Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • Gəncə Dövlət Universitetində dekanın montaj qalmaqalı – “Bu, həm etikaya ziddir, həm də cəmiyyətə hörmətsizlikdir”

Gəncə Dövlət Universitetində dekanın montaj qalmaqalı – “Bu, həm etikaya ziddir, həm də cəmiyyətə hörmətsizlikdir”

admin 10/12/2025
yusif-yusibov2
Dekanın öz fotoşəkili Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı montaj edilib, görüntünün üzərinə isə “Əsrin dahiləri” ifadəsi yazılıb
Bu iddia Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup əməkdaşları adından elektron poçtumuza daxil olmuş yazıda yer alır:
Gəncə Dövlət Universitetində son günlər ciddi narazılıq doğuran hadisə gündəmi zəbt edib. Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadovun sosial şəbəkələrdə yaydığı montaj edilmiş fotoşəkil universitetdə kəskin reaksiyalara səbəb olub. Hətta bu şəkil Məsim Abadov tərəfindən vatshap profil şəkilinə qoyulub.
Paylaşımda dekanın öz fotoşəkili Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva ilə yanaşı montaj edilib, görüntünün üzərinə isə “Əsrin dahiləri” ifadəsi yazılmışdır. Bu montaj sosial şəbəkələrdə sürətlə yayılaraq geniş müzakirələrə səbəb olub.
                    Məsim Abadov
Məsələ ilə bağlı ən sərt reaksiyalardan biri Pedaqogika kafedrasının müdiri, professor Şahin Tağıyevdən gəlib. O, iclas zamanı ayağa qalxaraq belə montajların dövlət rəhbərlərinin yüksək adının “heç bir şəxsi təqdimat üçün istifadə edilməməli olduğunu” bildirib. Şahin Tağıyev bu davranışı “özünü Prezidentlə bir sıraya qoymaq cəhdi kimi anlaşılmaq təhlükəsi olan yolverilməz addım” adlandırıb.
Universitetin bir çox əməkdaşları sosial şəbəkələrdə və öz aralarında bu məsələyə etiraz edərək bildiriblər ki, belə davranış ali məktəb dekanına yaraşmaz.

Hadisənin ictimaiyyət arasında yaratdığı narazılığı daha da artıran fakt isə budur ki, Məsim Abadov həmin montajı müəllifi olduğu kitabın üz qabığına vurub və bu kitab nəşr olunub. Bu isə həm elmi ictimaiyyət, həm də geniş kütlə tərəfindən təəccüb və sərt tənqid doğurub. Çoxları sual edir: “Dekan Məsim Abadovun ağlı bu qədərdir, bəs bu nəşriyyat belə bir kitabı və üz qabığını hansı ağılla çap edib?”
İctimaiyyətin narazılığını artıran digər amillərdən biri odur ki, universitet əməkdaşlarının tənqidlərinə və iradlara baxmayaraq Məsim Abadov montajı sosial şəbəkələrdə paylaşmağa davam edir. Bu artıq məsələnin sadəcə bir “yanlış paylaşım” deyil, daha ciddi məsuliyyət problemləri doğuran davranış kimi qiymətləndirilməsinə səbəb olub.
Universitet əməkdaşları hadisəni “ciddiyyətsizlik”, “özünü önə çıxarma cəhdi” və “dövlət rəhbərlərinin nüfuzuna hörmətsizlik” kimi şərh edirlər. Onlar bildirirlər ki, dövlət başçılarının fotoşəkillərinin şəxsi məqsədlərə uyğun olmayan şəkildə istifadəsi həm etik, həm də hüquqi məsuliyyət yaradır. Ali təhsil müəssisələrində rəhbər vəzifə tutan şəxsin ictimai davranışları ciddi qaydalarla tənzimlənir və belə hallarda universitet rəhbərliyi tərəfindən xidmət araşdırması aparılması zəruridir.
Artıq məsələ ilə bağlı aidiyyəti qurumlara rəsmi şikayətlər edilib. Şikayətçilər universitetdə etik mühitin qorunması və vəzifə məsuliyyətinin təmin olunması üçün araşdırma aparılmasını tələb edirlər.

Gəncə Dövlət Universitetinin rəhbərliyi də dekanı kəskin şəkildə tənqid edib, amma hələ heç bir tədbir görməyib. Universitet rəhbərliyinin yaxın günlərdə məsələyə rəsmi münasibət bildirməsi gözlənilir.
Universitetin kollektivi hesab edir ki, dövlət rəhbərlərinin adına, nüfuzuna və xalqın sevgisinə xələl gətirə biləcək hər bir davranış ciddi şəkildə qiymətləndirilməlidir. Həqiqətən də cənab Prezident, eləcə də Birinci Vitse Prezident dahidir, özü də əsrimizin dahisidir. 30 il düşmən tapdağı altında olan torpaqlarımızı azad ediblər. Bu gün ən qüdrətli dövlətlər cənab Prezidentlə hesablaşır. Bunları Əsrin dahisi adlandırmaq olar. Amma biologiya elmləri namizədi, ixtisası Qida sənayesi texnologiyası olan, universitetdə Akreditasiya zamanı dekan vəzifəsini tutmasının Komissiya tərəfindən qeyri-qanuni olduğu bildirilən Məsim Abadov kimi birisinin öz şəkilini dövlət rəhbərinin şəkilinin yanına yapışdırıb, altından da özünü də bu cərgəyə əlavə edərək Əsrin dahiləri yazması başa düşülən deyil. Montajın kitabın üz qabığında istifadəsi isə narazılığı daha da artırır və universitet kollektivinin qəzəbinə səbəb olur.
Təsdiq üçün şəkillər də əlavə olunur./yenixeber.org
PAYLAŞIN:

Continue Reading

Previous: İşsizlərin icbari tibbi sığorta haqqını kim ödəyəcək? – SON GÜNLƏRİN ƏSAS SUALINA CAVAB
Next: Bu məhsullar bahalaşdı – RƏSMİ

OXŞAR MÖVZULAR

ferqane-asia

Mülkümü “REKET”LƏR ƏLİMDƏN ZORLA ALIR, ölümlə TƏHDİD EDİLİRƏM -Fərqanə Abbasovadan ŞOK ŞİKAYƏT

admin 20/04/2026
esedov

Əli Əsədovun biznes və tikinti imperiyası…

admin 17/04/2026
natiq-şam2

Kağız üzərində təhsil və paralel iş qalmaqalı

admin 16/04/2026

XƏBƏR LENTİ

  • Bakıda bəzi sənədsiz evlər sökülür: kompensasiya kimlərə veriləcək? 22/04/2026
  • Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür 22/04/2026
  • Qiymətlər “od tutub yanacaq” 22/04/2026
  • Keçid balları ilə bağlı abituriyentlərə şad xəbər 22/04/2026
  • Azərbaycanda nə qədər insan ünvanlı sosial yardım alır? – Nazir açıqladı 22/04/2026
  • Qalibaf yox dedi, Xamenei razılaşdı: Tehranda nə baş verir? – VİDEO 22/04/2026
  • ABŞ kəşfiyyatı: İran hərbi gücünün böyük hissəsini qoruya bilib 22/04/2026
  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.