Skip to content
30/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var…

Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var…

admin 08/12/2025
eb-qara

 

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada və digər ölkələrdə geniş biznes şəbəkəsi üzə çıxıb. Bununla bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənlinin paylaşdığı məlumat yeni müzakirələrə səbəb olub. Belə ki, Cavanşir Həsənlinin araşdırmasına görə, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmır. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları var. Məhz bu kontekstdə Əbülfəs Qarayevin Rusiyada formalaşdırdığı biznes şəbəkəsinin mahiyyəti daha da diqqət çəkir və müəyyən suallar ortaya qoyur.

Sabiq nazirlər və digər vəzifəli şəxslərin öz bizneslərini xaricə köçürmələri nə ilə bağlıdır? Əbülfəs Qarayevin Rusiyada biznes şəbəkəsinin olması hansı anlama gəlir? Rusiya ilə belə dərin münasibətlər ölkəmiz və dövlətimiz üçün nə dərəcədə təhlükəlidir?

Hüquqşünas Əkrəm Həsənov açıqlamasında bəzi məmurların ölkə xaricində əmlak və ya bizneslərinin olması barədə vaxtaşırı olaraq iddialar səsləndirildiyini bildirib.

“Lakin bu məlumatların əksəriyyəti sübuta əsaslanmır və “eşitmişəm ki…” tipli qeyri-rəsmi məlumatlara söykənir. Çünki məmurlar bir qayda olaraq əmlak və bizneslərini öz adlarına rəsmiləşdirmirlər. Buna görə də bu faktların hüquqi sübutunu tapmaq çox vaxt mümkün olmur. Ümumiyyətlə, Azərbaycanda həm keçmiş, həm də hazırkı məmurların Rusiyada, Türkiyədə, Avropada, Birləşmiş Ərəb Əmirliklərində əmlak və bizneslərinin olduğu ictimaiyyətə məlumdur. Lakin bu, həmin ölkələrlə xüsusi münasibətlərə malik olduqları anlamına gəlmir. Adətən onlar əmlaklarını müxtəlif ölkələrə bölüşdürərək riskləri azaltmağa çalışırlar. Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi zəif olduğuna görə məmurlar da, adi vətəndaşlar da əmlaklarını ölkədə saxlamaqdan çəkinir. Burada hətta sıravi vətəndaşın mülkiyyətinin əlindən alındığı hallar müşahidə olunduğu üçün məmurlar üçün risk daha böyük hesab olunur”, – o deyib.

Hüquqşünas qeyd edib ki, bu məsələdə keçmiş və indiki məmurlar arasında müəyyən fərqlər var:

 

“Əvvəlkilər gələcəklərini qismən də olsa Azərbaycanda görürdülər. Hazırkı məmurlar isə çox vaxt vəzifədən ayrıldıqdan sonra ölkəni tərk etmək niyyətində olur və buna uyğun olaraq əmlaklarını xaricə çıxarırlar. Bu isə hər hansı ölkə ilə xüsusi əlaqə deyil, sadəcə özlərini hüquqi risklərdən sığortalama cəhdidir.

Bu vəziyyət yalnız Əbülfəs Qarayevə aid deyil. Təxminən bütün məmurların müxtəlif ölkələrdə əmlak və biznesləri mövcuddur. Təkcə Rusiyada deyil, bir neçə ölkədə aktivlərinin olması ehtimal edilir. Qeyd etmək lazımdır ki, o, uzun müddətdir vəzifədən gedib və onun dövründə hazırkı məmurlar kimi böyük maliyyə imkanları olmayıb”.

