Skip to content
24/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 11
  • 20 bəndlik kapitulyasiya sənədi – Ukrayna mediası Trampın “yeni planını” açıqladı

20 bəndlik kapitulyasiya sənədi – Ukrayna mediası Trampın “yeni planını” açıqladı

admin 11/12/2025
yeni-tr-zel

 

Prezident Volodimir Zelenskinin ABŞ-nin Ukraynaya təklif etdiyi sülh planının “əvvəlkindən daha yaxşı” olduğunu və 28 bənddən 20 bəndə endirildiyini iddia etməsinə baxmayaraq, əslində bu, media və diplomatların həddindən artıq Rusiyayönlü kimi tənqid etdiyi köhnə planın yenidən işlənmiş versiyasıdır.

Bu barədə Ukrayna mediası “ZN.UA” portalına istinadla məlumat yayıb. Qeyd olunur ki, Vaşinqtonun Kiyevə təqdim etdiyi “yenilənmiş” sülh planında əsas “Ukraynayönlü olmayan” bəndlərdən biri – müharibə cinayətləri üçün ümumi əfv istisna olunur.

Ukrayna hakimiyyətindəki mənbələrdən sızdırılan məlumata görə, plan dörd sənəddən ibarətdir: 20 bəndlik əsas saziş, çərçivə təhlükəsizlik təminatları, NATO haqqında ayrıca sənəd və ABŞ-Rusiya sazişi. Ukrayna mediasının məlumatına görə, onlar beynəlxalq müqavilələrdən daha çox “konseptual qeydlərə” bənzəyir.

Əsas sənəd Rusiyanın Krım və Donbasın bütövlükdə, Zaporojye və Xerson vilayətlərinin isə bir hissəsi üzərində nəzarətini faktiki olaraq tanıyır. Sənəddə Donetsk vilayətində silahsızlaşdırılmış zonanın yaradılması və cənubda cəbhə xəttinin dondurulması təklif olunur. Təmas xətti – sərhəd yalnız diplomatik yollarla dəyişə bilər.

Sənədə görə, Ukrayna və Rusiya Silahlı Qüvvələri Donbasda yaradılacaq “bufer zonası”na girməyəcək. Zaporojye və Xerson vilayətlərinə gəldikdə isə mövcud təmas xətlərinin dondurulması və faktiki olaraq tanınması təklif olunur. Rusiya beş bölgədən(Krım, Donetsk, Luqansk, Zaporojye, Xerson) başqa nəzarət etdiyi digər ərazilərdən geri çəkiləcək.

ABŞ Zaporojye Atom Elektrik Stansiyasını nəzarətə götürəcək, orada istehsal olunan enerjinin 50%-ni Ukraynaya ötürərək. Digər 50 faiz barədə heç nə deyilmir.

Sənədə görə, Ukraynanın NATO üzvlüyünə birbaşa qadağa yoxdur, lakin ABŞ ayrı bir sənəddə Alyansın “genişlənməyəcəyinə” söz verir. Bu, ABŞ-Rusiya müqaviləsində qeyd olunacaq. Həmçinin Ukraynada NATO qoşunlarının yerləşdirilməsini qadağan etmək təklif olunur. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin 800.000 nəfərlə məhdudlaşdırılması qeyd olunur.

Sənəddə Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri konkretlikdən uzaqdır. Zəmanətlərin NATO-nun 5-ci maddəsinə bənzər olduğu elan edilir, lakin mətnlərdə “vədlər” yer alır, “zəmanətlər” sözündən istifadə olunmur. Həmçinin, ABŞ-nin qarant kimi mümkün yeni Rusiya hücumuna cavabı bu hücumun nə dərəcədə “əhəmiyyətli” və “uzunmüddətli” olmasından asılı olacaq.

Sənədə görə, Ukraynanın 2027-ci il yanvarın 1-dək Avropa Birliyinə qoşulması planlaşdırılır, baxmayaraq ki, AB hələ Kiyevlə rəsmi olaraq danışıqlar mərhələsinə belə başlamayıb.

