Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • Satınalma qanunları Xətai Gigiyena və Epidimiologiya Mərkəzində də işləmirmiş

Satınalma qanunları Xətai Gigiyena və Epidimiologiya Mərkəzində də işləmirmiş

admin 04/12/2025
resp-gem

         

Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi Mərkəzin ehtiyacları üçün 222920 xərc maddəsi üzrə xidmətlərin və 221900 xərc maddəsi üzrə malların satınalınması üzrə 21.10.2025-ci ildə başladığı kotirovka sorğusuna 28.11.2025-ci ildə yekun vurub. Müsabiqənin qalibi “BOSLO AZ” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 14.122 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat satınalmalarının portalında 02.12.2025-ci dərc edilmişdir.

Qeyd edək ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi Mərkəzin qalib seçdiyi MMC kotirovka sorğusu proseduru başlamazdan cəmi 35 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “BOSLO AZ”  (VÖEN: 1407375651) Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.09.2025-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AZƏR ƏLİYEV, ev.9A, m.32, qanuni təmsilçisi kimi isə Balayev Səbuhi Gülhüseyn oğlu olduğu qeyd olunub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “BOSLO AZ”  16.09.2025-ci il tarixdə dövlət qeydiyyatına alınıb. Satınalmaların portalına yerləşdirilmiş məlumatlarda isə Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin kotirovka sorğusunu 21.10.2025-ci ildə başladığı göstərilir. Göründüyü kimi Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi satınalma prosuduru başlamazdan cəmi 35 gün əvvəl dövlət qeydiyyatına alınmış bir MMC ilə müqavilə bağlamışdır.

Bəs qanun necə buna yol verirmi?  “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçılara dair ümumi tələblər bunlardır:

“Lisenziyalar və İcazələr” haqqında Azərbaycan Respublikasının Qanunu ilə tələb olunduqda, müvafiq sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;  son bir il ərzində iki dəfə və ya daha çox Azərbaycan Respublikasının Əmək Məcəlləsində  nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə maliyyə sanksiyasının və ya inzibati cərimənin tətbiq edilməsi; satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının və təcrübəsinin olması;

Xüsusilə qeyd etmək istərdik ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi  daha əvəl keçirdiyi satınalmalarda da, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməmiş, bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallara yol vermişdir. Bu və digər məlumatlardan belə çıxır ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzində satınalma qanunları işləmir.

Belə ki, Mərkəz dəftərxana, təsərrüfat və mətbəə mallarının satınalınması üzrə 19.05.2025-ci ildə “ŞAM BAKU 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 20.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞAM BAKU 2024”  (VÖEN: 1806885301) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, SABUNÇU RAYONU, SARABSKİ , ev.18, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.

Mərkəz 221100, 221200 və 221900 xərc maddəsi üzrə malların satınalınması üzrə 01.09.2025-ci ildə “FORRER STN” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 6.999  manat məbləğində satınalma müqaviləsi bağlamışdır.  Bu satınalmanın ehtimal olunan qiyməti 16.000,00 manat müəyyən edilmişdir. Amma Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzi ehtimal olunana qiymətdən dəfələrə aşağı qiymətə müqavilə bağlamışdır ki, bu qanunla yolverilməzdi.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “FORRER STN”  (VÖEN: 1407049561) Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.12.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, NƏSİMİ RAYONU, MİRZƏ FƏTƏLİ AXUNDOV, ev.33, m.19, qanuni təmsilçisi kimi isə Çarçarova Aysel Əziz qızı olduğu qeyd olunub.

Göründüyü kimi Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin Satınalma Komissiyası eyni gündə dövlət qeydiyyaatına alınmış bir nəfərin qanuni təmsilçisi olduğu iki MMC ilə satınalma müqaviləsi bağlamışdır.  Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin satınalma müqaviləsi bağladığı MMC-lərin heç birinin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Bu MMC-lərin  Nazirlər Kabinetinin Qərarı müəyyən edilmiş texniki baza, təchizatçı haqqında və oxşar işlər üzrə təcrübəsi barədə heç bir məlumat yoxdur.

Qeyd edək ki, Xətai rayon Gigiyena və Epidimiologiya Mərkəzinin Yasən Cabbarovdu. Onun bu vəzifədə 2023-cü ilin aprelindən çalışdığı bildirilir.

 

Aktualinfo.net

 

 

 

PAYLAŞIN:

Continue Reading

Previous: Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA: Prezidentin “gələcəkdir” dediyinə nazirlik “bizə gəlmə” deyir?
Next: İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.