Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • Uyğunluq göstəricilərinə cavab verməyən “İS.M.M.” MMC 4 milyonluq tenderləri necə udub

Uyğunluq göstəricilərinə cavab verməyən “İS.M.M.” MMC 4 milyonluq tenderləri necə udub

admin 04/12/2025
tender-əsas

 

Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi  üzrə nümayəndəliyi tərəfindən Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması ilə əlaqədar keçirilmiş açıq tenderə yekun vurulub. Müsabiqənin qalibi ən aşağı qiymət təklifi təqdim etmiş “Gəncə Körpü Tikinti-2” ASC seçilib və tərəflər arasında 1 531 093,87  manat dəyərində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır.

Həmçinin şərtlər toplusunda müəyyənləşdirilmiş uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiklərinə görə “Mühəndis Yol Təmir Tikinti” MMC, “Proqress İnşaat EN” MMC, “Baku Building” MMC və “İS.M.M.” MMC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 35.1.1-ci (35.1.1. təchizatçı və (və ya) subpodratçı uyğunluq göstəricilərinə cavab vermədikdə;)  maddəsinə əsasən satınalmadan kənarlaşdırılmışdır.

Göründüyü kimi Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi  üzrə nümayəndəliyi satınalmaların portalında Şəmkir şəhərində avtomobil yollarının təmiri işlərinin satın alınması üzrə keçirilmiş tenderdə bir neçə şirkətin uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiyini açıqlayıb. Onların arasında daha çox yolların əsaslı təmiri işlərini həyata keçirən “İS.M.M.” MMC-də yer alır.

Satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, “İS.M.M.” MMC  2025-ci ilin bir neçə ay ərzində yolların əsaslı təmiri işləri üzrə bir neçə rayon icra hakimiyyəti ilə ümumi dəyəri 3 mln 815 299 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” 25.11.2025-ci ildə Sumqayıt şəhərində küçə və məhəllə-mikrorayon ərazilərinin asfalt örtüyünün əsaslı təmiri işlərinin satınalınması üzrə “İS.M.M.” MMC ilə 1.916.877,22 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Lənkəran şəhər İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin görülməsi üzrə “İS.M.M.” MMC ilə 933.227,27 manat məbləğində satınalma müqaviləsini 25.09.2025-ci ildə bağlayıb.

Siyəzən rayon İcra Hakimiyyəti Siyəzən şəhərinin şəhərdaxili yollarının əsaslı təmiri üzrə  “İS.M.M.” MMC ilə 550.002,1 manat məbləğində satınalma müqaviləsini 09.09.2025-ci ildə bağlayıb.

Gədəbəy rayon İcra Hakimiyyəti Gədəbəy şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmiri üzrə “İS.M.M.” MMC ilə 309.246,14 manat məbləğində satınalma müqaviləsini 06.05.2025-ci ildə bağlayıb.

Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhəri üzrə nümayəndəliyi Şabran şəhərinin  küçələrində yolların cari təmiri işləri üzrə “İS.M.M.” MMC ilə 105.947,19 manat məbləğində satınalma müqaviləsini 11.04.2025-ci ildə bağlayıb.

Salyan rayon İcra Hakimiyyəti yolların əsaslı təmiri işlərinin görülməsi üzrə “İS.M.M.” MMC ilə 766.767 manat məbləğində satınalma müqaviləsini 15.10.2024-cü ildə bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi, “İS.M.M.” MMC  son bir neçə ay ərzində ümumi dəyəri 4 milyon manata yaxın bir neçə tenderin qalibi seçilib. Amma nədənsə yuxarıda adları çəkilən rayon İcra Hakimiyyətləri “İS.M.M.” MMC-nin uyğunluq göstəricilərinə cavab vermədiyini aşkar etməmişlər.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə  “İS.M.M.” (VÖEN 1400006201) Məhdud Məsuliyyətli Cəmiyyəti 30.04.2004-cü ildə 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 897 170 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. MMC-nin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur. MMC-nin ilk qanuni təmsilçisi Xudiyeva Mürvət Xıdır qızı olub. Onu Sadıqov Ceyhun İsmayıl oğlu əvəzləyib. Ceyhun Sadıqov 2023-cü ilə qədər “İS.M.M.” “MMC-ni təmsil edib.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 07.08.2023-cü il tarixli, EL-623/2023/1 nömrəli qərarı ilə MMC-yə tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə lisenziya verilib. Buraya avtomobil yolları, aerodromların ucuş-enmə zolaqları, körpülərin, estakadaların və yol ötürücülərinin tikintisi də daxildir.

Bütün bu kimi məlumatlardan sonra suallar yaranır. “İS.M.M.” “MMC-nin uyğunluq göstəricilərinə dair tələblərə cavab vermədiyini açıqlayan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi  üzrə nümayəndəliyinə inanasan, yoxsa yüz minlərllə manat dəyərində dövlət sifarişi verən digər İcra Hakimiyyətlərinə?

 

Aktualinfo.net

PAYLAŞIN:

Continue Reading

Previous: Sülh sazişi ilğıma çevrildi: CNN Putinin niyə razılaşmaya getməyəcəyini izah edir
Next: Dünyada ərzaq qiymətləri düşür – BMT əsas məhsullar üzrə məlumat yaydı

OXŞAR MÖVZULAR

anar-eliyev

“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər

admin 21/04/2026
omd-aynur

Hesablama Palatası Aynur Poluxovanın direktoru olduğu Pediatriya İnstitutunu da araşdırsa ortaya nələr çıxar

admin 16/04/2026
read-rafiq

Read Qasımovla Rafiq Quliyev Xətaidəki qanunsuz tikiliyə görə Nazirlər Kabinetinə nə cavab verəcəklər

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.