Skip to content
26/05/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 12
  • Tramp Avropanı sataraq Rusiyanın tərəfinə keçir – “Spiegel”

Tramp Avropanı sataraq Rusiyanın tərəfinə keçir – “Spiegel”

admin 12/12/2025
avr-pt
Elə anlar olur ki, avropalılar artıq ümidsizliklərini gizlətmirlər. Məsələn, 1 dekabrda, bir neçə Aİ ölkəsinin rəhbərləri gizli telefon konfransında bir araya gələndə. Konfransda Almaniyanın kansleri Fridrix Merz, Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Danimarkanın baş naziri Metta Frederiksen iştirak edirdilər.
Siyasətçilər Ukraynadakı vəziyyəti müzakirə edirdilər. Xüsusilə də rusların cəbhədə irəliləməsi və ABŞ prezidentinin Zelenskiyə Kremlin təklif etdiyi sülh razılaşmasına getməsi üçün göstərdiyi təzyiq barədə.
“Ursula, gördüyün bütün işlərə görə təşəkkür edirəm”, – deyə Frederiksen söhbət zamanı qeyd edib.
Lakin “Spiegel”in yazdığına görə, Ukrayna üçün Qərbin təhlükəsizlik zəmanətləri hələ də yoxdur. Sual yaranır: əgər ABŞ və Rusiya ukraynalıları nə Kiyevin, nə də avropalıların qəbul edə biləcəyi kompromisə məcbur etsə, nə olacaq?
“Bizim B planımız nədir?” – Frederiksen soruşub.
Təəssüf ki, bu suala hələ də cavab verilməyib. “Spiegel”in əldə etdiyi telefon danışığının protokolu Vaşinqtona inamsızlığın miqyasını və avropalıların dərin çaşqınlığını nadir şəkildə göstərir – Avropa liderləri ictimaiyyət qarşısında Trampın müharibəni bitirmək cəhdlərini tərifləsələr də…
Makron dekabrın əvvəlində Zelenski ilə Parisdə görüşərkən belə demişdi: “Prezidentin rəhbərliyi altında Amerika hökumətinin gördüyü işi alqışlayıram”.
Lakin qapalı söhbətdə onlar artıq gizlətmirlər ki, Trampı və onun komandasını müttəfiq deyil, əksinə, keçmiş partnyorlardan daha çox Vladimir Putinə rəğbət göstərən rəqiblər hesab edirlər.
“Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar”, – kansler Merz telekonfransda vurğulayıb və bununla ukraynalıları və Aİ liderlərini nəzərdə tutub.
“Spiegel” əlavə edir ki, son aylarda avropalıların ABŞ hökumətinin mahiyyəti barədə illüziyaları qalmayıb. Lakin 4 dekabrda Tramp yeni təhlükəsizlik strategiyasını dərc edəndən sonra aydın oldu ki, ABŞ-ın Ukrayna siyasəti sadəcə müharibəyə milyardlar ayırmaq istəməməkdən ibarət deyil. Bu siyasət “böyük dövlətlərin qonşu ölkələrə təzyiq etməsində problem görməyən təfəkkür məktəbinin” məhsuludur.
33 səhifəlik sənəddə deyilir: “Böyük, zəngin və güclü ölkələrin həddindən artıq təsiri beynəlxalq münasibətlərin əbədi gerçəyidir”.
Nəşr vurğulayır ki, Trampın Avropaya müraciət tərzi simpatiya ilə yuxarıdan aşağı baxma və açıq düşmənçilik arasında tərəddüd edir. Prezident və onun komandası Köhnə qitəni “disfunksional” və ya “tam tənəzzüldə olan” kimi təsvir edir.
“Transatlantik gərginliyin böyük qalibi artıq müəyyənləşib: Vladimir Putin. O, avropalıların əsəbi iradları olmadan Tramp ilə bərabər səviyyədə danışıqlar aparır. Yeni Amerika təhlükəsizlik strategiyası isə tanış səslənir. O, təkcə NATO-nun genişlənməsini rədd etmir, həm də Kremlin dünyagörüşünü böyük ölçüdə əks etdirir”, – məqalədə bildirilir.
Buna görə də “Spiegel”in fikrincə, bu vəziyyət Putin üçün arzusunun gerçəkləşməsidir, çünki o, həmişə Avropanı və ABŞ-ı parçalamaq istəyib.
“Avropa yalnız Rusiyaya qarşı dayanmaqla və ABŞ-dan asılılığını azaltmaqla ayaqda qala bilər. Ukrayna Rusiyaya qarşı müharibəni qazana bilməz, bu məsələdə Tramp haqlıdır. Lakin ölkəni Putinə Avropaya qarşı növbəti aqressiya üçün sadəcə nəfəs alma imkanını təmin edəcək sülhə məcbur etmək ağılsızlıq olardı. NATO-nu “beyin ölümü keçirmiş” adlandırmaq Makronun səhvi idi. Lakin Ağ Evdə oturan Trampa güvənmək də sadəlövhlük olardı”, – “Spiegel” qeyd edir.
Nəzəri cəhətdən avropa hökumətləri bütün bunları anlayırlar, lakin praktikada tətbiq etmirlər. Çünki iqtisadi güclərindən istifadə etməkdən və təhlükəsizlik məsuliyyəti götürməkdən çəkinirlər. Ən çox isə Vaşinqtonla açıq qarşıdurmadan qorxurlar.
“Tramp Avropanı yalnız Avropa özünü alçaltdığı zaman alçalda bilər. Son ayların nəticəsi də budur. Uzunmüddətli perspektivdə isə ABŞ Avropadakı müttəfiqlərsiz güc mövqeyini qoruya bilməz”, – məqalədə deyilir.
Vaşinqtondakı CSIS analitik mərkəzindən Emili Hardinq isə qeyd edir ki, ABŞ-ın real rəqibi Asiyada gücə can atan Çindir.
“Güclü Avropa dünya nizamını sabitləşdirir və həm Rusiyaya, həm də Çinə qarşı çəkindirici təsir göstərir”, – o bildirir./qaynarinfo.az
PAYLAŞIN:

