Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!

Tikiş fabrikindən QHT-lərin Şuşa qrantına açılan yollar -Daha bir rəfiqəbazlıq nümunəsi!

admin 08/12/2025
qht-sekine

 

QHT-lərə Dövlət Dəstəyi  Agentliyi ilə bağlı qaranlıq məqamları araşdırdıqca, maraqlı faktlarla qarşılaşır, onların hər birinə cavab tapmağa çalışırıq. Tam məsuliyyəti ilə qeyd edirik ki, qrant müsabiqələrində şəxsi əlaqələrin dərəcələrinə görə bir sıra QHT- lərə  xüsusi  diqqət və  qayğı  göstərilir. 

Səkinə Babayeva adı sahibkarlıq sahəsində fəaliyyət göstərənlərə yaxşı tanışdır. O, “Bakı Tekstil Fabriki” MMC-nin təsisçisi, bir sözlə iş xanımıdır. Özü fabrikin baş direktoru, oğlu Elçin isə direktordur. Həmin Fabrik yarandığı vaxtdan Binəqədi rayonu ərazisində (“Baksol yolu”)  fəaliyyət göstərir. (Bu fabrikin fəaliyyəti bir zamanlar məktəbli formaları ilə gündəm olub.)

Səkinə Babayeva biznes fəaliyyəti ilə yanaşı, 2017-ci ildə bir sıra dövlət qurumlarının təşəbbüsü ilə təsis edilən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədridir.

Diqqətimizi Səkinə Babayevanın rəhbərlik etdiyi Assosiasiyanın QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin müsabiqələri tarixində ən yüksək qrant alan təşkilat kimi düşməsi çəkdi. Belə ki, Assosiasiya 2022-ci ildə QHT Agentliyinin “Şuşa ili”nə həsr olunmuş  böyük qrant  müsabiqəsində  “Qarabağ İncilərinin Avropa Sədası” adlı layihəsi üçün 40100 manat  vəsait əldə etmişdir.  Bu günə qədər QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bir təşkilata müsabiqə çərçivəsində 40100 manat verməyib.

Təbii ki, səbəblərinə gələcəyik.

Araşdırmalarımız zamanı məlum oldu ki, Səkinə Babayevanın rəhbərlik etdiyi Assosiasiya QHT Agentliyindən aldığı qrant vəsaiti çərçivəsində Fransada kiçik bir geyim sərgisi təşkil etməklə işini  yekunlaşdırıb. Hətta Yenixeber.org-a daxil olan məlumata görə, layihəyə əlavə olaraq 3 tanınmış  şirkətdən vəsait də cəlb edib. İddia olunur ki, təşkilat sözügedən layihəyə ümumilikdə 18 min manat real vəsait xərcləyib. Yerdə qalan vəsaitin isə layihənin qalib olmasına kömək edən şəxslərlə birgə bölündüyü söylənilir.

Səslənən iddiaların nə dərəcədə əsaslı olması üçün bəzi  məsələləri araşdırdıq.

Araşdırmamız nəticəsində məlum oldu ki, Azərbaycanda Qadın Sahibkarlarının İnkişafı Assosiasiyasının xarici ölkələrdə  tədbir keçirməktəcrübəsi olmadığı halda, QHT-lərə Dövlət Dəstəyi  Agentliyi ona ilk dəfədə yüksəkməbləğdə qrant verib. Lakin, müsabiqə  şərtlərində göstərilir ki,  təşkilatın bu istiqamətdə müvafiqtəcrübəsi olmalıdır.

Digər maraqlı məqam isə, Assosiasiyanın adından göründüyü kimi, məqsədinin ölkəmizdə qadın sahibkarlığını inkşafına dəstək verməkdir. Lakin, QHT-lərə Dövlət Dəstəyi  Agentliyi bu məsələdə də loyallıq nümayiş etdirərək, Assosiasiyanın məqsədinə uyğun olmayan bir təşəbbüsə maliyyə dəstəyi göstərib(?)

Sual doğuracaq məsələlər həddindən artıq çoxdur. Daha maraqlı sual isə, Səkinə Babayevaya bu cür böyük qayğı göstərilməsinin səbəbidir. Məlum oldu ki, Səkinə Babayeva 2013-cü ildən QHT-lərə  Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru Aygün Əliyeva ilə tanışlıqları başlayıb və daha sonra rəfiqə olublar.

Binəqədi Rayon İcra Hakimiyyətində işlədiyi zaman qadın sahibkarlardan vəsaitlərin yığımınanəzarət edən Aygün Əliyeva Səkinə Babayevanın fabrikində olub və sıx əlaqələri yaranıb…

Bəzi faktlara diqqət yetirin. Səkinə Babayeva 1997-ci ildən YAP Nərimanov rayon təşkilatında Qadınlar Şurasının sədr müavini olub. Lakin, Aygün Əliyeva ilə tanışlıqdan birmüddət sonra, o, Binəqədi rayon YAP Qadınlar Şurasının sədr müavini vəzifəsini icra etməyə başlayır(?)

Aygün Əliyeva elə bir rayon tədbiri və səfəri olmur ki, Səkinə Babayevanı yanından ayırmasın. Səkinə Babayeva hətta bələdiyyə nümayəndəsi olmasa da, Aygün Əliyeva ilə birgə Binəqədi rayon bələdiyyələrinin nümayəndələrinin Milli Məclisə ekskursiyasında da iştirak edir. (http://binegedi-ih.gov.az/az/news/998.html).

Səkinə Babayeva ardıcıl olaraq həm Binəqədi Rayon İcra Hakimiyyəti başçısından, həm də Binəqədi  YAP sədri tərəfindən müxtəlif əlamətdar günlərdə tez-tez təltif olunur.

Səkinə Babayeva da öz növbəsində bu xəcalətin altından qalmır və Aygün Əliyevaya öz qayğısını   davam etdirir. 

Nəhayət, Aygün Əliyeva QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin icraçı direktoru olduqdan 6-7 ay sonra Səkinə Babayeva Agentliyin ən yüksək qrant məbləğinə layiq görülür. Təqdim etdiyimiz fotodan göründüyü kimi, Aygün Əliyeva Assosiasiyanın sahibkar xanımlar üçün təşkil etdiyi digər  tədbirlərdə də yaxından iştirak edir, onlardan diqqət və qayğısını əsirgəmir. Maraqlıdır, Aygün Əliyeva digər sahibkarların yaratdığı QHT-lərin də tədbirlərində belə yaxından iştirak edirmi?

Hələlik bu qədər, digər maraq doğuran məsələlərin ardınca gedək.

Bir şeyi unutmamalıyıq ki, Şuşa uğrunda gedən döyüşlərdə yüzlərlə qəhrəman oğullarımız öz  canından keçərək şəhid və qazi olublar. Biz onların canı və qanı bahasına qovuşduğumuz  Şuşanı müqəddəs varlıq kimi qorumalıyıq.Şuşa hər hansı layihə və ya tədbir edib pul qazanmaq , silmək üçün istinad olmamalıdır!/yenixeber.org

PAYLAŞIN:

Continue Reading

Previous: Səbuhi Əhmədov Bakı və Biləsuvarda köçkün evlərinin təmirini kimlərin əli ilə aparır
Next: İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.