Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • İşsizlərin icbari tibbi sığorta haqqını kim ödəyəcək? – SON GÜNLƏRİN ƏSAS SUALINA CAVAB

İşsizlərin icbari tibbi sığorta haqqını kim ödəyəcək? – SON GÜNLƏRİN ƏSAS SUALINA CAVAB

admin 10/12/2025
ekrem_huq

 

Dünən Milli Məclis büdcə paketinə daxil olan qanun layihələrini üçüncü oxunuşda qəbul edib.

Onların sırasında “Tibbi sığorta haqqında” Qanuna dəyişikliklər də var. Artıq xeyli müddətdir ki, cəmiyyətimizi həmin Qanuna edilən mühüm dəyişikliklərdən biri ilə əlaqədar bu sual maraqlandırır: işsizlər üçün sığorta haqqını kim ödəyəcək? Söz dolaşırdı ki, işsizlər özləri sığorta haqqını ödəməlidir. İndi gəlin baxaq, doğrudanmı bu belədir ya yox.

Hüquqşünas Əkrəm Həsənov bu suala aydınlıq gətirib.

“Deməli, Qanuna aşağıdakı məzmunda 15-2.2.3-1-ci maddə əlavə edilib: ““Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləri çıxış edirlər;”. 15-2.2.4-cü maddə isə bundan sonra belə redaksiyada olacaq: “bu Qanunun 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü və 15-2.2.3-1-ci maddələrində nəzərdə tutulan şəxslərdən başqa digər sığortaolunanların sığortalısı qismində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir”.

Sadə dildə bu o deməkdir ki, sığorta haqqını aşağıdakı şəxslər ödəməlidir: 1) işçi üçün (əmək və ya mülki müqavilə əsasında) onun işəgötürəni; 2) sahibkar üçün özü; 3) qeyri-formal məşğul şəxs üçün özü; 4) qalanları üçün dövlət.

Göründüyü kimi, burada deyilmir ki, işsizlər sığorta haqlarını özləri ödəməlidir. Yeganə yenilik qeyri-formal məşğul şəxslərlə bağlıdır. Ajiotaj da bununla bağlı idi. Rəsmilər qanun layihəsini dərc etmədən mətbuata ümumi məlumat sızdırmışdı, mətbuat onu bir cür yozmuşdu (guya işsizlər özü sığorta haqqı ödəməlidir), biz ekspertlər isə layihəni görmədən dəqiq söz deyə bilmirdik. Böyük ehtimalla hökumət bilərəkdən belə şərait yaratmışdı ki, yenilik məhz qeyd etdiyim səhv tərzdə başa düşülsün. Ya da hökumətdəkilər özləri də məsələni tam dərk etmirdi (ən azı deputatların dərk etmədiyi ehtimalı böyükdür, onların işi düymə basmaqdır onsuz da).

Lakin işsiz və qeyri-formal məşğul şəxs – tam fərqli şeylərdir. İşsiz heç bir gəliri olmayandır. Qeyri-formal məşğul şəxs isə “Məşğulluq haqqında” Qanunun mənasına görə (1.1.9, 1.1.12, 30-32-ci maddələr) vergi və digər məcburi ödənişlərdən yayınaraq qeyri-rəsmi gəlir əldə edəndir. Yəni qanunu pozan şəxsdir. Qanunun 30.5-ci maddəsində birbaşa deyilir: “Qeyri-formal məşğulluq qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Dövlətin isə işi elə odur ki, belə şəxsləri müəyyən edib məsuliyyətə cəlb etsin.

Bu mənada qeyri-formal məşğul şəxsdən, yəni qeyri-leqal fəaliyyətlə məşğul olan şəxsdən leqal ödənişin (sığorta haqqının) ödənilməsini tələb etmək absurddur! Vergidən və digər məcburi ödənişlərdən ona görə yayınır ki, gəlib sığorta haqqı ödəsin? Dövlət qeyri-formal məşğulluq hallarını müəyyən etməli və ilk növbədə həmin şəxslərdən vergi tutmalı, həmçinin fəaliyyətin leqallaşdırılmasını tələb etməlidir. Həmin leqal fəaliyyətdən də sığorta haqqı ödənilməlidir. Qeyri-formal məşğulluq sahibkarlıqla bağlıdırsa, həmin şəxs özü ödəməlidir, əks halda, işəgötürən rəsmi müqavilə bağlayıb ödəməlidir.