Continue Reading

Previous: Apteklərdə mütəmadi YOXLAMALAR: Ən çox pozuntu nədə qeydə alınır? – VİDEO
Next: Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

OXŞAR MÖVZULAR

tramp-isrlob

İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün

admin 25/05/2026
brit-avia

Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı

admin 25/05/2026
putin-valday-yeni

Putini II Nikolayın taleyi gözləyir – Servis

admin 25/05/2026

XƏBƏR LENTİ

  • Kənd təsərrüfatının inkişafı üçün yeni Dövlət Proqramı təsdiqləndi 25/05/2026
  • Prezident: Son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir 25/05/2026
  • Prezident: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramı hazırlanıb 25/05/2026
  • Prezident: Kənd təssərrüfatı sahəsində dövlət proqramına dövlət xətti 2 milyard manatdan çox vəsait lazım olacaq 25/05/2026
  • İlham Əliyev: Biz cəmi 55 % səviyyəsində özümüzü buğda ilə təmin edirik 25/05/2026
  • Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib 25/05/2026
  • Qatar işə düşdü: Turizmə necə təsir edəcək? – Azərbaycan, yoxsa Gürcüstan daha çox qazanacaq? 25/05/2026
  • Mirzoyan: “Rusiya razılaşmasa, Türkiyə sərhədinə dəmiryol xəttini çəkməyə alternativ axtaracağıq” 25/05/2026
  • Bakıda ev qiymətləri qalxır – Yatırım marağı rekord səviyyədə 25/05/2026
  • Ərdoğan İlham Əliyevə məktub göndərdi 25/05/2026
  • Qiymət artır, xidmət dəyişmir – Bayram öncəsi vəziyyət necədir? 25/05/2026
  • Estetik mərkəzdə qanunsuz əməliyyatlar zamanı xəstə Hepatit C virusuna yoluxub – İTTİHAM AKTI 25/05/2026
  • İsrail lobbisi Trampı şantaj etməyə başlayıb – İranla sülh sazişi bağlamaması üçün 25/05/2026
  • QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bitməyən vədləri və nəticəsiz memorandumları: “Yaxın günlərdə olacaq…” -FOTOFAKT 25/05/2026
  • Qurban bayramı ilə bağlı fətva verildi 25/05/2026
  • Rusiya sərhədində Britaniya müdafiə nazirinin təyyarəsi TƏHLÜKƏLİ ANLAR yaşadı 25/05/2026
  • Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb 25/05/2026
  • Putini II Nikolayın taleyi gözləyir – Servis 25/05/2026
  • iPhone 18 Pro çexolları ilk dəfə ortaya çıxdı: iPhone 17 Pro ilə uyğun gəlmir – FOTO 25/05/2026
  • “Axios”: Tramp bir neçə ölkəni “İbrahim sazişləri”nə qoşulmağa çağırıb 25/05/2026

Sağlamlıq

cerez

Çərəzlərin misilsiz faydası: amma qabıqlı alın…

admin 19/05/2026
onkoloji

50 yaşdan aşağı insanlarda xərçəng: Xəstəliyin artmasının ən geniş yayılmış səbəbi..

admin 29/04/2026
derman-ağrık

Ağrıkəsici dərmanların gözlənilməz təhlükəli nəticələri: Həkimdən xəbərdarlıq

admin 29/04/2026
süd

Hər gün süd içsək, sümüklərimizdə nə baş verər? – Ditetoloqlar açıqladı

admin 25/04/2026
sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026

MƏDƏNİYYƏT

manna-dovleti

“Odun qorunduğu yer”, maqlar yurdu… – İngilis tarixçi

admin 12/05/2026
ehmed-cavad

İstiqlal şairi Əhməd Cavadın doğum günüdür

admin 05/05/2026
türksoy

Azərbaycan TÜRKSOY-un XVII Opera Günləri Qala konsertində təmsil olunub

admin 04/05/2026
elekber-tağı

Tanınmış bəstəkar Ələkbər Tağıyevin doğum günüdür

admin 28/04/2026
1738406053_adil-ker-med-naz

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI: Əliyevin ZƏFƏR strategiyasına niyə laqeydlik edildi?

admin 27/04/2026

İDMAN

keyn harri

Harri Keyn karyerasında ikinci dəfə “Qızıl buts” mükafatını qazanıb

admin 25/05/2026
dç-kup

DÇ-2026 üçün geri sayım başladı: “Fırtına” davam edir, qorxu artır

admin 19/05/2026
türkiye-atakım

Türkiyə millisinin DÇ-2026 üçün geniş heyəti açıqlanıb

admin 18/05/2026
merih-demiral

Türk futbolçudan maraqlı addım – Azərbaycanlı azarkeşlərin də rəğbətini qazandı + VİDEO

admin 18/05/2026
kup-fifa

DÇ-2026: A qrupu – Hansı komandanın şansı daha yüksəkdir?

admin 13/05/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.