Skip to content
22/04/2026
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Aktualinfo.net

Aktualinfo.net

Aktual xəbərlər bloqu

Primary Menu
  • ANA SƏHİFƏ
    • XƏBƏR LENTİ
  • SİYASƏT
  • AKTUAL
  • GÜNDƏM
    • TƏHLİL
    • REPORTAJ
    • MÜSAHİBƏ
    • MEDİA
  • ÖLKƏ
    • CƏMİYYƏT
    • ELM VƏ TƏHSİL
    • İQTİSADİYYAT
    • İNFRASTRUKTUR
    • İKT
    • BÖLGƏ
    • HADİSƏ
  • DÜNYA
    • REGİON
  • OXUCU MƏKTUBLARI
    • ARAŞDIRMA
    • ŞİKAYƏT
    • ŞƏRHSİZ
  • DİGƏR
    • MƏDƏNİYYƏT
    • İNCƏSƏNƏT
    • ƏDƏBİYYAT
    • İDMAN
    • SAĞLAMLIQ
AKTUAL
  • Home
  • 2025
  • Dekabr
  • 15
  • “Ayıq sürücü”lərin təhlükəli xidməti – Kriminala bağlanan “Bolt”

“Ayıq sürücü”lərin təhlükəli xidməti – Kriminala bağlanan “Bolt”

admin 15/12/2025
bolt-tax

 

Son vaxtlar Bolt şirkətinin “ayıq sürücü” xidməti ilə bağlı şikayətlər sürətlə artır. Müştərilər bildirirlər ki, sifariş verdikdən sonra qarşılaşdıqları vəziyyət nə xidmət anlayışına, nə də təhlükəsizlik tələblərinə uyğun gəlir.

Müraciət edən istifadəçilərin sözlərinə görə, tətbiqdə göstərilən qiymətlər real vəziyyətdə dəyişdirilir, sürücülərin davranışı isə bəzən qorxu və gərginlik yaradır.
İddialara görə, sifariş təsdiqləndikdən sonra sürücülər müştərilərə zəng edərək göstərilən məbləğlə razılaşmır və azı 50 faiz, bəzən isə ikiqat artıq pul tələb edirlər. Bu, istifadəçilər tərəfindən aldatma və dələduzluq cəhdi kimi qiymətləndirilir.
Daha narahatedici məqam isə qiymət artımına etiraz edən müştərilərə qarşı bəzi sürücülərin hədə-qorxu gəlməsi, aqressiv danışması və psixoloji təzyiq göstərməsi ilə bağlı iddialardır. Şikayətçilərin sözlərinə görə, “Bolt” sürücülərini cinayətkar aləmin nümayəndələri, küçə üslubunda davranan şəxslər təəssüratı yaradır.
İstifadəçilər bildirirlər ki, sürücülər bəzən ümumiyyətlə, ünvana gəlmədən əvvəlcədən zəng edərək qiyməti ikiqat artırır, digər hallarda isə ünvana çatdıqdan sonra əlavə pul tələb edərək müştərini fakt qarşısında qoyurlar. Bu isə birbaşa olaraq insanların təhlükəsizliyini risk altına salır.
Bu faktlar “Bolt”un sürücü seçimində və nəzarət mexanizmlərində ciddi boşluqların olduğunu göstərir. Şirkət sürücü qəbul edərkən şəxslərin keçmişini, davranışlarını və etik uyğunluğunu lazımi səviyyədə yoxlamır, əsas diqqəti isə xidmətin keyfiyyəti və müştəri təhlükəsizliyi deyil, say və gəlir üzərində cəmləyir.
Bakupost.az
Qanunvericiliyə görə, nəqliyyat və şəxsi təhlükəsizliklə bağlı xidmət göstərən platformalar:
• müştərilərin təhlükəsizliyini prioritet saymalı,
• sürücülərin şəxsiyyətini və uyğunluğunu yoxlamalı,
• tətbiqdə göstərilən qiymət şərtlərinə əməl etməli,
• istehlakçılara qarşı təzyiq, hədə və aldatmaya yol verməməlidir.
Ekspertlər bildirirlər ki, sifariş təsdiqləndikdən sonra qiymətin dəyişdirilməsi və xüsusilə də təzyiq yolu ilə əlavə pul tələb edilməsi artıq sadə narazılıq yox, hüquqi məsuliyyət doğuran hal kimi qiymətləndirilə bilər.
Mətbuatda “Bolt”la bağlı narazılıqlar daha əvvəl də işıqlandırılıb. Məsələn, Bakıda “Bolt” taksi sürücüsünün müştərini söyərək təhqir etdiyi və inzibati qaydada həbs olunduğu xəbərləri yayılmışdı.
Bundan başqa sürücülərin sərnişinləri təhqir və təhdid etməsi faktları da dəfələrlə ictimailəşib.
Qlobal kontekstdə də Bolt-la bağlı təhlükəsizlik narahatlıqları mövcuddur. Məsələn, Phuket (Tailand) polisinin bir Bolt sürücüsünü gecə səfəri zamanı sərnişinə qarşı cinsi hücumla bağlı saxladığı xəbərləri yayılıb.
Bu halların ictimaiyyət arasında müzakirə olunması göstərir ki, zaman-zaman “Bolt”un xidmət keyfiyyəti və sürücü davranışları ilə bağlı narazılıqlar mətbuatda yer alır və ictimai qınaq şirkətə təsir göstərmir.
Buna görə də aidiyyəti dövlət qurumları bu şirkətin fəaliyyətini yalnız müştəri–sürücü münasibətləri çərçivəsində deyil, təhlükəsizlik və keyfiyyət baxımından də ciddi şəkildə yoxlamalıdır.
“Ayıq sürücü” xidməti insanlara təhlükəsiz şəkildə evə çatmaq üçün lazımdır. Amma görünən odur ki, bəzi hallarda bu xidmət təhlükəsizlik deyil, stress və qorxu mənbəyinə çevrilir. Gecə saatlarında, kömək axtaran müştəri birdən-birə əlavə pul tələbi, aqressiv zəng və təzyiqlə üz-üzə qalır.
Məsələ ilə bağlı “Bolt” şirkətinin mövqeyini öyrənmək mümkün olmayıb. /bakupost.az
PAYLAŞIN:

Continue Reading

Previous: Britaniyalı kəşfiyyatçılar Ukraynanı tərk etməyəcək: Mİ6-nın rəhbəri Putinə xəbərdarlıq etdi
Next: Gecənin yarısı başlayan qanunsuzluq “The Place Baku” nəzarətdən yayınır?