Bir sözlə, şəxsin işsiz olması o demək deyil ki, qeyri-formal məşğuldur. Məsələn, evdar qadın əlbəttə ki, məşğuldur, ev işləri, uşaq tərbiyəsi ilə məşğuldur, amma bu, qeyri-formal məşğulluq deyil. Ümumiyyətlə, qeyri-formal məşğulluq halını dövlət sübut etməlidir, əks halda, təqsirsizlik prezumpsiyasına əsasən rəsmi gəliri olmayan hər kəs işsiz hesab olunur və dövlət onun sığorta haqqını ödəməlidir.

Əlbəttə, biz başa düşürük ki, növbəti ildən xüsusilə məmurlar, əsasən də vergi orqanı düşəcək əhalinin canına və yeri gəldi-gəlmədi qeyri-formal məşğulluq hallarını müəyyən etməyə çalışacaq. Necə? Məsələn, şəxsin kart hesabına vəsaitin daxil olmasını qeyri-formal məşğulluq kimi qiymətləndirə bilər. Yaxud da “ƏDV geri al”dan istifadə edəni qeyri-formal məşğul hesab edəcək: gəlirin yoxdursa, alış-verişini nə ilə edirsən?! Və s. və i.a. Əlbəttə, savadlı vətəndaş bu suallara asanlıqla cavab verə bilər: məsələn, pulu yaxın qohumum verib, babamdan qalıb və s. Yaxın qohumların hədiyyə etməsi vergitutma obyekti deyil axı. Lakin əksəriyyətin savadı və cəsarəti çatmayacaq ki, məmurların tələ ilə dolu suallarına cavab versin və nəticədə sığorta haqqının dövlət tərəfindən ödənilməsini tələb etsin. Yenilik də məhz buna hesablanıb: vətəndaşları çaşdırmaq, qorxutmaq ki, sığorta haqqı büdcədən ödənilməsin, vətəndaşın son pulu əlindən alınsın…

Ümumiyyətlə, tövsiyə edirəm ki, rəsmi gəliri olmayanlar, yəni işsizlər çalışsınlar ki, öz kartlarından istifadə etməsinlər, elə pulu onlara verən yaxınlarının bank kartlarından istifadə etsinlər (yəni həmin yaxın adamın bir neçə bank kartı ola bilər onsuz da), yaxud da ödənişləri nağd etsinlər. Təbii, bütün dünya nağdsız ödənişlərə getdiyi halda bizim geriyə addımlamağımız acınacaqlıdır. Amma nə etməli, bizim məmurlarla hüquq, qanun dilində danışmaq çətindir. Min cür hiylələri var. Odur ki, ehtiyatlı olun, narahat olsa da belə, dədə-baba üsullarından istifadə edin. Məmurlarımız sivilləşənədək”./gununsesi.info

 

PAYLAŞIN:

Continue Reading

Previous: ABŞ NATO-dan çıxır? – Konqresə qanun layihəsi təqdim olundu
Next: Gəncə Dövlət Universitetində dekanın montaj qalmaqalı – “Bu, həm etikaya ziddir, həm də cəmiyyətə hörmətsizlikdir”

OXŞAR MÖVZULAR

iYtel27114CSzsgyFqYyhUm6w0gqfBx7v75gqU3D_1200

“Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır

admin 24/04/2026
azerbermenibayraqes

Revanşist ritorika və geosiyasi reallıqlar: Qars müqaviləsi yenilənə bilərmi?

admin 23/04/2026
edqras-lat

Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

admin 22/04/2026

XƏBƏR LENTİ

  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026
  • Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.