
Bakupost.az
Əkrəm Həsənov
O bildirib ki, dövlət müəssisələrində distant çalışacaq işçilərlə bağlı mütləq şəkildə mexanizm yaradılmalıdır:
“Müəssisə işçinin maaşını özü müəyyən edir. Düzdür, ofisə gedən işçinin yol, distant çalışanın isə elektrik, internet və s. xərcləri var. Lakin düşünmürəm ki, onlar arasında ciddi maaş fərqi olsun. Həm dövlət, həm də özəl müəssisədə çalışanlar distant formaya keçə bilərlər. Özəl sektorda sərbəstlik daha çox olacaq. Elə iş var ki, distant formada həyata keçirilmir. Həmçinin dövlət sektorunda çalışanlar büdcədən maaş alırlar. Burada bir təhlükə ortaya çıxır. Vətəndaşlar da maraqlı olmalıdırlar ki, sui-istifadə halları olmasın. Yəni büdcədən maaş alan şəxs adını işçi kimi yazdırıb, işdən yayınmamalıdır. Nəzarət mexanizmi olmalıdır”.
“Bundan başqa, Əmək Məcəlləsində yenidən boşluqlar yaranacaq. Belə ki, qanunvericiliyə görə, şəxs bir gün ərzində işə üzrsüz səbəbdən gəlmirsə, onunla müqaviləyə xitam verilir. Bu anlayış məsafədən fəaliyyət göstərəcək işçiyə aid ediləcək, ya yox – bu, sualdır. Bunun kimi başqa problemlər də ortaya çıxa bilər. Əmək Məcəlləsinin bəzi maddələri distant anlayışına zidd olacaq. Sənədin bütün maddələrinə diqqətlə baxılmalıdır”, – hüquqşünas əlavə edib./oxu.az
PAYLAŞIN:

Continue Reading

Previous: Fridrix Merts və İlham Əliyev bir-birini qarşılıqlı səfərə dəvət ediblər
Next: Ceyhun Bayramov Kaya Kallasla görüşüb

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.