OXŞAR MÖVZULAR

azenerqo

“Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb

admin 21/04/2026
h-palata

Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb

admin 21/04/2026
fitch_ratings

“Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib

admin 21/04/2026

XƏBƏR LENTİ

  • “Azərenerji”də 255 milyon manatlıq yoxlama – Satınalma pozuntuları aşkarlanıb 21/04/2026
  • Hesablama Palatası: Gəncədə 11 milyon manata yaxın artıq xərclər aşkarlanıb 21/04/2026
  • Bəqai: İran Vaşinqtonun ziddiyyətli hərəkətlərinə görə ABŞ ilə danışıqlara getmir 21/04/2026
  • Kallas: Aİ Azərbaycanla əlaqələri genişləndirmək niyyətindədir 21/04/2026
  • “Fitch Ratings” İranda müharibənin Cənubi Qafqaz ölkələrinin iqtisadiyyatına təsirini qiymətləndirib 21/04/2026
  • “O şirkətlərin fəaliyyəti də yoxlanılsın…” – “Daha ciddi nöqsanlar aşkara çıxacaq” 21/04/2026
  • Xaricdən gələn ətə möhtac qalmağımızın günahkarı kimdir? – Aqrar sektordakı “məmursayağı” əngəllər 21/04/2026
  • Ötən ilin eyni dövrü ilə müqayisədə 60%-lik artım – Mənzillər niyə bahalaşır? 21/04/2026
  • “Bu halda çox milyonluq yeyintilərin qarşısını ala bilərik” – Əli Məsimli 21/04/2026
  • Azərbaycanda rəqabətli satınalmaların say üzrə xüsusi çəkisi 50 %-i keçib 21/04/2026
  • Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar qəbul edilib 21/04/2026
  • Hesablama Palatasının sədri: “Büdcə və satınalmalar üzrə pozuntuların nisbəti dəyişməyib” 21/04/2026
  • Hörmüz boğazı İranın “Axilles dabanı” imiş – İran anlaşmaya getməsə, Trampın hədələri gerçəyə çevriləcək 21/04/2026
  • Xaricdən kiloqramı 2 manata alınan balıq niyə 35 manata satılır? – VİDEO 21/04/2026
  • Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir – Azərbaycanda ilk 21/04/2026
  • Azərbaycan məktəblərinin bufetlərində QADAĞAN EDİLMİŞ məhsulların siyahısı açıqlanıb 21/04/2026
  • Lukaşenko müharibə istəmir, Rusiyadan uzaqlaşır – Qamaş 21/04/2026
  • “ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər 21/04/2026
  • AİB Azərbaycanın iştirakı ilə dövlət satınamaları üzrə islahatlar layihəsini nəzərdən keçirir 21/04/2026
  • Orta Dəhlizin əhəmiyyəti getdikcə artır – Elçin Əmirbəyov 21/04/2026

Sağlamlıq

sport-

10 min addım gəzmək məcburi deyil – Sağlamlıq üçün əslində nə vacibdir?

admin 09/04/2026
su-içm

Yeməklə birlikdə su içənlərə xəbərdarlıq

admin 06/04/2026
siqar-gez

Siqareti tərgitmək üçün ən vacib səbəb: Orqanizm nə vaxt tam təmizlənir?

admin 18/03/2026
istiot_2026

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

admin 18/03/2026
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), default quality?

Hansı içki təzyiqi dərmansız salmağa kömək edir?

admin 17/03/2026

MƏDƏNİYYƏT

rasim-defn1

Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunub

admin 30/03/2026
isesco-

ICESCO üzrə Milli Komissiyanın 2026-2028-ci illərə dair Fəaliyyət Planı müzakirə olunub

admin 18/03/2026
tofiq-hüseyn

Həsrət yaşını yaşayan adam- Tofiq Hüseynin sözü və taleyi

admin 23/02/2026
şeyx-ebdül

Kinematoqrafçılar İttifaqında gərginlik davam edir – Xalq artistindən yeni açıqlama

admin 17/02/2026
qish_nagili_1

Qəbələdə “Qış nağılı” II Beynəlxalq Musiqi Festivalına start verilib

admin 06/02/2026

İDMAN

kubok-çl

Çempionlar Liqası: “Arsenal” və “Bavariya” yarımfinalda

admin 16/04/2026
uefa-çl

UEFA Çempionlar Liqası: “Bavariya” “Real Madrid”i məğlub edib

admin 08/04/2026
arda_guler_

Ən bahalı türk futbolçu Arda Gülərdir – Yeni transfer qiymətləri açıqlandı

admin 03/04/2026
fifa26

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşib

admin 01/04/2026
kubok-çl

UEFA Çempionlar Liqası: 1/4 finala yüksələn daha dörd komanda müəyyənləşib

admin 19/03/2026
  • ANA SƏHİFƏ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Instagram
  • Youtube
  • X
Copyright © 2026 aktualinfo.net All rights reserved. | MoreNews by AF themes.