Seçki məsələsinə gəlincə, ABŞ Ukraynada seçkilərin əvvəllər təklif edildiyi kimi 100 gün ərzində deyil, sözügedən müqavilə imzalandıqdan sonra “mümkün qədər tez” keçirilməsində israr edir.

Ukraynanın bərpası məsələsində ciddi yenilik yoxdur. Plan əvvəlki ideyaları təkrarlayır: Amerika biznesinin resurs hasilatı və infrastruktur layihələrində iştirakı, 200 milyard dollarlıq fondun yaradılması. Əvəzində Rusiya aktivlərinin dondurulmasının aradan qaldırılması və onların bir qisminin Ukraynanın bərpasına yönləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, dünən Ukrayna Donald Tramp administrasiyasına ABŞ-nin son 20 maddəlik sülh planına cavab göndərib. Trampın planına Kiyevə qarşı əhəmiyyətli ərazi güzəştləri və digər tələblər daxildir ki, bu da Prezident Zelenskiyə ciddi təzyiq yaradır. Kiyevin göndərdiyi cavabda isə planı daha real və Ukrayna üçün məqbul hala gətirməyə yönəlmiş şərhlər və təklif olunan düzəlişlər yer alır. /azpolitika.info

PAYLAŞIN:

Continue Reading

Previous: Avro güclənir, dollar geriləyir – Ekspert səbəbləri AÇIQLADI
Next: Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

OXŞAR MÖVZULAR

tramp-barmaq

Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb

admin 24/04/2026
trp-iir

Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir

admin 23/04/2026
abş-iran5

İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ

admin 23/04/2026

XƏBƏR LENTİ

  • 9 və 15 mart imtahanlarından 300 bal toplayanların sayında niyə kəskin fərq oldu? – Açıqlama 24/04/2026
  • II Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək 24/04/2026
  • Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i 24/04/2026
  • Yay fəsili girən kimi bu məhsullar BAHALAŞACAQ 24/04/2026
  • Ali Məhkəmə: Faiz müqabilində borc verilməsi təhlükə yarada bilər 24/04/2026
  • “Euronews”: Azərbaycan məskunlaşma məsələləri üzrə qlobal dialoq məkanıdır 24/04/2026
  • Gənclər və İdman Nazirliyində aşkarlanan pozuntuların başında duran “Modern Construction” kimə məxsusdur 24/04/2026
  • Dövlət Xidmətinin 8 vəzifəli şəxsi həbs edilib 24/04/2026
  • “Avromed” hemofiliyalı xəstələri dövlətlə üz-üzə qoyub: 17 milyonluq tenderin izi ilə 24/04/2026
  • Diyetoloqdan xəbərdarlıq: “Reklamlara aldanmayın” – Arıqladıcı içkilərin gerçək üzü ortaya çıxdı 24/04/2026
  • Azərbaycana məxsus 5 gəmi Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb 24/04/2026
  • Sərvət bumu: Beş il ərzində milyarderlərin sayı kəskin artacaq 24/04/2026
  • Tramp İrana qarşı nüvə silahından istifadədən və Hörmüz boğazından danışıb 24/04/2026
  • Azərbaycanda toylarla bağlı qadağalar gəlir? 23/04/2026
  • İqtisadiyyat daralır, milyarderlər çoxalır – Sayları və sərvətləri tarixi rekord vurdu + ADLAR 23/04/2026
  • Azərbaycan və ABŞ “Tramp Marşrutu” üzrə danışıqlara başlayıb 23/04/2026
  • Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edildi 23/04/2026
  • Region göstəriciləri reallığı əks etdirirmi? – İqtisadçı deputatın çıxışını şərh etdi 23/04/2026
  • Trampın 1 həftə vaxtı qalır – Müharibə ilə bağlı qəti qərara gəlməlidir 23/04/2026
  • İrana qarşı əməliyyatlar bərpa edilsə Tehran hansı addımları atacaq? – QORXUNC SSENARİ 23/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

adil-ker-mli

Adil Kərimlinin iştirakı ilə sənət tənqidi barədə ictimai müzakirə keçirilib

admin 23/04/2026
rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.