Ə.Həsənov qeyd edib ki, bunların əsas səbəbi korrupsiya və müvafiq nəzarət mexanizmlərinin işləməməsidir:

“Məmurların gəlir bəyannaməsi haqqında qanun 20 il əvvəl qəbul edilsə də, hələ də icra olunmur. Daşınmaz əmlak və hüquqi şəxslər reyestrləri qapalıdır, dövlət satınalmalarında şəffaflıq yoxdur. Belə şəraitdə korrupsiyanın qarşısını almaq çətinləşir və məmurlar əldə etdikləri vəsaitləri ölkədən çıxarmağa üstünlük verirlər. Bu səbəbdən məmurların əmlaklarının yalnız Rusiyada olması faktını həmin ölkə ilə xüsusi münasibət kimi qiymətləndirmək düzgün deyil. Onlar adətən müxtəlif ölkələrdə aktiv saxlayaraq özlərinə təhlükəsizlik təmin etməyə çalışırlar”./globalinfo.az

PAYLAŞIN:

Continue Reading

Previous: “Səmyar Abdullayev Gözdən Əlillər Cəmiyyətinin bütün əmlaklarını bir yırtıcı kimi satdı, taladı…” – ŞİKAYƏT
Next: Səbuhi Əhmədov Bakı və Biləsuvarda köçkün evlərinin təmirini kimlərin əli ilə aparır

OXŞAR MÖVZULAR

nev-york

Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər

admin 29/04/2026
ferhad-polit1

“4 minə yaxın itkinin taleyi Azərbaycan cəmiyyəti üçün ən həssas məsələlərdəndir” – “Münaqişənin elə nəticələri var ki…”

admin 28/04/2026
tofiq_zulfuqarov212 (3)

“İrəvanın ritorikası dəyişib, amma siyasi məqsədlər eyni qalır” – Tofiq Zülfüqarov

admin 28/04/2026

XƏBƏR LENTİ

  • 50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi.. 29/04/2026
  • İranda nizam dəyişdi – “Ali Rəhbər” erası bitdi 29/04/2026
  • Hesablama Palatası satınalma müqavilələrində dəyişiklik qaydalarının sərtləşdirilməsini təklif edir 29/04/2026
  • Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb 29/04/2026
  • Qalibaf: Tramp daxili ixtilaf və dəniz blokadası ilə İranın təslim olmasını istəyir 29/04/2026
  • Son bir ildə püstə qiymətləri təxminən 35 faiz yüksəlib – Səbəb 29/04/2026
  • Azərbaycan üçün yeni uşaqpulu modeli – Ayda 100 manat… 29/04/2026
  • Gömrük Komitəsi ölkədən çıxışa “stop” qoya biləcək? – “Komitənin səlahiyyətlərini kəskin artıran yeni qərarlar gəlir” 29/04/2026
  • Keyfiyyətsiz beton və qanunsuz tikililər: Azərbaycanda binaların etibarlılığı necə yoxlanılır? 29/04/2026
  • Dünya azərbaycanlıları Nyu-York merinə müraciət ediblər 29/04/2026
  • Azərbaycanda əməkhaqqı sistemi və əmək qanunvericiliyi üzrə yeni islahatlar planlaşdırılır 29/04/2026
  • Köçəryan müharibəyə səbəb olacaq iddia irəli sürdü 29/04/2026
  • Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq 29/04/2026
  • Səbail və Badamdar Bələdiyyələrinin təşkilatçılığı ilə Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar tədbir keçirilib 29/04/2026
  • Zelenskinin qəfil və sirli səfəri – Bakı hansı mesajı verir? 29/04/2026
  • Bankların kredit sirri açıldı — Bu peşə sahiblərinə şad xəbər 29/04/2026
  • Paşinyan seçilsə, Kreml nə edəcək? – Silayev 29/04/2026
  • Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır 29/04/2026
  • “Reuters”: ABŞ-də İranla müharibənin bitməsinin elan edilməsi nəzərdən keçirilir 29/04/2026
  • UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO 29/04/2026

Sağlamlıq

onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026

MƏDƏNİYYƏT

elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026
adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026

İDMAN

olise-b

UEFA Çempionlar Liqası: PSJ – “Bavariya” matçında doqquz qol vuruldu – VİDEO

admin 29/04/2026
kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.